Küresel Güçler, Türkiye’ye “Dolar ve Faiz” üzerinden savaş açtı!

Küresel Güçler, Türkiye’ye “Dolar ve Faiz” üzerinden savaş açtı!

Gezi Kalkışması ile başlayan ve zaman zaman artan, zaman zaman da azalarak etkisini sürdüren ve 24 Hazira
Ana Sayfa Yazarlar 8.05.2018 168 Görüntüleme

Su kökəldirmi, yoxsa bu bir mifdir? – Pəhrizdə ən böyük yanlış

Deyir, — “gözəllik qurban tələb edir”. Çox vaxt tələb edilən qurbansa səhətimiz olur; həmin tələblərə səhhətimizə zərər verəcək “qayda”ları daxil edərək.
Özümüzə xəsislik, yəni menyuda duzdan tutmuş ta şirniyyata kimi bir çox qidalardan imtina, səhər — axşam “marafon”, üzü “turşudana” kimi limon suyu içmək və s.
Bütün bunlar xanımların artıq çəki qorxusundandır, buna görə onlar orqanizmə hansı dərəcədə zərər verməsindən asılı olmayaraq özlərinin müəllifi olduğu “pəhriz”lərdən istifadə edirlər.
Bəs düzgün pəhriz qaydası necədir? Sağlam həyat tərzimizi necə simvolizə edə bilərik?
Suallara cavab tapmaq üçün tanınmış dietoloq, iki kitab müəllifi Leyla Zülfüqarlıya üz tutdum. 🙂
—Sağlam pəhriz forması necədir?
-Əvvəla deyim ki, sağlam pəhriz forması təkcə xanımlara yox, bütövlükdə hər kəsə aiddir. Çünki elə pəhriz sözünün açıqlaması sağlam həyat tərzi deməkdir. Sağlam həyat tərzini isə biz kimə tövsiyyə etməyə bilərik ki? Yəni hər kəs sağlam həyat tərzi keçirməlidir: uşaq, böyük, yaşlı…
Buna görə də “sağlam həyat tərzinin formulu nədir?” sualına cavab verməliyik. Biz həmin formula dieta deyirik. Bu, sağlam qidalanmadır və özü isə geniş elmdir. Indi özbaşına hər kəs diatadan danışır, dırnaqarası dietoloqlar isə bu elmi kiçirdirlər.
Mən ötən il ilk dəfə bunun nəzəri hissəsini izah etməyə çalışdım ki, əslində bu, çox böyük elmdir. Bir səhvlik olarsa bütün orqanizmdə maddələr mübadiləsi pozula bilər. Çünki tibbin başında duran sahə qidalanmadır. Bu da dietologiya elmi adlanır. Kardeoloji problem olanda kardeoloqun yanına gedirik, böyrəklərimizdə problem olanda uroloqun yanına gedirik, ancaq bu elm bütün orqanlara təsir edir və buna görə də böyük elmdir.
-Bəs dediyiniz sağlam formula nədir?
-Sağlam pəhriz təkcə arıqlama deyil, sağlam qidalanmadır. Sağlam qidalanmada başda gələn elə rasional qidalanmadır.
Bu elmin 3 müddəası var ki, birincisi, mütləq primada tipli qidalanmalıyıq. Yəni bütün qrup qidalanmağımız şərtdir. Buna da balanslı qidalanma deyirik. Beləcə, balanslaşdırılmış qida tərzinə uyğunlaşmalıyıq. Bu nədir? Yəni gündə bütün tərkiblərdən qəbul etmək lazımdır. Xatırlayırsınızsa, bir vaxtlar insanlar arıqlamaq üçün yalnız zülallı qidalar yeyidirlər. Ancaq təkcə zülal deyil, rasional qidalanmada biz hər bir qidadan yeməliyik. Zülalla bərabər karbohidrat da çox qəbul etməliyik, çünki ona çox ehtiyacımız var. Axı gündəlik tələbatımız olan elə karbohidratdır. Bunlarla yanaşı, yağ da vacibdir, su da, duz da. Yəni hər bir qidadan yeməliyik.
-Ancaq burada miqdar məsələsi də önəmlidir, deyilmi?
-Bəli, hansı dozada və hansı vaxtda olması vacibdir. Biz hər bir qidanın dərəcəsini, dozasını bilməliyik ki, burada da kalori hesablanması şərtini bilək. Elə ikinci müddəa doza məsələsidir.
Üçüncü vacib məqam müntəzəmlikdir. Ən böyük yanlışlıq səhər yeməyinin yeyilməməsidir. Bu səhv nəticəsində piylənmə çoxalır. Yəni müntəzəmlik prinsipi pozular. Çünki gündəlik qidanın 30 faizini səhər qəbul etməliyik. Nəzəri tərəfdən müddəalarını dedim, ancaq bu, çox geniş mövzudur. Məsələn, insanlar yalnız zülal yeməklə zülal mübadiləsini pozurlar. Bunun özü belə fəsad törədir, görürsən ki, karbohidratı sıradan çıxardır və artıq problem züalalda başlayır. Elə orqanizmlər də var ki, onlar ət yeməməlidir, məsələn, azotun çoxluğundan əziyyət çəkən orqanizmlər. Yəni bu məsələdə kortəbiilikdən qaçmaq lazımdır.
-Bəs kortəbiilikdən qaçmaq üçün nə edək? Bu kimi nəzəri bilikləri hardan əldə edək?
-Bunun üçün peşəkar səviyyədə olan məqalələr oxusunlar, məsələn mən zərurətdən ehtiac yarandı deyə kitab yazdım. Bu, ölkədə ilk belə kitab idi. 2015 — ci ildə “Sağlam bəslən, sağlam arıqla”, sonra 2017 – ci ildə “Köklüyün sirri, arıqlığın açarı”. Kitab şəhərin bütün kitab mərkəzlərində var.
Kitablarda “necə edək kökəlməyək, necə edək sağlam bəslənək və arıqlayaq?” suallarına cavab var. Mən o kitabda əliaçıqlıqla bütün tövsiyyələrimi vermişəm.
Biz bu qədər ciddiyin arxasına qaçırıq ki, insanlar maariflənsinlər. Bu məsələdə bizə kömək olduğu üçün mətbuat nümayəndələrinə də təşəkkür edirik.
-Biz təşəkkür edirik.
-Yəni xalq diliylə desək, hər şeydən bir az qidalana bilərik, eləmi?
-Bəli. Elədir. İnsanlar var ki, deyir ki, pəhrizdəyəm deyə duz yemirəm, ama duzun özü belə vacibdir. Əgər orqanizmə natrium xlorid gündəlik, ancaq vacib dozada daxil olmazsa maddələr mübadiləsi pozula bilər. Bu da fəsadlar verə bilər. Yəni bu kimyəvi prosesdir, hər şeydən az-az yemək olar, ancaq bizim inkar etdiyimiz qidalar var ki, onları bura aid etmirəm, onlar istisnadır. Inkar etdiyimiz qida qrupuna süni, işlənmiş və s aiddir. Bunlardan orqanizmə daxil etmək olmaz.
-Başqa hansı inkar olunan qidalar var?
-Məsələn, milli kökəlmə səbəbimiz şirin çay. Bunu orqanizmə heç vəchlə daxil etmək olmaz.
-Leyla xanım, xanımları ən çox narahat edən sual budur ki, pəhrizin yaşı varmı?
-Yoxdur. Sağlamlıq pəhrizi hər kəsə aiddir. Mən Türkiyədə “Cocuq beslenmesi” təhsilini almışam. Uşaqların belə bəslənməsi var, yəni uşaq necə qidalanmalıdır, bilməliyik. Eyni zamanda, hamilələrin də bəslənməsi var. Çünki o, bətnindəki uşağı bəsləyir. O da dünyaya gələndə sağlam olmalıdır. Ona görə də pəhrizin yaşı yoxdur. Çünki pəhriz sağlam həyat tərzi deməkdir.
Bir də Sovet vaxtından qalma bir fikir var. İnsanlar arıqlamaq üçün istifadə etdikləri üsullara pəhriz deyirdilər. Bir gün ac qalır, digər gün bütün günü su içir, limon qaynadıb içir və s. bunların hamısı yanlışdır.
—Yəni ailənin bütün üzvləri eyni pəhrizi saxlaya bilər?
-Fikirlərindəki pəhrizi deyil, mənim dediyim pəhrizi bəli, saxlaya bilərlər. Insanlar qrafiklə yemək yeyəndə düşünürlər ki, bu, pəhrizdir. Ancaq belə deyil. Sadəcə sağlam bəslənmək lazımdır. Məsələn, “mən sağlam bəslənirəm” deyə bilərəm. Çünki ailə üzvlərim də mənim qəbul etdiyim ərzaqları alır, qidalarla bəslənir. Bu, süd məhsulları da olur, un məmulatları da. Ancaq siz bizim evdə şəkər tapa bilməzsiniz.
-Siz maye qəbulundan danışdınız, Sovetdən qalma limon suyunun qəbulundan söz açdınız. Ancaq belə fikir də var: “biz çox maye qəbul edəndə çəkimiz artır”. Yəni doğrudan da belədir?
-Bəli, mənim mövzuya aid belə bir məqaləm də var: “Su içmək kökəldir, yoxsa bu mifdir?”. Təbii ki, su kökəltməz, su orqanizmdə daha böyük funksiya icra edir. O, bütün kimyəvi reaksiyaların getməsi üçün lazımdır. Yaxud da az miqdarda, yəni 3-4 vitamının olması üçün yağ lazımdır. Çünki vitamın C – ni hər gün qəbul etməliyiik, hansı meyvəni yeyiriksə, o vitamini alırıq. Bütün bu qidaları da düzgün mübadilə etmək üçün su lazımdır.
-Yəni su bizə ancaq kömək olur? Aydındlıqdır, eləmi?
-Bəli, su arıqlamağa təsir edir, çünki metabalizmanı sürətləndirir. Su özü ən güclü metabalizmanı sürətləndirən madədir. Amma sudan kökəlirəm deyənlər, kütlənin artmasını kökəlmək kimi qəbul edirlər. Çünki bədən şişir. Bu orta dərəcədəki prinsiplə bağlıdır, yəni doza məəsləsi. Çünki nə qədər çox içilsə bir o qədər təsir edər. Suyu çox qəbul edəcəyiksə bu vaxt mübadilə pozulur. Orqanizm o qədər mürəkkəb laboratoriyadır ki, əsəbiləşndə belə mübadilə pozulur. Su mübadiləsi pozularsa bədən şişə bilər. Yəni normal vəziyyətdə insan sudan kökəlməz, əgər əksi olursa biz buna sindrom deyəcəyik, çünki kökəlirəm deyən insanları ciddi tibbi problemi vr. Onlar mütləq analiz verib müalicə almalıdırlar. Bizdə bir pasiyentin 150 kq çəkisi vardı, 2-3 stəkan su içə bilmirdi, çünki orqanizm onu daşımağı bacarmırdı. Ancaq cəmi 2 həftədən sonra həmin pasiyentə rahat 4litr su qəbul etdirə bildik. Bu da elmin gücüdür. böyrəklərin pozulmasına görə onu müalicə etdik.
Elə pasiyentlər də olurdu ki, müalicədən əvvəl 2 litr su içirdi şişirdi, müalicədən sonra 3 litr su içirdi heç şişmirdi. Bu da elmin gücüdür.

Azadə Bayramova

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

İlginizi çekebilir

Səndən ötrü min yol!

Səndən ötrü min yol!

Haber Sitesi | Uzman Tescil