"Pöhrələnən" fidan

Bəsdir! Artıq kifayətdi! Bu xəyallardan kənar gəz. Sən ayağa qalxmalısan, həyat gözəldi. Ömrün yetdiyi qədər gözəl yaşa. Hər şey olacağına varar. Bunu sən istəmədin. Heç kimsə istəməz. Qalx ayağa,həm özünü incidirsən, həm də ətrafında olanları. Yorma bizi!

Bəli, mən hər kəsə yükəm və hər kəsi yoruram. Özünə faydası olmayan biri başqasına necə kölgə ola bilər?

Mən, Fidan. Keşməkeşli həyatda yaşayan,Fidan. İstəkləri və arzuları olmayan, biri. Nə bilim, bəlkə də var idi,amma artıq öz istəklərini öldürmüş,uşaqlıq arzularının üzərinə bəmbəyaz örtük sərmiş bir fidanam. Çox uşaqlı evin tək uşağı kimiyəm. Kimsəsiz və yalnız. Nə səsimi duyan bacı-qardaşım var,nə də ki, gözümə baxıb,məni anlayan bir kimsəm. Düşündüm ki, birini sevərəm, o məni anlayar. O isə həyatımı zindana çevirdi. Hər gün ölümlə yaşam arasında can verirəm. Heç bir zaman səbrim tükənmədi. Amma çox yoruldum. Yaşamaq,sevmək istəyindən əsla vazkeçmədim. Bilirdim ki, həyat yaşadığım qədər gözəldi. Əlvida söyləmədim. Dedim,hər şey düzələr. Amma və lakin hər şey pisliyə doğru getdi. Mən susduqca, o məni aciz və qorxaq bildi. Mən dərdən qaçarkən onlar üstümə gəldi.

Mən Fidan, öz köklərindən torpağa bərk-bərk tutunan həyatla mübarizə aparan, tək tənha yaşayan qızcığaz. 

Mən Fidan, hər kəsi sevən amma sevilməyən biri. 

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?