Sevgi yaşa baxmır...("Ayaq səsləri")

  Mən Bakının Xızı kəndində dünyaya göz açmışam. Atam kasıb biri olmuşdur. Çox kasıb biri... Anamı uşaq yaşlarımda itirmişəm. Atam mənimlə həmişə fəxr edərdi. O mənə inanırdı. İstəyirdi ki, məni daim xoşbəxt görsün. Çox acınacaqlı günlər görmüşəm. Kasıblığın nə olduğunu çox yaxşı bilirəm. Xüsusən də kasıblığın nə olduğunu, insana necə əziyyət və işgəncə verməsini tələbəlik illərində görmüşəm. Tələbə yoldaşlarım həftəyə bir paltar geyinəndə mən ildə bir paltarımı dəyişər-dəyişməzdim, əyləncəli yerlərə görünməzdim. Tələbə yoldaşlarımın ad günlərinə getməzdim, həmişə nəsə bir bəhanə gətirərdim. Dörd il ərzində bir dəfə də olsun ad günümü keçirtməmişəm. Ona görə ki, pulumuz yox idi, imkansız idik. Atamın vəziyyətini çox yaxşı başa düşürdüm, ona kömək olurdum. Ara-sıra özüm də işləyirdim ki, atama yük olmasın. Ən çox bilirsənmi mənə nə təsir edirdi? Bir-iki ay olmaz, rayon yerindən gələn tələbələrin Bakını məndən yaxşı tanıması, şəhərin hər yerində olması. Mən isə Bakıda böyüyən biri, onlar qədər tanımırdım şəhəri. Ona görə ki, onların atası kimi atam imkanlı deyildi. Pulum olmadığından heç yerə gedə bilmirdim... Nəysə, mövzu bu deyil.

İkinci kursun sonları idi. Bir gün hər dəfə olduğu kimi bu skamyada əyləşmişdim. İmtahan vaxtlar idi. Nəsə yazır, imtahanlara hazırlaşırdım. Bir müddətdən sonra bir qız gəlib sən oturan yerdə -  skamyanın solunda əyləşdi. O da nəsə yazmağa başladı. Mən də öz işimdə idi, başım öz yazıma qarışmışdı. Hava azca küləkli idi. Solumda əyləşən qızın vərəqinin yerə düşərək külək vasitəsilə mənə tərəf gəlməsini gördükdə tez əyilib onu götürdüm. Gözüm oradakı yazılara sataşdı. 3 bənd şeir yazılmışdı, oxumadım, çünki icazəsini almamışdım. Vərəqi ona tərəf uzatdım. Gülümsəyərək alıb təşəkkür etdi. Gülərüz biri idi. Uzun qara saçları hələ də yadımdadır. İllər öncə necə görmüşəmsə məhz elə də o saçlar yadımda qalıb. Qara gözləri, qara qaşları, sevimli baxışları ilə insanın qəlbini oxşayırdı. Çox gözəl idi. O vaxta kimi onun kimisini görməmişdim. Heç ondan sonra da onun kimi birisin görmədim...

Anlaya bilmirdim ürəyimi - məni o qızı sevməyə məcbur edirdi. Onu bir baxışla necə sevdiyimi hələ də anlamamışam. Həqiqətən də sevgi yaşa baxmır. Sevgi vaxt da gözləmir. Ya bu gün sevəsən, ya da sabah. Çünki, o da əcəl kimi bir şeydir. Nə vaxt səni haqladısa onda da təslim olacaqsan. Ölüm kimi sevginin nə vaxt başına gələcəyini bilmirsən. İstəsən də istəməsən də o səni haqlayacaq.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?