“ Vətən oğlu”

25038199_161350844638774_5122639719078821888_n.jpg

  Azadlıq- asan əldə edilməyən,uğrunda neçə şanlı zəfərlərin çalındığı şirin və müqəddəs bir kəlmədir. Bu kəlməni qorxmadan dilə gətirmək,onun hər bir hecasını hər bir zərrədə duymaq özü belə şərəflidir. Əgər AZAD yaşamaq istəyirsənsə, ilk olaraq müqəddəs torpağın ,aydın səman və keçilməz sərhədin olmalıdır.
Və bunların ən ümdə gələni yenilməz “Ordun” olmalıdır. Bugün dünya üzərində qorxmadan,çəkinmədən bir avaza “Vətənim” deyə biliriksə,bax bu sənin,bizim azadlığımızdır. O,neçə şanlı zəfərin bağrından qor götürüb,neçə yurda,evə,ailəyə istilik paylayanların sayəsində bizlər biz olmuşuq..
Bizlər bugün o alovun ətrafına yığışıb,doğma eldə “Yallı” gediriksə,bunu səngərdə gecə-gündüz bizləri qoruyan “Vətən oğullarına” borcluyuq.
Sizlərin sayəsində varıq,söyləyərək, üç rəngli bayrağımız dalğalanır.Hər gün o bayrağı “QARABAĞ” torpağında dalğalandıracağımız günə anbaan yaxınlaşırıq. Səma üzərində şahin kimi uçan,dənizdə üzən,torpaqda düşmənə aman verməyən,”Vətən oğlu” sizlərin əzminiz və gücünüz ilə təmiz,aydın və mavi səmaya öz doğma torpağımız üzərindən boylanıb baxırıq.Siz var olduqca, “Qəhrəmanlıq” dastanı yazdıqca,bizlər daha neçə 100 illiklər yazacayıq. Tarixin hər səhifəsində “Qarabağ”-ın qayıdış gününü bayram günləri kimi təqvim də qeyd edəcəyik!


Günel  Ağayeva...

# DİĞER MAKALELERİ

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?