Gedənlər birdəfəlik gedər və bir nəfərdə qalarlar...

Sətirlərə hökm edə bilməz bəzən. Tökər ruhunun lətini. Havada asılı qalan barmaqları elə yapışar ki qələmdən, yazmaq istədiklərini cızmaz kağıza. Qələmi ki çox sıxdın, yazmaz. Lap iki əlinlə tutub üfüləsən belə, ovcunda fırlasan belə.  Sıxmayacaqdın o qələmi. Onu mürəkkəbini tökməyə məcbur etməyəcəkdin. Çünki məcbur edilənlər etdiklərini O GÜN gələr ki, etməz və bundan öncə susar... Susar və gedər. 

Susmaq...

 Susarkən qəhərin qırtlağına kimi qalxar və elə oradaca qalar. Nə aşağı enər, nə də yuxarı tərəf boylanar. Üzü yoxdur aşağı baxmağa, yeri yoxdur yuxarı qalxmağa. Bığ-saqqal məsələsi. Elə ilişər o dəhlizə. Ha boğazını arıtlayarsan, dəyişməz heç nə. Dikələr neytral zonada. Çünki sıxıldığı məngənə o məngənələrdən deyil, əzabdır, zülümdür, ya da yaşamaq. O sürünə sürünə yaşamaq var ha, deyirik ki ya Rəbb, ya yenidən yarat məni, ya da öldür. Bax elə yaşamaq. Əzabları yaşamaq üçün yaşamaq. Hökm olunan cəzanı çəkmək üçün verilən ömrü doldurmaq. Zərurəti həyat tərzinə çevirmək deyək. Tikilən həyatın adına özümüz nə biçsək də fərq etməz...

 Biz yazıb hayqırırıq susqun görünsək də. Bəzən də gözümüz hayqırır, ya dodağımız, ya da saçımız. Yaxud da vücudumuzun hər qətrəsi. Çünki o qələm kimi sıxıldıq, həm də çox. Elə sıxıldıq ki, belə sıxılmalar normal qəbul edilməyə başladı. Sıxılmayanlara pis baxıldı, təəccüb edildi. Ancaq bizi sıxanlar özləri də sıxılmışlar deyildi, bizi sıxanlar hökmdar olmaq istəyənlərdi. Tək şey unuduldu ki, sıxılanlar əzilir, əzilir, əzilib durur, dayanır, ancaq O GÜN gələndə gedir; sakit və izsiz. Gedir və arxaya baxmır, izini belə saxlamadan getmişdir çünki.

Onları getməyə məcbur buraxmayın. Çünki gedənlər birdəfəlik gedər və bir nəfərdə qalarlar... Getdikləri kəsdə.

Getmək, bir nəfərdə yarım qalmaqdır.... 

Azadə Bayramova

# DİĞER MAKALELERİ

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz


Anket 'CHP'de Genel Başkan kim olsun?'