logo

reklam

ÜMİD


Günel Ağayeva
agayeva-1990@list.ru

Kənardan baxdığımızda həyatın sadəcə xoşbəxtlikdən ibarət olduğunu düşünərik. Sevinərkən hiss etdiyimiz duyğular bizim həyat eşqimizi rəngarəng edir. Sanki, dünya ovcumuzun içindədir. Heçnəyi düşünmərik. Kiçik qələbələr bizlərə böyük müharibənin qələbə sevincini bəxş edər. Sonsuz cahanda kiçik arzuları daşıyan böyük insanlar olduğumuzu düşünmək bizlərə bu cür hiss yaşadır. Qəlbimiz sevincdən qanad açıb uçacaqmış kimi…

Elə düşünürük ki, həyat yolumuzu bir xeyli getmişik. Geriyə baxdıqda isə, elə yerimizdə addımladığımızı görürük. Fərqli oyunları, hekayələri,taleləri vardı. Verdiyi dərslərlə kiminin qəlbini daş, kiminin qəlbini  isə mum edər. Kimsə susarsa düşünməyin  gücsüzdür,ağlamırsa qəlbi daşdandı.

Hər günümüz,saatımız, hətta saniyələr üçün Yaradana şükür etmək lazımdır. Çünki bizim yaşadğımız həyatı yaşamaq istəyən qədər insan var. Doğan hər səhəri xəstəxana otağında ümidlə gözləyən neçə-neçə insan var. Havanı bizlər ciyərimizə doya-doya çəkərkən,kim bilir oksigen balonuna məhkum olanlarlar var.

Bir addım atmaq üçün  gözəl günlərini qurban vermək istəyənlər var. Övladının  tezliklə sağalacağını,həm yaşıdları ilə həyətdə oynayıb, susadıqda “ana mənə bir stəkan su ver” kəlməsini həsrətlə gözləyən analar gecə-gündüz Allaha əl açıb dua edərlər. Həyatda yeganə təsəllisi olan atasının bir gün səsini  eşitmək arzusuyla yaşayan  övladların, baharını doya-doya yaşamamış gəncin amansız xəstəliyin caynaqlarından qurtuluş savaşı verməsi, gənclik illərini soyuq divarlar arxasında keçirməsi,insanın yaddaşına əbədi yazılan uşaqlıq illərini yaşamayan hələ dostlarıyla “gizlənqaç” oynamağa doymayan az yaşlı uşaqların xərçəngə düçar olmasına baxmayaraq gülümsəməsi  insan qəlbinə basılmış dağdan belə betərdir.

Ağlayaraq saçları ilə vidalaşan körpənin axıtdığı göz yaşlarını izah etməyə sözlər yetməz. Göz yaşları içində əməliyyata gedən qadının həyat yoldaşının əlindən bərk-bərk tutaraq “övladlarımızı sənə,sənidə Allaha əmanət edirəm” sözləri dünyanın ən ağır kəlməsidir. Qadının gözlərində yalnız ümid işiğının parıltısını görmək mümkündür. Hər nə olursa olsun sabahı ümidlə gözləyirdi.  Ən ağır xəstəliklər qapımızı  döydükdə belə ümid adlı dostun əlindən bərk-bərk tuturuq. Yaş nə qədər artsada, xəstəliklər qarşısında həmişə az yaşlı oluruq.

 

 

Günel Ağayeva

 

Share
301 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

9+6 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • RAMAZAN AYI İFTAR İSRAFI

    27 Mayıs 2017 KÖŞE YAZARLARI

    RAMAZAN    AYI     İFTAR    İSRAFI Ramazan ayı bahane,  israf  şahane... Ramazan ayı  israf ayı değildir... Ramazan ayı nefsi terbiye etme ayıdır... Yardımın, paylaşmanın, bölüşmenin  zirve yaptığı; ay olması gerekir... Pahalı ve görkemli iftar  sofraları, yerine; sade ve paylaşmanın esas olduğu  iftar sofraları tercih edilmelidir. Fakirin ve  yoksulun doyurulduğu, ortak ortamlarının paylaşıldığı, yüzünün güldüğü, sofralar; asıl amacın yerine getirildiği sofralardır. Öz budur... Son günlerde, Dünya toplumunun çekmiş olduğu açlık sıkıntıs...
  • Kemiğe yazılan yazı

    27 Mayıs 2017 KÖŞE YAZARLARI

    Kemiğe yazılan yazı Sa’d bin Ebi Vakkas, Kûfe vilayetine, Vali olup, ev yapmak arzu etti kendine. Arsa bulup, istedi onu satın almayı, Lakin bir mecusiye aitti yarı payı. Çağırıp buyurdu ki: (Bu hisseni bana sat!) Cevaben; (Satmam) dedi mecusi ona fakat. Para verdi ise de değerinden pek fazla, Yanaşmadı mecusi satmaya yine asla. Dediler ki: (Efendim bir mecusi kimseye, Ne lüzum var bu kadar fazla ısrar etmeye. Siz bugün valisiniz, o, mecusi bir kişi, Parasını vererek, bitirin hemen işi.) Mecusi...
  • Ağlayıp âh ederdi

    25 Mayıs 2017 KÖŞE YAZARLARI

    Ağlayıp âh ederdi Hazret-i Ebu Bekir dünyadan göçtüğünde, Cümle eshab ağlayıp, yaş döktüler o günde. Hep ağlama sesleri, kapladı ortalığı. Zira Resulullahın, O idi dert ortağı. O günlerde eshabtan, birkaç kişi geldiler. Muhterem zevcesini taziye eylediler. Ve ona dediler ki: (Hazret-i Ebu Bekri, Biz iyi tanıyoruz çoktu faziletleri. Lakin bunlardan ayrı, bizim bilmediğimiz, Varsa bazı halleri, bize söyler misiniz? Gündüz yaptığı işler, malumdur biz eshaba. Ve lakin geceleri ne yapardı acaba?) Onların bu şekilde sualine c...
  • Kürtler bağımsızlık ve tanınma istiyor, ya Biz?

    25 Mayıs 2017 KÖŞE YAZARLARI, MANŞET

    Bu referandumun yapılabilmesi için öncelikle bağımsız bir “Seçim Kurulu'nun oluşturulması olmazsa olmaz bir uluslararası kural. Bu yapılmazsa oylama “Diktatörlük” veya da “Dernek Seçimi” olarak addediliyor. Kürdistan Bölgesel Yönetimi (IKBY) Başkanı Mesut Barzani geçmiş aylarda yaptığı açıklamada “Kürt halkı için referandum yolu ile gelecekleri hakkında vermenin zamanı gelmiştir ve ortam da uygundur” diyerek, Kürtlerin gelecekleri konusunda karar verme zamanının geldiğini uluslararası kamuoyuna işittirmişti. DEAŞ´ın karşı çıkmasına ve IKBY b...
UA-36507442-2