logo

reklam
16 Nisan 2017

Xaqan

Vətən, əcdadlarımızdan bizə əmanət olan yurd yerimizdir. Kökümüz, mədəniyyətimiz, həyatımız burdan başlayar. Zaman dəyişdikcə sənə olan sevgimiz əsla azalmır,əksinə artır və artacaq. Bizlərə ana, nəfəs,ruh, və minlərlə  bu yurd üçün canından keçən mərd oğullar bəxş edər. Ana laylası ilə səhərə  göz açan körpələr baba öyüdləri və Vətən sevgisiylə bu torpağa bağlı olar. Qanlı tarixlərə canlı şahid olan  bir elin gücünü heç kəs məhv edə bilməz. Bu  yurdun ocağı hələ yandıqca, dildə “Azan”-ın sədasıyla, gücünü imanından alaraq daha neçə tarixin Qızıl Səhvələrininin canlı şahidi olan, bir elin gücünü heç kəs məhv edə bilməz.

Eşit, bil bizlərə kənardan baxan kafir. Öyünmə bu qədər. Baxdığın bu məmləkət öz övladlarını gözləyir. Ayaq basdığın torpaq Türkün yuvasıdı. Bitməz toxumun,cücərməz otun,yanmaz ocağın. Günəşın doğmaz, buludların  göz yaşları qurumaz. Kənardan baxan kafir,nə öyünürsən bu qədər? Xənanətkarlıq, alçaqlıq, sarmış bütün vücudunuzu. Öyündüyün tək qulaqlı çalqaldırmı? Yaxşı bax! Gəzdiyin o torpaqlar sahibsiz deyil bunu bil! Axıdılan günahsız körpələrin qanı yerdə qalmaz, qiyam tutacaq sizə axıdılan hər bir damla nahaq qanlar. Öyünmə bu qədər!.Analrın bətnində mərd oğullar böyüyər.Yenə  Şuşa minarələrində Azanın səsi səslənəcək. Oxuyacaq Cabbar, Bülbül, Xan. Tarın, kamanın qaynar səsi yayılacaq.Qarabağda Seygahın səsi ucalacaq . Yenə Üzeyirin  nəğmələri bəstələnəcək .Toxuyacaq ilmələr,yanacaq ocaqlar. Yurdsuz  bir xalqın sonu yoxdu bunu bil! Çox öyünmə qələbə o qədərdə uzaqda deyil! Bizlər ölümdən qorxmayan bir Milləttik! Azadlıq tarixini qanlarıyla yazan igidlərin  övladlarıyıq.Dastan yazdıq Koroğluyla, Babəklə,Cavanşirlə.Açılan hər sabahda,doğan günəşin şəfəqiylə, öz kökü üzərində böyüyən mərd oğullar yetişər. Qəhrəman millət, Xaqanı olan yurdu, canı bahasına olsada onu qoruyacağına and içər. İçdiyi and  millətin namusunu, şərəfini, vicdanını  tərənnüm edər.

Günel Ağayeva

Share
115 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

7+1 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2