İkinci Qarabağ müharibəsi: Azərbaycan əsgərinin qələbəsi – erməni fitnəkarlığı

Tarix göstərir ki, Ermənistanın dövləti, hökmdarı olmayıb. Ermənilərin “Ermənistanın böyük tarixi” barəsində, onların keçmişi haqqında tarixdə heç bir informasiya həqiqət olaraq özünü isbatlamır. Bugün işlədilən “Ermənistan” adının belə tarixi kökləri yoxdur. Onlar zaman-zaman müxtəlif xalqlar tərəfindən müəyyən ərazilərə köçürülüb. Öz əzəli torpağı olmayan bu vandallar işğalçılıq siyasəti aparmağa, zor gücünə yerli əhalini yurd-yuvasından ayrı salmağa, qan tökməyə niyyətləniblər. Erməni millətçiləri çox yaxşı rəvayətlər düzüb-qoşa, nağıllar uydura bilirlər. Onlar yalan üyütməyi bütün xalqlardan yaxşı bacarırlar.

İyirminci əsrin əvvəlində olduğu kimi, dövlət müstəqilliyini bərpa etdiyimiz 90-cı illərdə də Azərbaycan dövlətinin qarşısında erməni fitnəsi, erməni vandalizmi dayanmışdı. Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma “Böyük  Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Başqa dövlətlərin oyuncağına çevirilmiş bu qüvvələr xalqımız və suverenliyimiz üçün təhdidə və təhlükəyə çevirildi. Təəssüf ki, tale elə gətirdi ki, belə məkrli xalqla eyni coğrafiyanı paylaşmalı olduq.

Maddi-mənəvi sərvətlərimizə və dövlət suverenliyimizə qəsd etmiş düşmən müstəqilliyimizin ilk illərində başqa dövlətlərin “maşa”sına çevrilərək, əzəli Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməyi bacarmışdı. Tarix müxtəlif səhifələrində sübut edir ki, revanşist hikkə ilə yad torpağında qalmaq, özgəsinin atına minmək çox çəkmir. Xəstə təxəyyüllə saxta dövlət yaratmaq, analtik düşüncə korluğu ilə başqasının ərazi bütövlüyünə qəsd edərək onu özününküləşdirmək çox çəkə də bilməzdi. Düşmən bir gün mütləq öz layiqli cavabını almalı idi. Aldığı canların, tökdüyü qanların, taladığı sərvətlərin və ən nəhayət, işğalda saxladığı torpaqların əvəzini canı və qanı bahasına qatbaqat ödədi.

Hər dəfə yeni məkrli fürsətlər axtarışında olan düşmən sülh barədə düşünmək istəmir, atəşkəsi dəfələrlə pozaraq, işğalçılıq niyyətinə daha qabarıq iştahla davam etmək xülyası ilə yaşayırdı. Qarabağ torpağı, demək olar ki, hər gün güllə səsləri ilə oyanırdı. Müharibə istəməyən Azərbaycan rəhbərliyi 30 il ərzində var gücü ilə sülh danışıqlarını davam etdirir, nəticələr əldə etmək üçün səylərini əsirgəmirdi. Amma bunlar heç bir nəticə vermir, düşmən daha da azğınlaşırdı.

Regionda qarşıdurmalara cəhd edən düşmənə “dur” deməyin, “dəmir yumruq”la başını əzməyin vaxtı çatmışdı. Və belə də oldu – 2022-ci il sentyabrın 27-dən başlayaraq, ova çıxan düşmən özü “ov”a çevirildi, Azərbaycan əsgərindən imdad diləməyə başladı. Müharibənin ilk günündən başlayaraq, ermənilərin dünyaya car çəkdiyi “güclü ordu”, “dözümlü şəxsi heyət”, “uğurlu diplomatiya” kimi boş fikirləri iflasa uğradı. Azərbaycan əsgəri 44 günün içərisində 30 illik işğala son qoydu, düşməni öz yuvasına kimi qovdu.

Azərbaycan Silahlı Qüvvələrində sistemli şəkildə həyata keçirilmiş quruculuq, düşünülmüş döyüş metodları, ən müasir texnika və silahla yüksək səviyyəli real döyüş formatına əsaslanmış təlimlər, şəxsi heyətin yüksək əhvali-ruhiyyəsi – bütün bunlar Azərbaycan əsgərinə döyüş meydanında qələbə qazandırdı. Havada və yerdə döyüş üstünlüyünü ələ alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin illərlə güvəndiyi hərbi texnikalarını dəmir yığınına çevirdi, erməni mövqelərini darmadağın etdi, xeyli qənimətlər ələ keçirdi, şəxsi heyətini külə döndərdi. Azərbaycan Ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz uçuş aparatlarından (PUA), İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə PUA-larından təcrübəli şəkildə istifadə edib. Təkcə “Bayraktar TB2” PUA-ları vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikası məhv edildi. 44 gün davam edən Vətən müharibəsində Ermənistanın 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd PUA-sı, 5 Su-25 təyyarəsi, 50 “Tor”, “Osa”, “Kub”, “Kruq” modelli zenit-raket kompleksi məhv edildi. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 “Qrad”, 4 “Smerç”, 1 “Tos” odsaçan, 2 “Uraqan”, 1 ədəd YARS, “Toçka-U” ballistik raketləri, “Elbrus” raket kompleksləri və digər hərbi texnikaları sıradan çıxarıldı, xeyli qənimətlər əldə edildi.

Əlbəttə ki, qələbə dastana dönən Xudayar kimi, general-mayor Polad Həşimovun qisasını alan, azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş Cəbrayıl Dövlətzadə kimi şəhidlərin canı bahasına, qazilərin igidliyi sayəsində, xalq-iqtidar birliyi nəticəsində əldə edildi.

Azərbaycan Silahlı Qüvvələrinin II Qarabağ müharibəsində tətbiq etdiyi taktikalar, döyüş metodları və hərbi texnikalar dünya hərb məktəbinin ən real dərsləri idi. Vətən müharibəsindən sonra tətbiq edilmiş yeniliklər dünya hərb məktəbi tərəfindən mənimsənilməyə və tədqiq edilməyə başlanıldı. Dünya mediası Azərbaycan əsgərinin hünərindən, gücündən, cəsarətindən və mərdliyindən bugün də danışır, heyrətlərini gizlədə bilmirlər. Düşmənin kaputilyasiyası ilə nəticələnən Vətən müharibəsində qazanılan qələbə hələ uzun illər təhlil olunacaq, öyrəniləcək və öyrədiləcəkdir.

Rizvan FİKRƏTOĞLU

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?