"Ayaq səsləri"

Yazı yaza-yaza ara-sıra onu süzürdüm. Hisslərimə hakimlik edə bilmirdim. O da yazı yazırdı. Yerə düşən vərəqinə yazırdı. Şeiri tamamlayırdı, şeir yazırdı. Bir az keçəndən sonra qələmini saxladı, yazısını bitirdiyini gördüm. Getməyə hazırlaşırdı. Ancaq  getsəydi “bir də onu tapa bilməyəcəyəm” hissi qəlbimi sancıdırdı. Hazırlaşıb getmək üzrə olarkən onu yayındırmaq üçün soruşdum:

- şeir yazırsınız?

O da incə səsiylə :

 - Hə, şeir yazıram - dedi.

– Şeirlərinizi necə oxumaq olar? - deyə soruşdum. Bu an çantasından bir kitab çıxardı:

 -   Buyurun, bu kitab mənimdir. Burada öz şeirlərim öz əksini tapıb.

            Get-gedə mənə hər şey məlum olmağa başlayırdı. Artıq o şeir kitabının nə olduğunu, kimə məxsus olduğunu anlamışdım.

  • Əlimdə olan bayaqkı kitab o xanımdır?

   -     Hə oğlum, elədir. Onundur.

Aramızda olan kiçik dialoqdan sonra qoca sözünə davam etdi:

   -    İstəmirdim uzaqlaşa məndən. Bir az da dayanıb onun gülər üzünü görmək istəyirdim. Tələbə olduğu aydın hissedilirdi. Oxuduğum universitetin tələbəsi olmasını zənn etmişdim. Çünki bu park ona yaxın olduğundan gəlmişdi. Qala bilməyib: - “Siz tələbəsiniz” - deyə sual verdim. O da cavab verdi:               

 -  Bəli tələbəyəm. BDU-nun İqtisadiyyat fakültəsində təhsil alıram. İkinci kursda.

Qızın verdiyi cavabın məni necə sevindirdiyini heç bir sözlə ifadə edə bilmirəm. Mənlə eyni yaşda idi, eyni kursda idik. İkinci kursda.  “Siz də mi tələbəsiniz?” sualını o mənə verdi. Özümü ona təqdim etdim. BDU-nun Tarix-Filologiya fakültəsində oxuduğumu dedim. Məmnun olduğunu bildirdi. Ünsiyyətimiz çox uğurlu alınırdı. - “Şeirlə aranız necədir”- deyə mənə sual verdi. – “Ədəbiyyat həvəskarıyam - dedim. - Mən də yazıram. Yazdıqlarım nəsrlədir. Nəzmlə yaza bilməsəm də nəzmlə yazılan əsərləri - xüsusən də şeirləri çox sevirəm”

Düzü, oğlum, şeiri sevmirəm o qədər də. Təsadüfü hallarda şeirlər olar ki, sevərəm. Amma qəti demək fikrim də yox idi ki, şeiri sevmirəm. İnan ki, onu tanıyandan sonra şeirləri çox sevməyə başladım. Mənə şeiri sevdirən o, oldu, şeirləri oldu. Məni onun şeirləri şeir həvəskarı etdi.

 -   Hə, nə gözəl.

 -   Bir az söhbət etdikdən sonra mənə bir kitab hədiyyə etdi. Öz kitabı idi.

Bu anda qoca pencəyinin sol cibindən, ürəyinin başındakı cibindən həminki kitabı çıxartdıqdan sonra: - Hə, bu kitab, vaxtı ilə o hədiyyə edib – dedi.

            Əslində o qızın mən oxuduğum universitetdə təhsil alması olduqca yaxşı hal idi. Bir növ ona yaxınlaşmağımda universitetin köməkliyi çox oldu. O qız orada oxumasaydı mən onu çətin ki, bir daha görərdim...

Ardı var...

# DİĞER MAKALELERİ

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?