Tarixə sığmayan 100 illik... 31 Mart 1918-ci il

31 Mart 1918-ci il Azərbaycana qarşı törədilən amansız qanlı tarix. "Böyük Ermənistan" xülyasıyla yaşayan murdar təfəkkürə sahib olan düşmən əsrlər boyu Azərbaycana qarşı öz çirkin əməllərindən əl çəkmirlər. Tarixin qanlı səhifələrinə yazılan 31 mart hadisələri heç bir zaman unudulmayacaq.Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Azərbaycan türkləri kütləvi şəkildə qətlə yetirilmiş, məscid,kəndlər yandırılmış, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar dağıdılıb məhv edilmişdir. Buda azmış kimi ata-baba yurdunda yaşayan azərbaycanlıları kütləvi surətdə deportasiyasiya edirdilər. Azərbaycanın sərvətlərindən bəhrələnən erməni daşnaqları, qadın,uşaq,yaşlı demədən hər kəsi məhv edirdilər. Daim rusların ətəyi altında gizlənən ermənilər,elə ruslarında köləsi kimi hərəkət edirlər. Ruslar daim Qafqazı od içərisində saxlamaq istəyirlər. Və buna görədə hər zaman Azərbaycan torpaqlarına göz dikib, xalqına üsyan tutublar. Bakı Soveti və ermənilərin əlbir olub, törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.Mart hadisələri ermənilərin törətdiyi son hadisə deyil.Onlar aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət azərbaycanlıları qətlə yetirmiş.Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə görə nazirlər şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.

Daha sonraillər ərzində Azərbaycan torpaqlarına hücum edib, Qarabağ bölgəsini işğal etmişdilər.Hələdə "Tarixə sığmayan 100 İllik" bizlərin qan yaddaşımıza silinməyən izlə həkk olunub. Tarix boyu bizlərə hücum edib, məhv etmək istəyən düşmən istədiyinə heç bir zaman nail olmayıb,olmaycaq! Bizlər daim var olub, olacayıq.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder

#


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?