logo

reklam
02 Nisan 2017

Şükür et!

İnsan doğulduğu  gündən ölənə kimi çalışıb çabalayır. Yeni günləri xoş ümidlərlə qarşılamağa can atır.Sevgi,rahatlıq,xoşbəxtlik axtarar. Yaşanan günləri ürək dolusu yaşamaq istəyər. Yaşamaq istəyən çox olur amma yaşatmaq arzusuyla yaşayanlar bir o qədərdə çox deyil. Əzmi ilə şan-şöhrətə,hörmətə yüksəlir. Artan vəzifə bəzən gələcəyin gözünə qara pərdə çəkir. Yaşanmışlara baxmayaraq hər bir şey uğrunda  savaşır,mübarizə  aparır. Bəzən sonluğu olmayan bir yolda səyahətçi olur. Məqsədlə amalla bu yolda addımlayır. Ətrafında baş verən hər bir xırda dəyişiklik onun həyatına bir iz qoyur. Qazanılan  uğurlar,sevinc,zəngillik insan oğlunun gözünü bağlayır.

Lakin insan Rəbbi tərəfindən ona verilən övlada,sağlam cana,gözəl ailəyə,ruzi bərəkətə, qazanndığı uğura görə  şükür etmir. Əlindəkilərinin dəyərini heç bir zaman anlamır.Yalnız onlarıitirdikdə dəyərini anlayır. Zamanı geri döndərməyə çalışır. Bunu öz həyatında ədalətsiz qərar kimi görür. Lakin bu belə deyil. Acıladığın incitdiyin şükür etmək yerinə isyan etdiyin hər şeyi gün gələr Allah səndən necə veribsə o cürdə  alar. Unutma hər nə edirsənsə bilki yalnız təkcə sən deyil,ətrafındakılarda bundan əziyyət çəkərlər. Hər gün dua elə sev, oxşa qaygısına qal çalış ürək sındırma!  Nifrət qazanma! Nifrət damarları tutur.Ürək sevgidən məhrum qalır. Boş yerə keçirdiyin böyük bir həyat sənə bir heç kimi gorünər.

Şükür et! Aldığın  nəfəs, qazandığın ruzi, sahib olduğun ailən və övladların,torpağın ətrini duyub,təbiətin gözəlliyini gördüyün üçün. Şükür et! Torpağın üstündə olduğun üçün.  Başını dizinə qoyub,saçını sığallayan anan üçün. Şükür et! Yaşamağın rəngini seçə bildiyin üçün. Sabahın doğan günəşini görə bildiyin üçün. Şükür et! Yaşanacaq  gözəl günlər üçün.Sevdiklərinlə bərabər isti ocağında olduğun üçün. Əgər bunları etməyi bacarırsansa, Allah bunların acısını yoxluğunu yaşatmaz. Əksinə  bunların hər birinin mükafatını sənə bəxş edər….

 

Günel Ağayeva

Share
157 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

3+1 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2