Qadınlar öz hüquqlarını müdafiə etməyi bacarırlarmı? - QADIN VƏKİL DANIŞDI

25445943_387146035042673_3937467809787236560_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fgyd5-2.fna&oh=75cd286ef38a5fe6a1503bc8cc16532a&oe=5C3F5BDE
Bu ildən Azərbaycanda 30 iyul vəkillərin peşə bayramı günü kimi qeyd olunur.
Bu gün diqqətimi bu peşənin xanım sahiblərinə yönəltdim. Müsahibim müstəqil vəkil Səbinə Məmmədovadır.
- Səbinə xanım, əvvəlcə bayramınızı təbrik edirik. Bu ağır işinizdə sizə bol enerji arzulayırıq.
- Təşəkkür edirəm diqqətiniz üçün. Əslində əsas diqqəti bu peşənin qadınlarına yönəltməklə bizi də sevindirdiniz. Çox sağ olun.
- Səbinə xanım, bu gün qadınlar öz hüquqlarını müdafə etməyi bacarırlarmı?
- Xeyr, qadınlar özlərini müdafiə etməyi bacarmırlar. Ümumiyyətlə, təkcə qadınların deyil, bir çox insanın hüquqları pozulur. O insanların hüquqları qorunur ki, onların hakim partiyada siyasi mövqeyi var. Hazırda o qədər qadın müdafiəsizdir ki... Həmin qadınların yaş həddi 30-60 yaş aralığındadır. Buna səbəb bilavasitə özləridir, çünki onlar hüquqlarının qorunmasını yanlış anlayırlar. Elə fikirləşirlər ki, hansısa məsələni mübahisə yolu ilə həll etmək olar. Bu da insanların hüquqi maarifləndirilmə işlərinin zəif aparılmasını göstərir. Bütün məsələlər hüquqi yollarla tənzimlənməlidir.
Bəzən də qadınların hüquq pozuntusuyla bağlı etdiyi müraciətlərə baxılmır, çünki iş görmək istəyənlər azdır. Bu mənada verilmiş tapşırıqlar yerinə yetirilmir.
- Bəs bu mövzuda qadınlarımıza necə dəstək olmalıyıq?
- Təbii ki, bununla bağlı bir-iki dəfə yox, daimi maarifləndirici xarakterli söhbətlər aparmalı, onlarda özgüvən yaratmalıyıq. Əslində qadın çox güclü varlıqdır. Öhtəsindən gələ bilməyəcəyi iş yoxdur. Sadəcə həvəs və stimul lazımdır. 
Xatırladaq ki, komissiya 1919-cu il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Vəkillər Kollegiyası Rəyasət Heyətinə təklif edib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında bu barədə qərar yekdilliklə qəbul olunub.
Azadə Bayramova
# DİĞER MAKALELERİ

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?