Qadından yetim qalmaq

...Belədir, qadınlar belədir. Kişilərdən fərqli olaraq onlar ağlayaraq sakitləşirlər. Ürəklərini boşaldırlar. Bəzən xəlvətə çəkilib ağlayır, bəzənsə açıq-aşkara. Bəzən sakit, səssiz, bəzən isə hönkürtü ilə ağlayırlar. Bəzən fəryad qoparır, bəzən isə gülümsəyərək ağlayırlar. Ağlamaq onlar üçün ən əlverişli metoddur, çıxış yoludur. Qurtuluşdur. Onlar ağlayanda sevgiyə daha çox ehtiyac duyurlar. Hər qadın başını ürəyinin üzərinə qoymağa, saçlarına sığal, üzlərinə əl çəkməyə, onları sakitləşdirməyə, təsəlli verməyə bir yoldaş axtarır. Belə olan halda onlar daha tez sakitləşirlər. Təsəlli tapırlar. Ürəklərini boşaldırlar... Fərq etməz bu yoldaş kimdir. İstəyir kişi yoldaş olsun, istəyir qadın; istəyir həyat yoldaşı olsun, istəyir dostu; istəyir qardaşı olsun, istəyir bacısı. Fərq etməz. Əsas odur ki, güvəniləsi, inanılası biri olsun. Etibar etsin ona. Hə, əlbəttə ki, bir qadının sənə olan inamını, sevgisini qazanmaq çətindir. Olduqca çox çətindir. Gərək sən də bu inamı doğrulda, habelə itirməyəsən.
Bəs kişilər necə? Onlar da ağlamaq istəyirlər? Bəs onlar necə ürəklərini boşaltmaq istəyirlər? Kişilər də qadınlar kimi ağlayaraq sakitləşmək istəyirlər? Onlar da xəlvətə çəkilib ağlalayırlar? Görəsən, onlar necə ağlayırlar – açıq-aşkara? Sakit, yoxsa hönkürtü ilə ağlayırlar? Fəryad qoparır, yoxsa gülümsəyərək ağlayırlar?
Bəli, onlar da ağlamaq istəyirlər. Özü də necə... Hönkürtü ilə, hıçqıra-hıçqıra. Fəryad qoparıb ağlamaq istəyirlər. Amma ağlamırlar. Çəkinirlər ağlamaqdan, bəlkə də qorxurlar. Qorxurlar ki, kimlərsə onları gücsüz hesab etsin. Qorxurlar ki, kimlərsə onları zəif tanısın. Qorxurlar ki, kimlərsə onları iradəsiz kimi qələmə versinlər. Əslində onlar ağlayırlar. Qadınlardan daha çox ağlayırlar. Lakin, büruzə vermirlər. Kimlərəsə hiss etdirmirlər. Gizlin, xəlvəti ağlayırlar. Heç kim onların ağladığını görmür, hiss etmir. Çünki kişilər ağlayanda göz yaşı axıtmırlar. Onların ağlamağı ürəklərində olur. Necə də dəhşətli ağlayırlar!... Offf... Kaş qadınlar bunu duya biləydi, anlaya biləydi, hiss edə biləydi, görə biləydi. Görmürlər... Görə bilmirlər. Bax, kişilər belə ağlayır. Belə fəryad qoparır. İçlərində ağlayırlar. Hər gün ağlayırlar. Kişilərin qadınlardan çox sevgiyə ehtiyacları var. Onlar da özlərinə yoldaş axtaırlar. Kişilərin maraqları daha çox qadınlardır. Bilirsən onlar nə tərzdə ağlamaq istəyirlər? Başını bir qadının dizləri üzərinə qoyub, həmin dizləri qucaqlayaraq ağlamaq istəyirlər. Görürsənmi, necə də dəhşətlidir, necə də ürək yandırır kişilərin ağlayışları... Bax, budur qadından yetim qalmaq...

Rizvan Fikrətoğlu

# DİĞER MAKALELERİ

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?