KTDD Afrin’e Yardım

KTDD Afrin’e Yardım

Kadınları Toplumsal Destekleme Derneği “Şanlıurfa’dan Afrin’e İnsani Yardımlar” Toplantısına Katıldı
Ana Sayfa Yazarlar 10.04.2018 104 Görüntüleme

Nikah, yoxsa kəbin? — bu dəfə gənc xanımlar danışdı

Ailə qurmaq istəyən şəxslər ya rəsmi nikaha daxil olur, ya kəbin kəsdirir, ya da hər iki rituala əməl edir. Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da ailə həyatı quranların hamısı rəsmi nikaha girmirlər və beləcə, qeyri-rəsmi nikahla yaşayanların sayı artır. Ancaq rəsmi nikaha girmədən ailə quran, birgə yaşayan cütlüklər bəzən də müsəlman ölkələrində olduğu kimi kəbin kəsdirirlər. Hazırki qanuna görə, qızlar və oğlanlar 18 yaşın tamamında evlənə bilər. Maraqlıdır, bəs görəsən onlar üçün hansı daha önəmlidir; nikahmı , yoxsa kəbinmi?

Əsədova Ülviyyə: “Mənim üçün nikah daha vacibdir, çünki kəbinin heç bir hüquqi əsası yoxdur, yəni sadəcə dinə uyğun olsun deyə bəzi insanlar kəbin kəsdirir, bəziləri isə yox. Dini görüşləri çox olan adamlar bunu etdirir, mən etmərəm. Bəlkə də edərəm, bilmirəm, yəni bu xüsusi məna kəsb etmir mənim üçün. Ancaq nikah hüquqi baxımdan daha vacibdir, çünki ailə də bir qurumdur”.

Bağırzadə Əntiqə: “Kəbin allahın rizası olduğu üçün öncə kəbin, sonra nikah. Çünki allahın rizası olmasa nikahın bir mənası yoxdur”.

Xəyalə Quliyeva: “31 yaşım var, subayam. Məncə, hər ikisi olsa daha yaxşı, ancaq öncə nigah vacibdir. Düzdür, kəbin ailə qurulanda Allahın iznini bildirir, ancaq ailə dağılanda qadınların qorunması üçün nigah lazım gəlir”.

Gülər Mehdizadə: “28 yaşım var, ailəliyəm. Azərbaycan Dillər Universitetində ikinci təhsilimi alıram. Fikrincə, müsəlman olduğumuza görə kəbin daha vacibdir. Yoldaşım da dindardır, ona görə də kəbinimiz nişanlı vaxtından kəsilib. Ancaq nikah da zəruridir. Çünki övladlarımız olur, onlara mütləq atalarının soyadı verilməlidir. Ona görə də müəyyən sənədlər lazımdır”.

Afət Sadıqova: “31 yaşım var, boşanmışam. Bizdə yalnız nikah olub. Elə mənimçün də bu daha önəmlidir. Münasibətləri bərkidir, təsəvvür edin, qadın deyir ki, ailəliyəm, ancaq nikahım yoxdur, kəbinim kəsilib. Mənə görə belə hal normal deyil. Bütün ölkələrdə belədir, ailə qurulur, övlad dünyaya gəlir və münasibətləri bərkitmək üçün nikah lazımdır. Ancaq hər ikisi olsa lap yaxşı”.

Sənubər Həmidli: “20 yaşım var, Azərbaycan Dillər Universitetində təhsil alıram. Məncə, müsəlman dövləti olduğumuza görə kəbin daha vacibdir, sonra isə dövlət nikahı. Çünki müasir dövrümüzdə dövlət nikahsız mümkün deyil. Ailə-daxili münaqişə olanda boşanmada aliment və pay bölgüsü məsələlərində çətinliklər yaranır. Qadınlar övladları ilə şəraitsiz qalırlar. Bunun qarşısını isə dövlət nikah vasitəsilə alır”.

Aynur Zamanova: “Bakı Avrasiya Universitetinin tələbəsiyəm. Mənə görə, kəbin də lazımdır, nikah da. Ancaq allah qatında kəbin daha önəmlidir”.

Əsmər İsmayılova: “Nigah, çünki bu sənəd işlərində mən çox rəsmiyyətə qaçan adamam. Hər evlilik uğurlu alınacaq deyə bir qayda yoxdur. Ona görə boşananda çox problem yarana bilər. Bir də ki, uşağın gələcəyi üçün də dövlət nigahı önəmlidir. Əks halda, qeyri-rəsmi nigahdan olan uşaq sayılacaq”.

Hüseynzadə Aytən: “Tələbəyəm, fikrimcə, müsəlman olduğumuza görə kəbin vacibdir, ancaq qanuni tərəfini nəzərə alsaq, nigah da lazımdır”.

Kəmalə Muxtarova: “Mənə görə nigah daha öməmlidir”.

Məmmədzadə Nilufər: “Kəbin daha vacibdir”.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Yorum yapabilmek için giriş yapmalısınız.

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Haber Sitesi | Uzman Tescil