Savalan

şiir

Savalan

Savalanım hay Savalanım

Uca boylu Savalanım

Ərdəbilin Meşginin yaraşığı 

Əfsanəli dağım Savalanım

Kainatın yadıqarı olubsan sən

Sirr-hikmətlə dolubsan sən

Səreyin Sərdavaya töhvə veribsən

Vətənə nişan kimi dorubsan sən

Səndən ayrıldım bir gün zorla

Xatırlaram o günü ah o zarla

Səbirsiz yaşaram sənsiz zavalla

Süeddən (İsveç-dən) seyr edirəm xəyalla

Sevgim sənə hər dəm damağ olur

Sevincdən ürəyim qizir dağ olur

Övlad olaraq xatirəmiz sayağ olur

Qürbətdə sənə gözlərim bulağ olur

Qərib quş kimi eldən ayrı düşmüşəm

Məst olub seyre cahana düşmüşəm

Hər dəmdə bir müşkilə rast gələndə

Sənlə belə konlumu mən bölüşmüşəm

Həsrətindən mən a dağım yanıram

Gözəl təbiətini hər dəm yada salıram

O gözəliyi bir xəyal kimi sanıram

Zərə zərə olub sonra sonuram

İstərdim səndə axar sudan içərdim

Qotur suyun gölündə mən çimərdim

Obaların kənarından keçərdim

Hər dəmdə bir ayran alıb içərdim

Nəsə, getmir həvəsimdən yolların mənzərəsi

Ları bağların hüseyxanı meyvəsi

Nəsə, getmir nəzərdən Şabılın ağır nəfəsi

Qulağdan şırşırların səsi şələsi

Bilirəm, şahıd kimi durubsan

Yay-yaz rüzigara yatağ olubsan

Hər dəmdə bir coşub dağılıbsan

Guduza, zalımə qarşı sipər olubsan

Sankı olubsan millətin qanadı, qolu

Səndən keçib hər peyğəmbərin yolu

Sənə qurban olum ay başı bəla dolu

Olubsan Allahın sirr-hikmət ilə dolu

Bilirəm, sənə dəyər verən çox olub

Yeniş yoquşuvu qalxıb enən tox olub

Gül kimi açılıb iylənib şox olub

Kainatın sırrına qoşulub yox olub

Əzəldən səndə, müdrik bir sakitlık olmayıb

Maddə ziddi maddə sözü çənbərində yer salmayıb

Titrəşmə tezi sənə fayda vermeyib

Böyük-Partlayış da guya kökündən heç olmayıb

Deyirlər, dünya birdən birə yarandı

Böyük-Partlayışdan hər şey birdən yarandı

Sankı bütün aləm bir nöqtədən calandı

Zaman məkan hamısı heçdən birdən yarandı

Deyirsən, axı necə hər şey yoxdan olarmış

Mütləq heçdən işiq hava coşub dolarmış

Ruh o cism də yaşam tərkibində qalarmış

Ay qardaş axı ağıl buna necə yol verərmiş

Deyirlər, işiq adla bir fenomen yox idi

Zamansız, ömür kimi bir şey də heç yox idi

Məkansiz, heçnə belə maddə kimi yox idi

Çünki maddə anti maddilə qarışıb varlıq bucur yox idi

Aləm isə isti bulut kimi bir zərrədə var idi

Zərrə isə dışarıda varlıq kimi yox idi

Bütün həsti enerji kimi toparlanıb bir zərrdə var idi

Birdən birə maddə nəsə ziddi maddə dən çox idi

İsti bulut bir ləhzədə hidrogen ilə dolu idi

Böyük-Partlayış göz açmadan o ləhzədə var idi

Maddə isə tələsilik yaranmaqda saz idi

İsti bulut soyduqca yeni dünya var idi

Kainat doldu milyon-milyon kəhkəhşanlarla (qalaktikalarla)

Göyün sonu genişləndi bulutli gərd o qubarla

Bizim qalaktika yarandı Samanyolu unvanla

Doldu saysız-hesabsız parlağlı ulduzlarla

Göy üzünə döşənmiş ulduzlara baxaram

Çay təkin axar olduğumu yada salaram

Ağ samanyolunda sənə oxşar dağ axtararam

Ağıla mən ağılsız həqiqətlər qataram

Dünya nəsə yaman dünyadı

Mənasiz şübhə yaradan dünyadı

Ruh o cism aradan getsədə

O əzəldən qalan dünyadı

Gicəlib qalmışam gəlirəm sənə

Yarama məlhəm üçün dönürəm sənə

Ver mənə imdad ölürəm

Bilgidən ötri yalvarıram sənə

Ürəyini aç mənə ay Savalan

Sirrini danış mənə ay canalan

Mübhəm yaşamdan gəlmişəm cana

Ruhum çırpınır uçrumlara ay Savalan

Zaman axır qəfildən, gərçəktdi

Ömür gedir kökündən, oda gərçəktdi

Bu dünyaya bel bağlayan axmağdı

Dünya dolub axmağla, buda gərçəktdi

Manaf Sababi

Lund Noyabr 2018

02 Ara 2018 - 12:11 - Şiir Köşesi



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?