Daxilimizdə Yatan "Xeyirxah" Dost

Salam. Bugün nə edim? Çox düşündüm,axır ki, bir nəticəyə gəldim. Onsuz da mənim ən gözəl bacaracağım iş var. Hər kəs bundan qaçmaq istəsə də bəziləri bunun əsirinə keçrilir. Mən kiməm? Çox düşünməyin!Mən, sizlərin daxilinizdə əyləşib, sizlərə "gözəl"düşüncələr ötürən, sizləri ətrafdan təcrid edən və sizlərə əzab verən paxıllıq hissiyəm.

Mən burda tək deyiləm. Xudbinlik, dedi-qodu, kinlilik,sözbazlıq da mənimlə birgədir. Bizlər çox gözəl və mehriban dolanırıq. Və birimiz digərimizdən heç bir zaman küsüb incimirik.

Bilirik ki, kim bizi tərk etsə, digərimiz onu gözəl əvəz edəcəyik. Mən,sənin mənəviyyatını iliyinə qədər məhv etmişəm. Və sənə "məsumiyyət" bəxş etmişəm.Sənə o qədər yaxınam ki, sənə gözəllik,şirindil, ağıl, fikir bəxş etmişik. Sən bizləri çox sevirsən. Və biz də bunun qarşılığında sənə yardım edirik. Bax,orada iki insan söhbət edir. Bilirsən, onlar səndən danışır, sənin kimliyindən,xudbinlik hissinin yüksək olduğundan,sözbaz olduğundan. Görürsən,danışarkən, sənə necə baxırlar. Səni çox qısqanırlar. Niyə gedib, cavabını vermirsən? Axı,sən aciz deyilsən! Get! Ya da dur! Dayan! Baş qoşma! Səndə onlardan danış!

Qoy görsünlər ki,kimə baş qoşublar. Bizlər səni incitmərik. 
Əslinə qalsa, bu insanlar onu heç tanımır. Bilmir ki,bu kimdi? Biz sadəcə onu onların gözündə zirvəyə qaldırdıq. Qəlbində yatdığımız insan özünü onlardan uca tutacaq. Və nəticədə gözəl ünsiyyət quracaq. Bax, bizlər belə yaxşılıq edib, sonra bütün el-aləm bilsin deyə hər söhbətdə,hər mövzuda etdiyimiz yaxşı əməldən qürur və fəxr hissiylə danışarıq. Biz bunu sevirik.

Bizlər, insan var olduqca qidalanan onların düşüncəsini ələ alan sevimli dostlarıq. 

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder

# Dedi


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?