“Biri var idi, biri yox idi…” nağılı.

Biri var idi, biri yox idi, bir dövlətli ailə var idi. Biri-birinə can deyib, “can” eşidən, xoş sözlərdən başqa acı kəlmələr danışmayan ailə bütün mərtəbələri zəhmətlərilə qalxmış, hər nə əldə etmişdilərsə əziyyət çəkmiş, halal yolla qazanmışdılar. Haqqında söz açdığımız kiçik dövlətin qurulmasından beş il keçməsinə baxmayaraq hələ də övlad üzünə həsrət çəkirdilər. Bu onları incitsə də büruzə verməz, bu barədə danışmazdılar. Allaha dualar edər, övlad diləyərdilər.

İş o yerə gəlib çatmışdı ki, həkimlər resept yazmağa qələm, mollalar dua yazmağa kağız tapa bilmirdilər. Nə edirdilərsə çarə tapılmırdı ki, tapılmırdı. Həkimlər savadlarına şübhə ilə yanaşır, mollalar əməllərindən ehtiyat edirdilər.  Hər yerdən, hər kəsdən əlac üzülmüşdü. Tanrının kəramətinə şükür olsun! Evlənmələrindən düz 8 il keçdikdən sonra işıqdan ağ, baldan şirin, qızıldan qiymətli övlad dünyaya gəldi. Xoş gəldi! Onun gəlişi kədər göz yaşlarını sevinc göz yaşları ilə əvəzlədi. Səadət şərabı daha da şirinləşdi. Sanki yenidən quruldu bu ailə. Övladın ailə bağlarının möhkəmlənməsində necə də böyük rol oynamasını, var-dövlətin bəxş etmiş olduğu xoşbəxtlikdən də övlad sevgisinin üstün olmasını anladı xoşbəxt cütlük. Bir qədər gec – 8 il sonra bunun fərqinə vardılar : övlad dünyaya gözlərini açandan sonra. Məhz ailənin ilk ən böyük sevinci olduğu üçün, özü ilə nur gətirməsi səbəbilə qıza İLKNUR adını verdilər. Bu ailəni tanıyan uzaq, yaxın – bir sözlə, hər kəs körpənin valideynlərinə nə qədər əziz olmasını yaxşı başa düşürdülər. Budur ki, balacanın nazını çəkir, onu öz övladlarından da yaxşı əzizləyir, diqqət ayırırdılar. Beləcə aylar ötdü, fəsillər dəyişdi, illər dolandı, yaş üstünə yaş gəldi. İlknur da böyüdü, müəyyən yaşa doldu. Baxmayaraq ki, yeniyetmənin 15 yaşı var idi, hələ də ata-anasının gözündə böyüməmişdi, körpə idi – 15 il öncə sevinclərinə nur çiləyən körpə. Məhz, bu yaşda gələn elçilər valideynlərinin gülüşünə səbəb olurdu. Onlardan olsa qızı evləndirmək istəmirdilər də hətta. Gözlərinin ağı-qarası bir övlad idi. Elçilər də dayanmaq bilmirdi. Gün üstünə gün gəldikcə elçilərin də sayı artırdı. Valideynlər “yox” deməkdən yorulur, elçilər gəlməkdən yorulmurdu. Get-gedə ailədə “böhran” vəziyyəti yaranmışdı. Yaradandan şikayətçi idilər. Düzdür, bunu dilə gətirməsələr də ürəklərində “inqilab” həddi yaranmışdı. Səbəb isə 15 il öncə dünyaya gəlmiş İlknur idi. Bəli, onlar oğlan övladı arzulayırdı. İlknur fərqlənmə ilə on birinci sinifi bitirib yüksək nəticə göstərərək ali məktəbə qəbul oldu, tələbə adını qazanmışdı. Bu uğur valideynlərini şad etdi, sevindirdi. Ancaq əskisi kimi yox. Qız dillər əzbəri oldu, bir çox ailələrdə ondan danışılır, haqqında söhbət açılar, bəzən də müzakirələr baş qaldırırdı. Çoxları nümunə çəkir, övladlarının İlknura bənzəməsini istəyirdilər. Bir çox qızlar hətta ona oxşamağa cəhd edirdilər. Elçilərin də arası kəsilmirdi ki, kəsilmirdi. Həmişəki kimi  “kor-peşman” geri qayıdırdılar. Hər kəsi bir məsələ düşündürürdü : qızın taleyi. Düzü, bu sualın cavabını kimsə bilmirdi – valideynləri də belə bilmirdi. Ailədəki “böhran” vəziyyəti olduqca gərginləşmiş, son həddə çataraq “çat” yaratmışdı. Bunu İlknur da başa düşürdü. Atanın gecələr evə gəlməmələri, ananın qayğısız jestləri qızı düşündürür, ona əzab verirdi. …Bir müddət keçdikdən sonra el-obaya xoşagəlməz xəbər yayıldı: qızı qaç(ır)ıb(lar)! kim qaçırıb, hara qaçırıb – heç kim bilmirdi. Üç gündən sonra üzqarası xəbərin bütün detalları məlum oldu. Yarı razılıq, yarı narazılıqla qız başqasına yar olmuşdu. Bu xəbər valideynlərini sevindirmədi. Heç bir il çəkmədi ki, qız geri – yarı ögey, yarı doğma evinə qayıtdı, boşanmışdı. İlknur üçün hər şey yarı olmuşdu. Ömrü yarı, taleyi yarı, sağlamlığı yarı – hər şey yarılaşmışdı. İlknurun boşanması ailədə açıq-aşkar “müharibə” şəraiti yaranmışdı. Heç nə gizli deyildi. Təhqir olunan, alçaldılan, döyülən, söyülən… bilinirdi – söz üzə deyilirdi. Ən çox da məzənnət olunan İlknur idi. Yaranan dava-dalaşdan yaxın və uzaqlar da xəbər tuturdu. Bir vaxt həsrətlə haqqında danışılan ailə nifrət olunacaq dərəcədə gözdən düşmüşdü. “Kiminin əvvəli, kiminin axırı”. Elçilərin də səsi-sorağı kəsilmişdi. Heç kim o evə ayaq basmırdı. Vəziyyət o yerə çatmışdı ki, qız universitetdən də qovulmuşdu. Adına şayələr gəzirdi. Kimi deyirdi “oğlanlarla gəzir”, kimi deyirdi “problemlidir, bu səbəbdən boşanıb” və sair və ilaxır. Bir il sonra gün daha erkəndən doğdu. Uzaq diyardan gələn elçilər “soyuq ocaq”a istilik gətirərək pənah oldular. İlknur yenidən ailə həyatını qurdu. Təəssüflər olsun ki, ikinci dəfə edilən cəhd də uğursuz alındı. Bədbəxtlik bədbəxt ailəyə yenidən bədbəxtlik gətirdi. Ata xəstəlikdən, ana infarktdan dünyasını dəyişdi. Artıq qohum-qardaşlar, yad-tanışlar həmin evə tamamilə yol salmadı, üz tutmadı: əvvəlki xoşbəxt və imkanlı ailə yox idi. Kredit borcları valideynlərindən qalan evin əldən çıxmasına səbəb olmuşdu.  İlknur barəsində xoşagəlməz kəlmələrin də günbəgün sayı artırdı. Kimsə onu nümunə çəkmir, heç kim İlknura bənzəmək istəmirdi.  Hamı onu “əxlaqsız” qız kimi tanıyır, ondan üz döndərirdilər. Qız əziyyət çəkirdi. Nə qədər düşünsə də, hardasa səhv etdiyini araşdırsa da nəticə əldə edə bilmirdi. Əlacsız və köməksiz idi, ümidləri ölmüşdü. “Ümid sonda ölər” – deyiblər. Bəxtsiz gənc intizarın bir küncünə qısılıb əzab “şərab”ından dadır, yoluna nur yağdıracaq işığın onu tapmasını gözləyirdi. Biri var idi, biri yox idi, İlknur adlı qız və bir uçuq kaha var idi…

Rizvan Fikrət oğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder

#


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?