Eşşək nə bilir, "Zər-palan nədir"

 - Salam, Qasım dayı. Necəsiniz? 

Salam, bala. Yaxşı. Sən necəsən?

Şükür sağlığın. Nə olub? Belə birtəhərsən.

Ehhh...Bala necə olum axı?

Kəndin qanmazıda var, qananıda...

Onlarla ömrümüzü günümüzü çürüdə-çürüdə başa vururuq.

-Sən Allah de, görüm, nə olub? Yenə kim sizin xətrinizə dəyib?

Nə xətr ay bala?  Azda olsa, məni dinləsə, dərd yarı. Bu qanmaza başa salırsan ki, qatıq qaradı, elə hey öz dediyini deyir. O gün dedilər ki, küçələrə əl gəzdirib, bax bu çuxurları bağlayacaqlar. Biz də sevindik. Sevindik ki, rahat gəzə biləcəyik. Amma bu qanmaz oğlu qanmaz, dirəşib ki, elə kəndin çıxışını düzəldək. Deyirəm, ay oğul, kəndin çıxışını düzəlt, bəs burda yaşayanlar nə etsin? Çıxışı gözəl göstər, bəs ortası, yaxşı bəs əvvəli? Deyir qoy qalsın. Ay bala, başına dönüm, kəndə gələn var ki, çıxışına qədər də gedən olsun?! Bir hələ buranı düzəltsinlər, sonra sona çatsınlar. Bəlkə yalan deyirəm. Qanmır ki, qanmır.

-Həəə, Qasım dayı, sənin işin qalıb, Allaha. Dua elə ki, qanmaz dediyin o kəs, səni anlasın. Belə görürəm ki, bu da bir çarə deyil. Nə edəsən? Qarşında ki, səni anlamırsa, elə öz dediyin deyirsə, vəssəlam.

Oğul, günah onda deyil eee... Günah bizdədir ki, hər çalınan havaya əl qaldırıb, oynamışıq. Razılıq vermişik. Ataların bir kəlamı var. "Eşşək nə bilir, zər-palan nədir".

Hər sözü ağlının "dərin" yerinə atıb, düşünürsə, sonuda belə olacaq. Girişi itirən insan, çıxışı tapa bilmir, mənim balam.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?