Vəzifə kölgəsində gizlənən "adam"

Deyirəm bu vəzifə necə müqəddəs bir amildi. Vəzifədən qorxub,onun kölgəsində çaqqal kimi gizlənənlər özünü oğul zənn edir. Sən ey vəzifə, səni bizmi bu qədər müqəddəs etdik?

Xanış kişi nə olub? Yenə öz-özünə nə danışırsan? Xeyir ola?!

Salam ay bala. Bayaq kəndə yeni təyin olunmuş zatın yanından gəlirəm. O qədər şişib ki, şişkinlikdən ayaqları görünmür. Nisə bacının oğlu o qədər acız və qorxaqdı ki,zatın yanında muma çevrilmişdi. O nə hava çalır, o hava ilə qol qaldırıb,oynayır. Adama da qorxa-qorxa salam verir. Birdən zat görər. Mən elə bilirdim o, bütün gənclərə örnəkdi. Salamı,kəlamı ilə gənclərin öndə gedənidi. Sən demə qorxağın birimiş. O necə tapşırıq veribsə, salamı alan kimi elə qaçır ki, elə bil and içib ki, "asta qaçan namərddir". Heyf ona bəslədiyim hörmət və rəğbət. Çox heyf.

Ay bala adama deməzlərki, başqasının statusunda kölgələnən fərd,şəxsiyyət deyil, kölədi!

O müdir dediyin zat bugün burada çalışacaq,sabah başqa yerdə. Bəs sənin onun arxasınca sürünməyin,bəs sənin özünə aid olan şəxsiyyətin? Bunlar necə olacaq? Heç düşünmüsən? Hə də,axı onda düşünəcək,baş olsaydı əgər, insan olduğunu dərk edərdi.O verilən dəyər və hörmətə çox heyf.

Xanış kişi, canını sıxma, yəqin o da işini itirməkdən qorxur? Ona görə sizin təbirinizcə desəm, insan kimi yaşamaqdansa, çaqqal kimi yaşamağa üstünlük verdi. Axı insanların əqidəsi və özünə məxsus xisləti var. Bunlara görə canını sıxma. Dediyin o zat getdikdən sonra yenə insan maskasın geyinər. Geyinər, ay bala. Amma o maskanın altında bir qorxaq gəzər. Axı insan özünü necə aldada bilər? Kim olduğunu unuda bilər? Görünür, vəzifə insanlıqdan öndə gəlir.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?
Tüm anketler