Küresel Güçler, Türkiye’ye “Dolar ve Faiz” üzerinden savaş açtı!

Küresel Güçler, Türkiye’ye “Dolar ve Faiz” üzerinden savaş açtı!

Gezi Kalkışması ile başlayan ve zaman zaman artan, zaman zaman da azalarak etkisini sürdüren ve 24 Hazira
Ana Sayfa Yazarlar 8.05.2018 198 Görüntüleme

Xəzəl

Mən,ötənlərdən, keçənlərdən səni soraqlayan sadə bir yolçu. Mən, uzun gecəni ümidlə gözləyən səhər. Mən, doğmalar içində yadlaşan ögey. Və mən yaxınlardan qaçan doğma. Körpə fidan, tumurcuqlayan çiçək, ətri ətrafa yayılan güləm. Gözəllik , cavanlıq rəmziyəm. Mən sadəcə rəngli daşların bir parçasıyam. Sevgiyə qucaq açan, bəzən qaçan, qaçarkən nəfəsi tükənən bir kimsə. Sevinclə kədəri cəmləyən duyğu. Sığınacaq axtaran gəmi. Yükümlə birgə limana doğru üzən biri. Həyat adlanan möhvumun caynağında savaşan döyüşçü. Savaşıram, mübarizə aparıram. Gücüm çatmaz, məhv olaram, deyirəm. Lakin içimdə olan bir başqa həyat mənə can verir. Yaşat və yarat söyləyir. Mən uzaqlara yol almış bir can. Sanki xəzələm son ümidini itirib budaqdan düşürəm. Buda son deyirəm. Həyat yenə öz donunu geyinib, heçnə olmamış kimi roluna davam edir. Bəzən ağladır, bəzənsə güldürür. Yox! Yox! Sadəcə bizi bir-birimizdən uzaq edir. Mən doğma bildiklərimi unutmağa çalışarkən, gələcəkdən qaçıram. Gələcəksə öz axarında gəlir. Kimsəyə xəbər etmədən. Səssiz və səmirsiz. Düşündürür, yorur, bəzəndə çarəsiz edir. Uşaq tək ağladır. Səbəbsiz küsmələr, səbəbsiz ağrılar. Əslində illərin gizlətdiyi ağrılardı. Kim deyə bilər ki, unutmuşuq hər şeyi. Bacarmarıq! Bizləri biz edən doğmalarımız, yaxınlarımız, can bildiklərimizdi. Həyat bir imtahandı. Yaşadır, sonra imtahan edir. Mən Xəzəl. Budaqdan yerə enib, sonra yenidən bir can olub, öz köküm üstə min budağa can verən biri. Mən dəniz hər gecə asimana çatmaq üçün üfüqlərdə onun rənginə boyanan biri. Mən sadəcə mənəm. Qələmi əlində hər gün
yazan bir Yaqut…

Günel Ağayeva

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

İlginizi çekebilir

Son tablo

Son tablo

Haber Sitesi | Uzman Tescil