İnsan dedilər...

Salam!. İlk cümləmi necə başlayacağımı bilmədiyim üçün elə salam, söyləyərək başlayıram. Düşünəcəksiniz ki, nə üçün kəlmələr yetərsiz qalıb? İzahını  çalışdığım qədər verəcəyəm.

  Sizlərin var olduğunuz dünyayla həm yaşıdam. Gəlin sizə dünyada,(daha doğrusu təbiətdə)  var olan  və bir-birindən gözəl ətraf aləmin güzgüsü olan çaylarımdan, mərdlik simboluna çevrilən dağlarımdan, yaşıl xalıya bənzər çəmənlərimdən, hər biri-bir tarixə şahid olan ağaclarımdan, təmiz və gözəl atmosferdən danışım. Düzü düşünə bilərsiniz ki, indi onları niyə görə bilməyib hiss etmirsiniz?! Bunu məndən yox daxilinizdə olan vicdanınızdan soruşun. Sualın cavabını daxilinizdə gizlətdiyiniz vicdandan ola bilərsiniz? Əgər varsa?! Hər günümüz xoş sədalarla açılırdı.Quşalr qanad çalıb göydə süzər,torpaq altında olan köstəbəklər,qarışqalar gəzişər,heyvanlarım azad olaraq meşənin hər tərəfinə gedib gələrdilər. İqlim dəyişikliyin nə olduğunu bilməzdik. Hər kəs mehriban şən firavan idi.Təbiətə məxsus olan hər bir gözəllik var idi. İlin dörd fəsli gözəl olurdu. Heçnə əksik deyildi.Sizlərin işlətdiyiniz cümlə var, necə deyirsiniz?!Nəsli kəsilmiş ağaclar və heyvanlar. Nəsli kəsilən bizlər deyilik.Əslində sizlərsiniz. Sizlərlə tanışlığımız əslində maraqlı olmadı.Bircə gün sizi tanıdıq deyə sayımız günü- gündən azaldı. Varlığımıza son qoydunuz. Tərəqqi deyərək, zavod, fabrik tikdiniz, çaylarım göllərim,dəniz və okeanım məhv oldu. Bununla kifayətlənmədiniz. Suda yaşayan canlılarıma hücum edib, ildə bir dəfə insanlığa sığmayan hər hansı şənlik naminə balıq, balinaları məhv etdiniz.Səbəbsiz yerə gölləri qurudub, guya sözdə xəstəlik yaradan həşəratları məhv edirsiniz. Daha düşünmürsünüz ki,Rəbbimiz heçnəyi boşdan var etməyib.Bunlar azmış kimi ağaclarımı kəsib, yerinə hündür mərtəbəli soyuq  binalar tikdiniz. Məhv etdikləri ağaclardan kitablar hazırlayıb, bizləri bir ömür ora həbs etdilər. Müasirlik adı verərək. Dəb salıb,heyvanlara hücum edib, dərilərini diri-diri soydunuz. Buda azmış kimi laboratoriyalar tikdirib,mənə məxsus canlılarımı orada məbs edib, işgəncələrə məruz qoydunuz. Xoş gün keçirtmək üçün meşələrə gəlib, atəş açıb heyvanları məhv edib, sevincinizi fotolarla hər kəsə nümayış etdirirsiniz.

   Mən bu canlı təbiətin anasıyam. Ağlaya-ağlaya sizlərə yazıram. Mənə məxsus olan canlılara qıymayın. Düşünməyin ki, bir-iki ağacı kəsməklə,gölü qurutmaqla,heyvanı öldürməklə heçnə olmaz. Ən böyük fəlakət xırda görünən məsələlərdən başlayır. Ağaclarımın dili yoxur axı, sizə dil açıb desinlər ki, məhv etdiyiniz ağacların yerinə tikilən kafe, restoranlar gərəksizdir. Onsuzda müəyyən vaxtdan sonra heç kimə maraqlı gəlməcək. Dəb üçün qıydığınız canlının kürkünü sadəcə bir-iki il istifadə edə biləcəksiniz,oysa, heyvanlarımın çox yaşa bilər. Quraqlıq başlayır,Gölləri çayları qurudub məhv etməyin! Torpağa zəhərli qatğılar tökməyin! Unutmayın ki, sizlərdən sonra sizə aid nəsil burada yaşamağa məcbur olacaq. Onlara məhv olmuş gələcək verməyin. Gün keçdikcə xəstəliklər artır. Ən kiçik körpədə olan xəstəlik belə sizin məsuliyyətsizliyinizə görə yaranır.Çirklənən  ətraf mühit, torpaq, hava, su,səma sizlərə bəladan başqa heç nə bəxş etməyəcək.Onlar parlaq gələcəyə addımlamaq üçün sizləri qəbul edib, insan dedilər. Sizlər sə, mənim hər bir ailə üzvümü qorumaq yerinə məhv etdiniz.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder

#


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?