"Təmiz dünya"nın tələbəsiylə MÜSAHİBƏ - "İnsan çətinliyə düşəndə özünü zəif bilir"

               
terq.jpg
Çətinliklər olacaq, çünki axır-əvvəl ayağımıza ilişənlər bizi yıxmalıydı. Axı o yoldakı maneəni ya biz yaratmışdıq, ya da onu aradan qaldırmaq üçün heç nə etməmişdik. Susmaq da heç nə etməmək qədər ən böyük pislikdir. Bu yolda ətalətdən üz çevirib o maneəni aradan qaldırmaq üçün çalışmalıyıq. Çünki bu yol təmizdir. Sevginin keçdiyi hansı yol təmiz deyil ki? Sevginin baş vurduğu bütün yollar ayaqları təmiz dünyaya aparır. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyi kimi...
Əbəs yerə adını çəkmədim bu QHT-nin. Son günlər gündəmdə olan mövzulardan biri də sığınacağın 18 yaşlı sakini Usuva Darida Andreyevnanın tələbə adını qazanmasıyla bağlı idi. Bizi düşündürürdü: Test imtahanlarından uğur qazanaraq ödənişli əsaslarla Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmaq şansını qazanan Darida tələbə olacaqdımı?
 İB-nin sədri Mehriban xanım Zeynalova açıqlamasında bildirib ki, Daridanın 2 illik təhsil haqqını bir neçə insan ödəyib (illik 1800 AZN) və digər 2 il üçün də Elm və Təhsil Komissiyasına müraciət olunacaq. 
Bu xəbərə sevindik, ən çox sevinənsə təbii ki, səbəbkarın özüydü; Darida. Sevincinə şərik olmaq üçün üz tutdum sığınacağa. Getdik. Darida rəsm kursundaydı, yarım saata gəlməli olduğunu dedi Mehriban xanım. Biz də keçdik boylarından "uzun" səsləri olan balacaların yanına. Bambaşqa aləm idi. "Yumurcak"a göz zilləyən kim, "Ben ten"lə dostlaşan kim, qıvraq çarpayıda mışıl-mışıl yatan kim, rəngli hava balonlarını atıb-tutan kim... Hələ Ağçiçəyimi, Rəsulu demirəm... Fürsətdən istifadə edib yazdıqlarımı göstərə biləcək şəkillər çəkdim.
Dedilər ki, qəhrəmanımız gəldi. Vaxt itirmədən sığınacağın sarışın gözəlinin yanına getdim. Pozitivlik dağarcığı olan o balaca gözlərindən elə aydın görünürdü ki, tələbə adını qazanmağının sevinci...
- Darida, hansı orta məktəbdə oxumusan?
- Ümumiyyətlə bir neçə məktəb dəyişdirmişəm. İlk oxuduğum məktəb Xətai rayonundakı 27 saylı orta məktəb olub. Fərqli yerlərə köçdüyümüzə görə bir çox məktəb dəyişməli oldum. Ancaq 246 saylı məktəbi bitirdim.
Sığınacağa isə 10-cu sinifdə oxuyanda gəldim. Sonra məni kurslara göndərdilər. “Art Life” rəsm kursuna və “Zirvə” hazırlıq kursuna. Bu kurs sayəsində 5-ci qrup üzrə hazırlaşdım.
- Özün oxumaq istəyirdin? 
- Oxumağımda bir az problem var. Əvvəl heç oxumurdum da. Üstünə düşə bilmirdim. Ancaq bura gələndən sonra həm işləmək, həm də oxumaq istədim. Mehriban xanım dedi ki, ya oxumalısan, ya da işləməli. İkisi bir arada olmur. Sonra fikirləşdim ki, indi oxuyum, sonra işləyərəm.
- İndi Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmusan. Əvvəldən incəsənətə marağın olub?
- Uşaqlıqdan rəsm çəkirəm, elə atam da həmişə rəsm çəkib. Özünün də əl qabiliyyəti yaxşıdır. Mən də elə o vaxtdan çəkirəm.
- Başqa nə bacarırsan?
- Heç nə (gülür).
- İstədiyin ixtsasa qəbul oldun, elə?
- Mən əslində dizayner olmaq istəmişəm, sadəcə dedilər ki, dizaynerlik o qədər geniş sahə deyil, müəllimlikdə isə hər bir detal daha ətraflı izah olunur. İstədiyim universitetə düşdüm. Mən fikirləşirdim ki, dizayneri seçirəmsə dizayner olacam, ancaq müəllimliyə gedəcəmsə dizayner ola bilməyəcəm. Ancaq müəllimim dedi ki, elə deyil. Müəllimliyə getsən də dizayner kimi işləyə bilərsən.
- Bəs müəllimlik etmək istəyirsən?
- Həm müəllim kimi işləmək istəyirəm, həm də dizayner.
- Harda işləmək istəyirsən?
- Əslində bunun mənim üçün o qədər də fərqi yoxdur. İstəyirəm ki, normal iş olsun, maaş da məni qane etsin.
- İndi universitetə gedəcəksən, oxuya-oxuya işləmək istəyərsən?
- Əlbəttə ki. İmtahan ərəfəsində o vaxta kimi öyrəndiklərimə əsaslanıb işləmək istəyirəm.
- İndiyə kimi hardasa işləmisən?
- İşləmək istəmişəm, amma yaşımın az olduğuna görə götürməyiblər.
- Kitablarla aran necədir?
-Oxuyuram, sadəcə indi bir az çətin məsələdir.
- Ən böyük istəyin nədir?
- Universiteti bitirəndən sonra magistratura üzrə təhsil almaq istəyirəm. Təbii ki, eyni ixtisas üzrə tam ali təhsilli olmaq üçün. Vaxtım olsa dizayner kursuna da getmək istəyirəm.
- Qızlara nə isə demək istəyirsən?
- İnsan çətinliyə düşəndə özünü zəif bilir, amma əslində elə olmamalıdır. Əksinə, arxaya baxmadan irəli getməlidir. Əvvəl nə olubsa onu yox, gələcəyi düşünməlidir. Olan olub artıq, gedib. Məncə, qadın güclü olmalıdır və öz gücünə inanmalıdır.
Azadə Bayramova
# DİĞER MAKALELERİ

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?