logo

TƏK QULAQLI ÇAQQAL


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

Ay Molla, yoxsa yazmaqdan artıq yorulmusan, nədi? İndi də rəssamlığa keçmisən… – deyərək, Molla Nəsrəddinin arvadı onun çəkdiyi rəsmi əlinə aldı. Şəklə diqqətlə baxa-baxa sözünə davam etdi:

-Maraqlı şəkildir. Bir ÇAQQAL başını elə özünəməxsus yanaşma ilə bəyaz kağıza köçürmüsən ki, təsvirə adam söz tapa bilmir. ÇAQQALIN siması, beyni və qulaqları müxtəlif görüntüləri əks etdirir. Olmaya, sən də Darvin kimi nəzəriyyə yaratmaq fikrindəsən? Bir də ki, ay Molla, bu şəkil mənə murdar Andraniki xatırlatdı.

-Həəə, ay arvad. Bəzən qəlbindəki nifrət və açılan yaralar o qədər dəhşətli olur ki, rəsmlər daha gözəl ifadə edir, söyləmək istədiklərini. Bu TƏK QULAQLI ÇAQQAL BAŞI Andranik Ozanyanın timsalında bütün ermənilərin alnına vurulmuş damğanın görüntüsüdür! İgid AZƏRBAYCAN oğlu Sultan bəy Sultanovun 1918-ci ildə Zabux dərəsində (o vaxtdan həmin dərə “ QANLI DƏRƏ ” adlanır) erməni daşnaklarına tutduğu divan onları bütün dünyaya, məhz bu adla tanıtdı!!! Bu eybəcər sima erməni kimliyinin beynlərdə nöqtələnmiş “ATRİBUTU” oldu! O ki qaldı nəzəriyyəyə, vallah dünyanın siyası müstəvisində elə üzdəniraq “nəzəriyyələr“ reallaşdırılıb ki, Darvin belə kölgədə qalıb. ALLAH rəhmət eləsin, Əzim Əzimzadəyə. Deyirəm, rəhmətlik sağ olsaydı, işğal altında olan torpaqlarımızda murdar addımlarını atan erməni dığalarını karikaturalarında, görəsən, necə canlandırardı?! Amma öz aramızdı, mənim çəkdiyim şəkil də pis alınmayıb, haaa…

Bax, bu bir ÇAQQAL başıdır. ÇAQQALIN başı yaddaşıma Kim Kardaşyanın sevimli “qardaşı“ Sarkisyan kimi köçsə də, bu başın qurd basmış boş beyni Rusiyanın yönləndirdiyi qurğudan başqa bir şey deyil!!! Vallah, rəsmdəki bu iyrənc məxluqda olan VƏHŞİ XİSLƏT heç qədim dövrlərdə yaşayan dinazavrlarda belə olmayıb!

Molla Nəsrəddin sözünü bitirib, yumruğunu yazı stoluna elə çırpdı ki, gözlərindəki nifrət şimşək kimi ətrafa yayıldı. Çətin də olsa, özünü ələ alıb, fikrini tamamlamağa çalışdı:

-Neçə-neçə ŞƏHİD verdik. Canlarını VƏTƏNƏ fəda edən igidlərimizin nakam taleyi  ana torpağın köksünə axan al qanlarının müqəddəsliyində yenidən millətin qəlbində əbədi dünyaya gəldi. Üç rəngli bayrağımız mənfur düşmənlərdən azad edilmiş torpaqlarımızda mavi səmanın al şəfəqli GÜNƏŞİNƏ çevrilərək, XOCALIYA, LAÇINA, QUBADLIYA, ZƏNGİLANA, ŞUŞAYA, AĞDAM və FÜZULİYƏ gedən yolumuzu qisas, intiqam qətiyyətiylə aydınlatdı!!! Şəhid-şəhid böyüdü, VƏTƏN! Şəhid-şəhid daha da dərinləşdi, BİRLİYİMİZ və AZADLIQ EŞQİMİZ! Bir ANANIN, məğrur bir TÜRK QADINININ zərif çiyinləri üstündə üç rəngli bayrağımıza bürünən tabutda əbədiyyətə uğurlandı, ŞƏHİDİMİZ! Son mənzilə çiyinləri üstə yola saldığı övladının düşmən gülləsiylə al qana boyanmış cisminin ağrılarını qəlbində duyduqca, şəhid valideynlərinin çəkdiyi ah göylərdə iz saldı… TORPAQ, ŞƏHİD övladları ilə ruhumzda, qəlbimizdə bütövləşərək VƏTƏNLƏŞDİ!

Yunanların atalar sözlərinin birində deyilir:-“TÜRK sülhdən danışırsa MÜHARİBƏ, müharibədən danışırsa QİYAMƏT olacaq.” Artıq, yenilməz ORDUMUZUN MƏĞRUR ƏSGƏRLƏRİ son ucu QƏLƏBƏ olan qiyamətin ilk addımını atdı. YOLUN UĞURLU olsun, AZƏRBAYCAN ƏSGƏRİ!!!

  Yaqut Hüseynova

Jurnalistika.az

Share
500 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

10+1 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Şehidin Son Mektubu

    27 Temmuz 2017 KÖŞE YAZARLARI

    Bir Çanakkale Şehidinin Son Mektubu Valideciğim, Dört asker doğurmakla müftehir şanlı Türk annesi! Nasihat-amiz mektubunu, Divrin Ovası gibi güzel, yeşillik bir ovacığın ortasından geçen derenin kenarındaki, armut ağacının sayesinde otururken aldım. Tabiatın yeşillikleri içinde mest olmuş ruhumu, bir kat daha takviye etti. Okudum, okudukça büyük dersler aldım. tekrar okudum. Şöyle güzel ve mukaddes bir vazifenin içinde bulunduğumdan sevindim. Gözlerimi açtım, uzaklara doğru baktım. Yeşil yeşil ekinlerin rüzgara mukavemet edemeyerek eğilmes...
  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
UA-36507442-2