Zamanla Yarışan Arzular

Dönən dünyada heç kəsə ümid bağlama. Nə arzunu, nə də ki, sevgini kiminləsə paylaşma. Hər nə ediriksə, edək, zaman tuta bilmədiyimiz yeganə gərçəkdi. Dəfələrlə çalışdım, üzüldüm, incindim, anladığım tək bir həqiqət var, üzüntünü heç kimə bildirmə. Olan bitən nə varsa, zülmət gecəyə dəfn elə. Bitən bitib, gedən gedib. Boşyerə zamanı xərcləmə. Gözləmə. Ağlama. Zaman keçir, ümid bitir. Sev. Yaşa. Gül. Bezmədən. Yorulmadan. İnadına gülümsə. Hər nə edirsən et, ən gözəl ümidləri, arzuları doğan günəşə tərəf yönəlt. Könlü geniş olanın limanı gözəl olur. İzn ver, ümidlərin arzularına yeıkən oısun. Yelkən olsun ki, dalğalı dənizləri ram etsin. Fikrin əsla səni yanıtmasın. Hər nə çətin anların olsa, belə şükür elə. Sənin çəkdiyin bu hüsrana həsrət olan kim bilir neçə nəfər var.

Özünü sev. Dəyərsizə dəyər verib də, dəyərli etmə. Unutma ki, şüşə parçasının üzərinə günəş şüası düşdüyü zaman almaz kimi parlaqlığı bərq vurur. Lakin onu bu cür parlaq edən günəşdi. Həyat fanidi. Olmadı, alınmadı deyə üzülmə. Bir qapı bağlanar, min qapı açılar. İtən zamanı özünə məlhəl bil. Unutma ki, bağlı qapıları açan, qəlbinə rahatlıq bəxş edən, bizləri zülmət gecədən aydın sabaha oyanmağa izn verən Allah var. Ona sığın. Arzularını onunla paylaş. Ən gözəl günləri, illəri onunla birgə yaşa. Şükür et ki, keçən zaman ərəfəsində itən toz zərrəsi deyilsən. Həyat bir marafondu. Çalış hər zaman sevgi ilə anıl. Ən gözəl arzular limanı olan şəhərdə görüşənədək, qızcığaz. Ümidlərin gecənə işıq tutan fənərin olsun...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?