logo

reklam

Tənha qadın


Günel Ağayeva
agayeva-1990@list.ru

Tənhalığı seçən insanların taleyi başqaları tərəfindən məhv olunmuşdur. Bir kəsi ki,qınamazdan əvvəl onun həyatı ilə tanış ol.Və unutma ki,qınadığın taleyi gün gələr özün yaşamağa məhkum olarsan.Onun çiyinlərinə düşən yük onsuzda onu əzməyə məhkum edib.Tənha qadının hansı sınaqlardan keçdiyini,körpəsinin əlindən necə alındığını,bədbəxtçiliyə niyə qapı açdığını öyrən! Dərdlərinə şərik olmayacaqsansa əgər,onu dahada üzmə! Bədbəxtkən xoşbəxt görünməyi,soyuq əllərini titrək nəfəsiylə isitməyə çalışmağı, göz yaşlarını boğaraq gizlətməyi,həyatın ən əzablı hissləridi.Bunları ifadə etməyə kəlmələr yetməz.Yaşayan anlar bircə.

Hara gəldi,necə getdi bilmədən taleyin yazdığı hökm ilə barışmalıdır.Qınamayın  tənha birisini,onsuzda,onlar özlərini bir ömür susmağa məhkum ediblər. Kənardan verilən mənasız suallar onu bir addım geri aparar.Yaşadığı əzabları illəri,günləri ona yenidən yaşadar.Sönmüş ocağının külü onun nəfəsinə soyuqluq bəxş edər.Susarsa bir səbəbi var.Çalışma onun,dünyasına daxil ola bilərsən.Tənhalığı seçən insan,hələki,bu qadındırsa,həyatında baş verən hadisələri,kəsildiyi həyat imtahanların səbəbindən özünü dörd divara  məhkum edər.Keçirdiyi tənha illər saçlarına yansımış.Bizlərə yaxın görünən lakin,göründüyü kimi bir o,qədər uzaq olan ulduzlar kimidir tənha qadının həyatı.Həyatı kimi arzuları,adı,taleyi qırıq-qırıqdır.Tək çıxış yolu kimi hər kəsdən qaçmaq və susmaqdır. Təkrar verilən suallar, sanki qəlbləri yanırmış kimi onun,gözlərinə baxanlar belə onun sabahına açılan zülmət bir səhərdən başqa bir şey deyil.Dünyanın yükünü zərif çiyinlərinə toplayaraq və son nəfəsinə kimi o,yükü daşıyar.Qadın insanlar içində deyər,gülər ətrafındakıların yanında xoşbəxt görünər. Üzü gülsədə,kənardan  digərlərinə qəribə görünsədə,gözləri ağlar.Gözləri yollarda qalar.Gedən körpəsi bir gün qayıdar,ana deyə boynuna sarılar deyə.Lakin təkliyə çəkiləndə öz içi-içini yeyər.Zülmət otağına çəkilər,yastığını bərk-bərk qucaqlayıb ağlar tənha qadın. Bu cür insanlara qucaq açıb cəmiyyətə qazandırmaq lazımdır.Taleyinə görə günahlandırmaq lazım deyil.Onları yalqız buraxmayaq.Gedilən ömürdə tənhalıqdan bezən qadın məhəbbətsiz qocalar.Böhtan atarkən düşün,tənha qadın xoşbəxt olmaq istəyər.Həyatı məhv olmuş insan tək çarəsi ağ vərəq və qələmdir.Yazsın bütün dərdlərini.Azacıq olsada unutsun taleyini. Hara getsin,nə etsin arzuları sınıb,həyatı misgil,taleyi isə…

Günel Ağayeva

Share
291 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

1+1 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Ebu Cehil’i tanır mısınız?

    24 Nisan 2017 KÖŞE YAZARLARI

    Ebu Cehil’i tanır mısınız? Muhacir sahabilerden Abdurrahman bin Avf hazretleri “radıyallahü anh”, yaşlı haline rağmen Bedir cengine katılmıştı. İki taraf yerlerini almış, birazdan tarihin en mühim ve anlamlı cengi başlayacaktı. O ara, Medineli iki delikanlı yanaştı bu gün görmüş ihtiyarın yanına. - Amca, bakar mısınız! - Buyurun evlatlar. - Siz, Ebu Cehili tanırsınız herhalde? - Tabii, tanıyorum. Gençler heyecan yüklüydüler. - Onu bize gösterir misiniz? - Olur, ama niçin? - Onunla bir hesabımız var da bugün. - Onunla hepimiz...
  • Allah Hükmünde Ortak Kılmaz! I

    24 Nisan 2017 KÖŞE YAZARLARI

      Allah… Kendi hükmünde hiç kimseyi ortak kılmaz." (Kehf Suresi, 26)   Gerçek Kur’an ahlakı, Kur’an'a tam olarak uyulduğunda yaşanabilir. Allah'ın indirdikleri dışında açıklamalar getirmeye çalışmak, yorumlarda bulunmak insana her zaman kayıp getirir. Yüce Allah, "... Aralarında Allah’ın indirdiğiyle hükmet ve sana gelen haktan sapıp onların heva (istek ve tutku)larına uyma..." (Maide Suresi, 48) ayetiyle müminlerin ölçüsünün ve yol göstericisinin, Allah'ın indirdiği hükümler olduğunu bildirir. Bundan başka yollar insanı doğrulara...
  • Bu din, vermek dinidir

    23 Nisan 2017 KÖŞE YAZARLARI

    Bu din, vermek dinidir İran Evliyasından Muhyiddin-i Dusti hazretlerine “rahmetullahi aleyh”, bir gün bazı dostları gelip; - Dünyada en güzel şey nedir? diye sordular. Cevabında; - Dünyada en güzel şey, dünyaya düşkün olmamaktır, buyurdu. Anlayamadılar. O zaman sordu onlara: - Sizce dünyada en kıymetli maden nedir? - Altındır efendim. - Peki altından kıymetli olan nedir? - Bilmiyoruz hocam, nedir? - O altını, ihtiyaç sahibi başka Müslümana vermektir. Bu din, vermek dinidir. Veren aziz olur, alansa ...
  • Sevgilinin Sevgiliye Kavuştuğu Gece: Miraç Gecesi

    23 Nisan 2017 KÖŞE YAZARLARI, MANŞET

    Sevgilinin sevgiliye kavuştuğu en güzel, en kutlu ve de en mübarek olan gecelerden bir gece olan Miraç kandili ve gecesi tüm Müslüman alemine hayırlı olsun.   Peygamber Efendimiz Hz. Muhammed Mustafa’nın (s.a.v) göğe yükselerek Yüceler yücesi olan Yüce Mevla’nın huzuruna en güzel şekilde kabul edildiği mübarek gecedir.  İlahilerin birçok sırrını, hikmetini ve de bereketini kendi bünyesinde bulunduran bu gecede İsra Suresinin ilk ayeti kerimesinde şöyle ifade edilmektedir: “Bir gece, kendisine ayetlerimizden bir kısmını gösterelim diye (M...
UA-36507442-2