Bir işdə mükəmməl olmaq istəyirəm, bir neçə işdə natamam yox - Dibçəkləri dizayn edən xanımla MÜSAHİBƏ

Bu dəfəki müsahibim Sofi Əlidir. 
- Özünüzü təqdim edin. 
- Mən Sofi Əli. 27 yaşım var. İxtisasca alman dili üzre tərcüməçiyəm. 1 il bu sahədə işləmişəm, sonra özümü tapmaq üçün bir neçə işdə çalışdım. Deyə bilərəm ki, hər birinin öhtəsinən gəldim, amma özümü xoşbəxt hiss etmədim. Nəhayət, öz işimi qurdum və hazırda dizayner - illüstrator işləyirəm.
- Əl işləriniz var. Elə bundan başlayaq... Nələr hazırlayırsınız?
- Rəngarəng illustrationlarla keramik dibçəkləri dizayn edirəm. 
- Bu işə marağınız nə ilə bağlıdı?
- Təbiətə, bitkilərə, ev güllərinə, xüsusilə də kaktuslara və rəsmən olan sevgim məni bu işi yaratmağa sövq edib. Bir də eyvan sevgim var. Rəngli və çiçəkli eyvanları çox sevirəm və daha da artmasını istəyirəm.  

1040FA61-67DC-42F8-8CD8-97C9A7319443_180821_110611.jpeg

- Buna həm də biznes işi demək olarmı? 
- Hələ ki tam biznes işi deyə bilmərəm, çünki mən işim üçün işləyirəm, hələ pul qazanmağa önəm vermirəm. Bu işdən aldığım gəlirin elə yarıdan çoxunu yenidən işim üçün xərcləyirəm. 

- Yəni gəliriniz sizi qane edəcək qədər olmur... 
- Təbii ki, yox. Özüm üçün əlavə gəlirim olur. Bu işdən qazandığımı isə yenidən material üçün istifadə edirəm.

- Ətrafınızda belə xanımlar varmı? 
- "N" qədər (gülür). Maşallah, hamısı da bir-birindən istedadlı, kreativ. Baxanda düşünürsən ki, dünyanı bu xanımlar xilas edəcək, gözəlləşdirəcək. Özüm də onlardan enerji və stimul alıram. 

- Digər ölkələrdə bu sahəyə maraq daha çoxdur. Hətta "YouTube" kanallarıyla bu işi təbliğ edirlər. Bəs siz? 

4E8F52DF-0EB9-4859-9417-63B95CFD0891.jpeg2A69C687-4FCA-400B-899E-13CE5BAB9F8D.jpeg

- Elə mən də ilk dəfə "Pinterest" saytında gördüm və ruhuma yaxın hiss etdim. Həm çiçəklər, həm rənglər... Ona görə dedim ki, Azərbaycanda da olsun. Maraq hazırda bizim ölkədə də var və getdikcə artır. Düşünürəm ki, nə isə edirsənsə onu professional etməlisən. Əgər peşəkar çəkiliş heyəti olsa bu işi onlarla edərəm. 
- Bilmək istədiyiniz, ancaq hələlik  bacarmadığınız sahə hansıdır? 
- Düşünürəm ki, yaradıcı insanlar tək bir sahədə bacarıqlı olmur, eləcə də mən. Tikməyi bacarıram, boş vaxtımda foto ilə də məşğul oluram. Yaxın vaxtda floristika ilə də məşğul olacam. Bu sahədə əvvəl də çalışmışam, təcrübəm var. Ümumiyyətlə, davamlı məşğul olsam bir neçə art sahəsində işləyə bilərəm, amma bir işi daha mükəmməl görmək üçün digər sahələri minimallaşdırmışam. O qədər təkliflər gəlir ki, birlikdə işləmək üçün. Qəbul etmirəm. Bir işdə mükəmməl olmaq istəyirəm, bir neçə işdə natamam yox.
- Bilmək istədiyiniz, ancaq hələlik  bacarmadığınız sahə hansıdır? 

- Bacarmadığım deməzdim, sadəcə vaxt ayıra bilmədiyim sahələr var və düşünürəm ki, insanın etmək istəyib edə bilməyəcəyi heç nə yoxdur. İncəsənətin də o qədər gözəl sahəsi var ki, ən azından hər birini yoxlamaq istəyərdim və imkan tapdıqca özümü sınayıram. İş isə təcrübədir. Sevgi varsa davamlı bir iş görürsənsə öhtəsindən gələcəksən, ancaq sevgi olmasa alınmayacaq. Amma məsələn bu günə qədər aktrisalıq təklifi olub, cəhd edib, o sahəyə yönələ bilməmişəm. Düşünmüşəm ki, yaxşı alınmaz bəlkə də. Bu düşüncəmi yox etmək üçün özümü sınamağı düşünürəm. 

4A6E918F-5D09-403A-9E0D-07BE5BDC031E.jpeg

- Sizcə, uğurlu xanımsınız? 

- Bu günlərdə bu sualın cavabını qardaşım verdi (gülür). İşlədiyim vaxt emalatxanama gəldi, bir az məni izlədi və dedi ki, sən çox uğurlu insansan. Fikrini əsaslandırmağını istədim. Cavab verdi ki, Azərbaycanda olmayan, necə qarşılanacağını bilmədiyin bir işi sıfırdan başladın. Həm də bu, çox kiçik büdcə ilə səndə alındı. Ona görə də sən uğurlu insansan. Mən də özümü uğurlu hesab edirəm, amma özümü görmək istədiyim yerdə deyiləm. Olmaq üçün əlimdən gələni edirəm, qısa müddətli də olsa kurs, praktika, masterklasslarla özümü təkmilləşdirmək istəyirəm.
- Xanımlara sözünüz nədir? 
- Özlərinə, təhsillərinə, işlərinə, dünyagörüşlərinə, xarici görüşlərinə vaxt ayırsınlar. Özlərini sevsinlər, öz üzərlərində işləsinlər. Özlərinə dəyər versinlər. Nəinki insanları, ətrafında olan hər şeyi sevsinlər və vaxtlarını düzgün dəyərləndirsinlər. Pozitiv və özlərindən daha güclü olan insanlarla işləsinlər. Bilsinlər ki, verdikləri əmək, sevgi, xərclədikləri enerji onlara qat-qat geri dönəcək. 
Azadə Bayramova
# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?