"Uşağını itirən bir ana üçün hər gün ilk gündür; - bu iztirab qocalmaz"

Yaponiyada zəlzələ sonrası xilasetmə qrupu içində qadın cəsədinin olduğu ev tapır. Qadın çoxdan ölmüşdü. Ancaq qrup başçısı açdığı tuneldən yenə içəri daxil olur və qadının cəsədinin altına baxaraq qışqırır: - Uşaq! Bir uşaq var..! Qrup sonra dəsmalın arasına bükülmüş 3 aylıq uşağı çıxarır. Qadın körpəsini qorumaq üçün bədənini ona sipər edib. Xilas olan zaman uşaq hələ də yatırdı. Həkim tez gəlir və uşağı müayinə edir. Dəsmalı açan zaman içindən telefon tapırlar. Ekranda yazılmışdı: - "Xilas oldunsa, səni çox sevdiyimi xatırla...".

 Bunun tək adı var: Analıq. Başqa sözlə, güclü qadın. Bəlkə də bir insanın ən sonda edə biləcəyi fədakarlıqdır bu. Yox, yalnız ananın. Digər nümunə: Müəyyən illərdə Azərbaycanda Hərbi Tribunalda hakim vəzifəsində çalışan Əsəd Fərəcovun xatırladıqlarından:

"Çingiz Xocalını çəkəndə mənim fonda səsim gəlir. Deyirdim ki, Çingiz onu çək, bunu da çək. Uşaq meyitlərini orada qoya bilməzdik. jurnalistlər hamısını çəkirdi. Bu məqamda donmuş uşağı anasından ayırdım. Uşaq iki gün olardı ki, ölmüş anasının qucağında Xocalıda qalmışdı. Sonra meyitləri götürüb məscidə apardıq. Ağdamda qonaq evi deyilən yer var idi. Orada başımı qolumun üstünə qoyub oturmuşdum. Xocalıdakı dəhşətləri xatırlayıb ağlayırdım. Bir də gördüm ki, kimsə əlimdən öpür. Gözümü açdım ki, Ağdamın axundudur. Mənə dedi ki, gətirdiyin uşağı məsciddə yuyanda ayıldı. Sən demə, uşağı isti su ilə yuyanda ağlayıb və oyanıb. O zaman həmin uşağın 2-3 yaşı olardı. O uşaq indi də yaşayır. Ancaq mən onu tanımıram, o da məni".                      

Soyuq fevral ayında 2-3 yaşlı uşağı yalnız ananın sevgi qarışıq donmuş hərarəti qoruya bilərdi, necə ki, qorudu da.   Belə nümunələr bitməz və hər zaman olacaq. Çünki ana sevgisi oxunması bitməyən kitab kimidir. Yalan yerə deməyib ki Abraham Lincoln: 

"Mənə, oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır".

Azadə Bayramova

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder

#


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?