Qadın kimi yaşamaq...


Anam hər zaman deyərdiki, insan olmaq çətindir. Məndə bu sözün anlamını başa düşməyə çalışardım.Alim,müəllim,şagird,dost olmaq asan olar, deyə hər zaman insan olmaq necə bir hissdir deyə düşünürdüm.Məgər həyatda tək amilimiz insan olmaqdır?! Bəs ana olmaq qadın olmaq necə çətindirmi? Anam isə bunu zaman və tale insana öyrədər,söyləyərdi. Nə qədər analıq hissini anlatsam da ana olmadan onun necə bir hiss olduğunu anlamazsan.Yaşamaqla öyrənməlisən.Əgər bunu bacardınsa, sən xoşbəxt, bacarmadınsa həyatda çətinlik çəkəcəksən. Hər nə olursa,olsun mübarizəni heç bir zaman yarı yolda qoyma,təslim olma,qızım.Qəlbindəki uşaqlıq hissini itirmə.Hər zaman məqsədini bil və ona görə addım at. Çətinliklərdən qorxma. Qərarlarını sərbəst ver.Düşüncələrin aydın olsun.Ana bildiyini heç kim bilməz.Həyatıma anamın söylədiyi sözlər ilə davam edərkən, çətinliklərlə üzləşdim. Hər nə olursa,olsun anamın məsləhətləri qulağımdan bir zəng kimi səslənirdi. Bir gün oldu sevincə qapı açdım, bir gün oldu da, kədərə.Yıxıldım,ayağa qalxmağı bacardım. İnsan olub,insan kimi yaşamağı öyrəndim. Yaxşı dost, övlad, yoldaş oldum. Amma elə bil həyatımda  nə isə çatışmırdı. Xəstə olanda anam,atam başımın üstünü alardı. Sevincli gündə dostlar,tanışlar yanımda olarda. Kədərimi və sevinci isə birgə həyata başladığım yoldaşım. Ağrılar bizləri izləmiş kimi hər zaman bizimlə bərabər idi.Onun yedizdirir,içizdirir sanki böyüdürdük. Qadını xoşbəxt edən üç amil var. 
Atası
Həyat yoldaşı
Övladları
Əgər bunların hər hansı biri olmazsa,o,qadın kənardan güçlü görünər,lakin daxilən zəif və gücsüz olar. Bəli, "Qadın kimi yaşamaq" ən çətinidir. Məndə bunları yaşayaraq,öyrəndim. Həyatın keşməkeşli yollarına düşərək,yuvamı anı gələn tufandan qoruyaraq öyrəndim. Atamın sevgisi,yoldaşımın sədaqəti və övladlarımın məhəbbəti ilə həyata bağlandım. Düşünün, bir qadın var uzaqda.Tək və tənha. Sadəcə övladı ondan qayğı gözləyir.Kənardan duran təhlükdən xəbəri olmadan yaşamağa çalışan qadın.Hər acıya sinə gərmək,övladına çıraq tutacaq, onu düz yola aparacaq, gözəl qismət axtarışında olan bir ana. Övladından başqa bir sığınacağı olmayan qadın. Nə əlində nə ovcunda heçnə olmayan, gecə - gündüz çalışıb,övlad böyüdən və böyütdüyü fidanın kölgəsinə sığınan qadın. İnsan kimi bəlkə vicdanı təmiz və rahatdı.Amma qadın kimi xoşbəxt deyil. Övladına görə güclü görünməyə çalışır, deyir, gülür. Və bəzən gözləri uzaqlara dalıb,kimisə,nəyisə axtarır. Uzanan əlinin boş qaldığını görərək geri qayıdır. Boş limanda sevgi və mərhəmət axtarır. Hər bir şey ola bilər. Bəzən özünü elə xoşbəxt göstərərki, kənardakılarda bu saxta xoşbəxtliyi gərçək sanar. Ona qəribə baxar.Məgər xoşbəxt ola bilərmi,bu qədər tənha olan qadın?!  Qadın istəsə övladı üçün xoşbəxt də olar. Əsas məqsəd övladının xoşbəxliyi və hürriyyətidir. Ana insan hər şey öyrədər. Lakin qadın kimi yaşamağı həyat öyrədər.


Günel Ağayeva

# DİĞER MAKALELERİ

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?