Həyat sığortası

36374571_2022432338021790_804757234956369920_n.jpg?_nc_cat=0&oh=a77c45b96e9334009cb4a6b7ee49df1d&oe=5C2D19FB

“Sığorta” sözünü demək olar ki, hər birimiz eşitmişik. Lakin bu sözü eşitməyimizə rəğmən,o barədə bilgimiz ya məhduddur, ya da heç yoxdur. Bu səbəbdən,“həyat sığortası” barəsində yazmaqdan öncə, ümumi olaraq sığorta haqqında məlumat verməyi daha gərəkli  hesab etdim.
Sığorta nədir?
     Hər an istənilən vəziyyətdə müxtəlif xoşagəlməz hadisə və ya hadisələrlə qarşılaşa bilərik. Bu hadisələr təbiət və insan faktoru nəticəsində ortaya çıxa bilər. Belə vəziyyətdə həm maddi, həm də mənəvi cəhətdən itkilərlə üzləşirik. Sığorta şirkətləri belə itkilər nəticəsində ortaya çıxan ziyanın tam və ya qismən ödənilməsini təmin edir. Yəni, neqativ hallar nəticəsində sığorta fiziki və hüquqi şəxsə dəymiş zərərin ödənilməsini həyata keçirən bir vasitədir. Başqa sözlə, insanların (şəxslərin) əmlakı, həyatı, sağlamlığı, mülkü, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti (həmçinin sahibkarlıq fəaliyyəti) ilə əlaqədar olan əmlak mənafelərinin qorunması sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə (təkrarsığorta) əsaslanan münasibətlər sistemidir. Sığorta istehsal münasibətlərinin mühüm elementlərindəndir.
     Sığortanın (buna bənzər prosesin) tarixi olduqca qədimdir. Bu əməliyyat hələ quldarlıq dövründə indikindən fərqli şəkildə (çox zəif inkişaf etmiş formada) mövcud olmuşdur. E.ə. XIII əsrdən başlayaraqqədim İtaliyada gəmiçiliyin inkişaf etməsi ilə əlaqədar olaraq sığortaya baş verə biləcək itkilərin dəyərinin ödənilməsinə istiqamətləndirilmiş maliyyə fəaliyyəti kimi baxılmağa başlanılıb. E.ə. IV-III minilliklərdə indiki sığorta prosesinə oxşar əməliyyatın ilk nümunəsi Mеsapotomiyada (Şumer əyalətində) yaranıb. Tarixdən məlum olduğu kimi ox və kamanın (Mezolit dövründə kəşf olunub) kəşfinə qədər insanların əsas məşğuliyyət sahəsi əkinçilik və yığıcılıq olub. Mənimsəmə (istehlak da deyə bilərik) təsərüffatından istehsal təsərrüfatına keçiddən sonra qədim insanların əsas məşğuliyyəti əkinçilik (yığıcılığı əvəzlədi) və maldarlıq (ovçuluğu əvəzlədi) oldu. Həyat şəraitinin inkişafa doğru dəyişməsi nəticəsində yeni bir sahə - ticarət yarandı. Belə olduğu halda əyalətlər arasında iqtisadi münasibətlər fonunda tacir anlayışı meydana gəldi. Məhz belə bir şəraitdə Şumerdə tacirlərin yüklərinin qarətinin, oğurlanmasının və digər itkilərə məruz qalması nəticəsində tacirlərə dəymiş ziyanın aradan qaldırılması üçün yerli tacirlərə müəyyən haqq (pul...) verilirdi. Həmin məbləği tacir qrupları özləri yaradırdılar.
     Hazırda mövcud olan sığorta şirkətlərinə bənzəyən institutlar XII əsrdə İslandiyada yaranıb. Onları kəndlilər ittifaq şəklində yaratmışdır. Məqsəd xoşagəlməz hadisələr nəticəsində yanğına və mal-qaranın məhvinə qarşı birgə təminatı həyata kеçirmək idi. İlk sığorta şirkəti isə 1424-cü ildə Gеnuyada yaradılmışdı.
     Həmçinin Azərbaycanda da sığortanın tarixi qədimdir. Qədimdən qalan əməliyyatlar indi da davam edir. Bir sıra rayon və kəndlərdə qonşular, qohumlar və belə qruplar öz aralarında müəyyən məbləğdə baza yaradırlar ki, kiminsə ziyanı olarsa onu çətin vəziyyətdən çıxarsınlar.
Həyat sığortası
     Sığortaçıların fəaliyyət istiqamətinə görə “həyat sığortası” və “qeyri-həyat sığortası” olmaqla sığorta iki yerə ayrılır.Bu bölgü “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və Mülki Məcəllənin 885-ci maddələrində öz əksini tapmışdır.
               
     Araşdırmalarıma əsasən deyə bilərəm ki, Azərbaycanda qeyri-həyat sığortasının bir növü sayılan avtomobil sığortasından sonra daha çox üz tutulan sığorta növlərindən biri həyat sığortasıdır. Həyat sığortasından danışarkən burada ən vacib olan və ilk növbədə diqqəti çəkən müqavilə müddəasını diqqətinizə çatdırıram: əgər sığortalanın başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə onun əmək haqqının 10 və ya 12 misli (maksimum hədd) sığorta haqqı qanunvericiliyin qoyduğu qayda ilə ailəsinə ödənilir. Ümumi bu nəticəyə gəlmək olar ki, sığortaçı sığortaolunanın heç bir bədbəxt hadisə ilə üzləşməməyini, gəlirinin azalmamasını, işdən çıxarılmamasını, xəstəliyə düçar olmamasını və digər neqativ halları istəmir. Ancaq bu halların hər hansı birinin baş verməsinə görə köməklik göstərəcəyini vəd edir. Belə olan halda neqativ hallarda maliyyə baxımından həyəcanımız da olmur, “qara” düşüncələrə dalmırıq.
Həyat sığortası üzrə sığorta sinifləri
     “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-cimaddəsinə əsasən həyat sığortası sığorta obyektinə gorəşəxsi sığortaya aid olan 5 növ sığorta siniflərini özündəbirləşdirir:
-Həyatın ölüm halından sığortası
-Həyatın yaşam sığortası
-Annuitet sığortası
-Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
-Sağalmaz xəstəliklərdən sığorta
Azərbaycanda sığorta mədəniyyəti
               
  Sığorta mədəniyyəti iqtisadi mədəniyyətin bir qoludur. Burada əsas məsələ insanların mədəniyyətin bu növünə nə qədər bələd olması, bu mədəniyyət sahəsindən nə dərəcə istifadə etməsi, bu mədəniyyət növünə olan münasibət, inkişaf və s.-dir.
     Azərbaycanda “sığorta” və “sığorta mədəniyyəti” az inkişaf edib. Elə ölkələr var ki, əhali baxımından Azərbaycan əhalisindən 2 dəfə azdır. Lakin həmin ölkələrin sığorta mədəniyyəti lazimi dərəcədə inkişaf edərək maksimum həddə çatmışdır.
     Təcrübə göstərir ki, İnkişaf Etməkdə Olan Ölkələrlə (İEOÖ) müqayisədə, İnkişaf Etmiş Ölkələrdə (İEÖ) mədəniyyətin səviyyəsi daha yüksəkdir. Həmçinin, “sığorta və sığorta mədəniyyəti” İEÖ-də geniş inkişaf edib. Bu təcrübəyə Azərbaycan sferasından yanaşsaq görərik ki, həcmcə böyük və elm mərkəzləri olan şəhərlərlə müqayisədə paytaxtdan uzaq rayonlarda,əsasən də dağlıq ərazilərdə “sığorta” və “sığorta mədəniyyəti” olduqca az inkişaf edib.
 İlkin araşdışrmam nəticəsində bunun ən əsas iki səbəbini ortaya çıxardım:
  • İnsanlar sığorta şirkətlərinə inanmır;
  • İnsanların sığorta haqqında məlumatı  yoxdur.
     Müqayisədə birinci səbəb daha geniş kütləni əhatə edir: İnsanların sığorta şirkətlərinə inamı ya azdır, ya da yoxdur. Hətta o dərəcədə ki, sığorta şirkətlərinə banklardan da az güvənirlər. Zənnimcə, bu acınacaqlı vəziyyətin əsas iki səbəbi var: Birinci səbəb insanlara sığorta haqqında məlumat verilmir (yaxud az məlumat verilir),ikinci səbəb isə yalnış məlumat verilir.
     Bu da faktdır ki, Azərbaycanda icbari sığorta növü olmasaydı ölkədə sığorta və sığorta şirkətlərinin fəaliyyəti olduqca zəif olardı.
     Sığorta mahiyyət etibarı ilə həm sığortaçı, həm də sığorta olunan üçün sərfəli və əlverişli metoddur. Sığorta olunan qazancından kiçik məbləğ ödəməklə gələcəkdə qarşılaşa biləcək ziyanın ödənilməsini təmin edir. Sığortaçı isə bütün riskləri təhlil edərək həm sığortaolunanın, həm də özünün (şirkətin) maraqlarını qoruyur. Düzdür, sığortaolunan sığortaya qazanc məqsədi kimi baxmamalıdır (həyatın yaşam sığortası istisna). Yuxarıda qeyd etdiyim kimi, burada sığortaolunanaın xeyiri, onun üçün yarana biləcək bədbəxt hadisələr nəticəsində dəymiş ziyanın (sığorta növünə və formasına görə...) ödənilməsini təmin olunmasıdır. Təəssüflər olsun ki, bir çox səbəblər ucbatından “sığorta” və “sığorta” mədəniyyəti cəmiyyətə düzgün və ya tam çatdırılmadığına görə insanların əksəriyyəti könüllü surətdə sığorta olunmaqdan qaçırlar. Bu hər iki tərəf üçün xeyirlə nəticələnməyən haldır. Çünki, belə vəziyyətdə sığortaçı qazanc götürə bilmir. Sığortaolunan isə itkilərlə üzləşəndə olduqca çətin duruma düşür. Belə halların qismən və tamam aradan qaldırılması üçün hər iki tərəfin bu işdə marağı olmalıdır.
     Valideyn kimi övladlarımızı, övlad kimi valideynlərimizi, ailəmizi və bizə yaxın digər şəxsləri düşünsək özümüzüsığorta etdirməyimizin nə dərcədə əhəmiyyətli olmasını yaxşı başa düşərik. Bu mədəniyyət sahəsinin dünyada xeyli genişlənməsinə nəzər salsaq, dünya əhalisinin necə də sığorta mədəniyyətinə sahiblənməsini, sığortalanmış gələcəyini görərik.
     Qərbi Avropada və eləcə də ABŞ-da yaşayan əhalinin 80%-dən çoxu həyatını sıortalayıb. Bu göstərici mövcud olan bazarın nə az, nə çox60-70%-ni təşkil edir. Həmin ölkələrdə həyat sığortasının bu qədər yüksək həddə olması orada yaşayan insanların “sığorta və sığorta mədəniyyəti”nə yüksək səviyyədə nail olmasından irəli gəlir.
“PAŞA Həyat”
     Bu şirkət Azərbaycanda digər sığorta şirkətləri ilə müqayisədə xeyli dərəcədə tanınır, populyardır. “PAŞA Həyat” şirkəti “PAŞA Holding” şirkətlər qrupuna daxildir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 24 noyabr 2010-cu ildə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirir. Sözün əsl mənasında Azərbaycan miqyasında həyat sığortası üzrə liderdir. Fikirimi digər həyat sığortaları ilə bəsit bir misal üzrə aydınlaşdırıram:
     Aşağıdakı cədvəldə 2015-ci ilin yanvar-dekabr ayları üçün hesablanmış sığorta haqları və sığorta ödənişləri barədə məlumata diqqət yetirək.
Sığortaçının adı
Sığorta haqqı
Sığorta ödənişi
“PAŞAHəyatSığorta”
54.526.449,39
16.349.699,98
“Atəşgah Həyat”
39.124.190,81
18.234.691,36
“Qala Həyat”
22.827.377,06
17.649.084,65
     Cədvəldən də görüldüyü kimi digər həyat sığortası şirkətləri ilə müqayisədə ən çox sığortahaqqı toplayan “PAŞA Həyat” şirkəti olub. Bu vəziyyət şirkətin operativ fəaliyyətindən, savadlı işçilərinin çoxluğundan, eləcə də düzgün istiqamətə yönləndirilmiş uğurlu strategiyanın nəticəsindən xəbər verir.
    “PAŞA Həyat” insanların sığorta, xüsusən də həyat sığortası barəsində məlumatlı olmasından, maariflənməsindən dolayı xeyli işlər görüb və görməkdədir. Təkcə onu demək kifayətdir ki,  bu günə kimi həmin şirkət 88 sosial təlim keçirmişdir ki, həmin təlimlərdə 2074 insan iştirak edib.
...Və sonda
     Dünyada elə sığorta növləri var ki, adlarını eşitsək bizdə təəccüb doğurar. Azərbaycanda  isə bir çox ölkələrlə müqayisədə sığorta növləri çox deyil. Olanlar isə bizim üçün vacib və əsas olanıdır. Araşdırdığım mövzu “Azərbaycanda həyat sığortası”dır. Bu bizim həyatımız qədər mühüm olmalıdır. İstənilən zaman, istənilən bədbəxt hallarla qarşılaşa bilərik. Xoşagəlməz hallarda maddi çətinlikdən azad olunmağımız üçün, habelə ailə üzvlərindən biri vəfat etdiyi halda ailənin maddi çətinliklə qarşı-qarşı gəlməməsini dərindən düşünsək həyat sığortasının nə qədər vacib olduğu qənaətinə gələrik. Sığorta heç bir halda bizim üçün itki sayılmır. Adından görüldüyü kimi, sığortalanırıq, özü də bu həyat sığortasıdırsa...
Heç kim səhər nə olacağını, başına nə iş gələcəyini bilmir. Kiçik xərclə böyük itkilərin qarşısını alın – HƏYATINIZI SIĞORTALAYIN...
Rizvan Fikrətoğlu
# DİĞER MAKALELERİ

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket Hangi haber sitesini daha sık takip ediyorsunuz?