Sonuncu görüş

 

 

Bir gecikmiş məhəbbətin,

Tüstüsünə isinirəm. Bir gecikmiş sevginin, İzinə düşüb gəzirəm. Əmim Jurnalist Adif Ağayevin əziz xatirəsinə...   16 Yanvar 2008-ci il bir insanın taleyinin son günü. Yaşanmış bir ömrün son pərdəsi həmin gecənin qaranlığıyla birgə enirdi. Səhəri, yeni gün doğmuş kimi qarşıladı. Elə bizdə...Kim bilə-bilərdi ki, Yeni gəlmiş ilin elə ilk günlərində doğma insanı sakitcə fələk bizlərdən ayıracaq. Əmim həmin gün adəti üzrə öz işlərini davam etdirirdi. Özünə məxsus kiçik yazı masası, masanın üzərində yenicə nəşrdən çıxan qəzet nüsxəsi, qeyd dəftərçəsi və birdə, bir fincan çayı. Eynəyini silib,gözünə taxıb, ona bu yolda yoldaş olan qələmini götürüb, yenə yazmağa davam edirdi. Məqalə, şeir, tənqidi yazı adəti üzrə bacardığı, sevdiyi işi görürdü. Ondan kömək istəyən hər kəsə əlindən gələn köməyi əsirgəmirdi. İşin ucunda öyrətmək varsa, bilik varsa, canla başla bu işə qol çəkirdi. Qələm dostları ürək dostlarından çox idi. Zahirən sakit, təmkinli idi. Yazdığı şeirlərində vətən,yurd həsrəti çəkdiyini qələmə alardı.Vətəninə bağlı,aşiq idi.   Nə Məcnunam,nə Leyli Nə Fərhadam,nə Şirinəm, Həsrətdən ölmüş,aşiqəm, Dərgahıma yar gəzirəm.   Yazdığı misralarda buna dəlalət verir. Sevinirdi, illərdə çalışıb,vuruşub, bu yolda, bu peşəni sevə-sevə davam etdirirdi. İllərdi arzuladığı ,canını bu sahədə qoydu. Nəşriyyatda öz şəxsi qəzetini çap etdirəcək yer götürdü. Deyirdi ki, bundan sonra hər bir şey yaxşı olacaq. Elə həmin qəzetin baş redaktoru oldu. İşini davam etdi. Amma fələk arzusunu onun könlündə qoydu. Əmimi həyatda iki şey yalnız buraxmadı.Bir işi bir də onunla birgə addımlayan xəstəliyi. Uzun illərdi o, xəstəliklə mübarizə aparırdı. Dərdinə çarə tapılmırdı. Amma həyatla barışıb,yoluna davam edirdi. Yazılarında da, belə yaşamaq ömür gün deyil deyərək, qələminə sarılıb, vətəninə elinə olan sevgisini ağ vərəqə köçürür.   Vətən deyib,çağlayıram, Bu vətənin övladıyam, Vətən üçün ağlayıram, Nə qədər ki. yaşayıram.   Ellərinin yorğunuyam, Obaların vurğunuyam, Torpağımın mərd oğluyam, Nə qədər ki, yaşayıram.   Keçişindən,indisinə, Körpəsindən,böyüyünə,  Qocasından,köçkününə, Hamısına mən qurbanam Nə qədər ki, yaşayıram.   İşğal olan el-obanın, Keçməkeşli Qarabağın, Cabbarının,Qaryağdının, Hamısının heyranıyam Nə qədər ki,yaşayıram.   Ürəkdən,qəlbdən,dağlıyam, Zəngilanlı balasıyam, Rövşənəm dağ vüqarlıyam, Vətənə  elə bağlıyam Nə qədər ki,yaşayıram.   Əmimin yaşadığı müddət də tək sevgisi vətən idi. Elindən,obasından ayrı düşən gözləri yolda qalan  vətənin yurdsuz vətəndaşıydı.Övladı olmasada, iki övlad böyüdüb,onların hərəsini bir sənət sahibi etdi. Böyütdüyü övladlar da, onun hörmətini gətirər,ona ata deyə çağırardılar.   Əmimin səhhətiylə bağlı o tez-tez xəstəxanada qalırdı. Telefonla əlaqə saxlayıb,danışırdıq. Əmisinin gül balaları deyə əzizləyərdi.Yanvar ayında yağan qarla bizlər şəkil çəkdirib, əmim üçün göndərdik. Şəkili evinin yazı masasının divarından asdı.Gedər- gələr şəklə baxıb, gülərdi.Düzü bunların hamısını bizə yoldaşı deyərdi.   Sonuncu dəfə mən əmimi öz ad günümdə gördüm. Ad günümü qeyd etmək üçün deyil, bacım həmin zaman əməliyyat olmuşdu. deyə bizimlə birgə xəstəxanaya getmişdi. İndi də var xatırlayıram,divara sakitcə sökənib, həkimin danışığına qulaq asırdı. Dedim axı. Təmkinli biri idi. Qarşısında olan insanı dinlər.Daha sonra fikrini izah edərdi. Bəlkə nə vaxtsa, görüşməli idik. Yaranan problemlər buna imkan vermirdi.O,bizim gəlişimizi bizdə,onun qonağı olmağımızı gözləyirdik. Amma alınmadı.Bəlkə də Allah-təala buna rəva bilmədi. Axı hər bir şey onun əlində idi.Hər axşam bizimlə danışan əmim, elə həmin günü sadəcə günorta bizlərlə əlaqə saxladı. Elə bil, ürəyinə danmışdı nədi?! Bütün qohumlarla bir-bir əlaqə saxlayıb hal-əhvalların soruşurdu. Yəqin ona hər şey ayan idi. Axşam saatlarında, zəng gəldi. Anam telefonu götürməklə özünü itirməyi bir oldu. Nə olduğunu, nəyin baş verdiyini anlamaq çətin idi. Gecənin qaranlığı əmimi ağuşuna alıb,sonsuzluğa  qərq etdi. Həyat durdu. Əmin xəstələnib, deyə evdən çıxan valideynlərimin ardınca pəncərədən boylandıq. Daha sonra dəstəyi götürüb, əmimin nömrəsinə zəng etdim. Dəstəyi kimin götürdüyünü bilmirəm, amma yad qadından əmim necədi?- deyə soruşanda, O,ölüb. -dedi. Niyə? Sadəcə soruşduğum bu oldu niyə? Cümlələr və sözlər aciz qaldı. Ondan sonra mən onunla ancaq yuxularda görüşürəm. Nə zaman kı tək yanlız hiss edirəm. Əmimlə birgə dəniz sahilində gəzişən görürəm özümü. Elə bu sənət də mənə əmimdən bir əmanət qalıb. Yazmaq və yaratmaq. Hər kəsin gedəcəyi, görəcəyi işlər var. Əmimdə bu sahadə  ona məxsus olan bir izlə səbr, təmkinlə hər şeyə rəğmən addımladı.  Allah rəhmət etsin! Sən bizim qəlbimizdə daim yaşayacaqsan!...     Günel Ağayeva 

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder

#


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?