Bir qızım olsun

Bir qızım olsun
Saçlarını darayım,hörüm,
alnından öpüm.
Bir qızım olsun
 Həyatla birgə addım atsın.
 Nə geri, nə də gələcəyə can atsın.
 Bir qızım olsun
Gözləri mavi Xəzərə, saçları isti səhraya bənzəsin.
Bir qızım olsun
 adı-sanı xoşbəxt olsun.
Sevsin, hər zaman sevilsin
Bir qızım olsun
 əl tutsun,haqqını tələb etsin,
sözünü deyə bilsin.
Bir qızım olsun
Əzdirməsin,əzməsin,
ailəsini şərəfləndirsin.
Gülüşü xoşbəxtlik gətirsin,
Gözləri sevincdən dolsun.
Bir qızım olsun
Desin,gülsün,oxusun,əylənsin.
Sevginin zərrəsini hər baxışında duysun.
Bir qızım olsun
Tale yükünə boyun əyməsin,
ağlamağı bacarsın.
Lakin ağlatmasın.
Ağlamaq günah deyil.
Günahlardan uzaq olsun.
 Məhəbbəti çiçək açsın,ətri dörd yana yayılsın.
Bir qızım olsun
Evində xoşbəxtlik avazı səslənsin.
Övladlarını qorusun, oxutsun.
Boş zamanlara deyil,analığa vaxt ayırsın.
Bir qızım olsun
sevdiyi insanın misralarına nəğmə olsun.
Bir qızım olsun
baxışı atasını, duruşu anasını xatırlatsın.
Bir qızım olsun sevincə, qələbəyə qapı açsın.
Gələcəyə  çıraq tutsun.
Bir qızım olsun…
Günel Ağayeva
# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?