logo

reklam

Sosial şəbəkələr ünsiyyətin qurulmasında yaranan başlıca problemlərdən biridir.-Müsahibə


Günel Ağayeva
agayeva-1990@list.ru

 

Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Psixoloqu Fidan Azər qızı ilə Müsahibəni sizə təqdim edirik.

 

-Cəmiyyətdə yaranan aktual problemlərdə biridə ünsiyyət problemidir.Ünsiyyətin neçə növü var və ünsiyyətin cəmiyyətdə rolu nədən ibarətdi?

 

-Ünsiyyət münasibətlərin əsas faktorlarından biridi və insanlar arasında əlaqə formasıdır.Fərdlər bir-birlərini yaxşı başa düşmək üçün ünsiyyət qururlar,lakin bəzən qurulan yanlış ünsiyyət forması fərdlər arasında müəyyən problemlərə səbəb olur.Qarşılıqlı münasibətlərdə sözlər 10%,səs tonu 30%,bədən dili isə 60% rol oynayır.Ünsiyyətin verbal və qeyri verbal növü var.Qeyri verbal ünsiyyət forması bədən dilidi.Qeyri verbal ünsiyyət forması mükəmməl olmalıdı ki, qarşı tərəf bizi yaxşı başa düşsün.Bu cür ünsiyyət forması mükəmməl olmadıqda fərdlər arasında problemlər yaradır.

 

-İnsanlar həm real həmdə virtual aləmdə ünsiyyət qururlar.Lakin virtual aləmdə qurduqları ünsiyyət real aləmdə qurduqları ünsiyyətdən daha asan olur.Hansı amillər virtual ünsiyyətin yaranmasına təkan verir?

 

-Virtual ünsiyyət son dövrlərin ən aktual problrmlərindən biridi.Virtual ünsiyyətin xeyiri və zərəri hər bir zaman müzakirə mövzusu olunan bir məsələdir.İnsanlar virtual ünsiyyətə daha çox can atırlar.Çünki virtual ünsiyyət zamanı onlar komplekslərini gizlədə bilirlər, fərd özünü nə cür görürsə o cürdə təqdim edir.Reallıqdan bir qədər uzaq olurlar.Real aləmdə ünsiyyət qurarkən inandırmaq çətin olduğu halda virtual ünsiyyət zamanı bu proses asan olur.

 

-Ünsiyyət zamanı yaranan kompleksləri aradan qaldırmaq mümkündürmü?

 

Ünsiyyət zamanı yaranan komplekslərin səbəblərini araşdırmaq lazımdır.Bu cür problemləri olan insanların uşaq yaşlarında yaşanan psixoloji travmalar əsas səbəb olur.Mental olaraq valideynlər uşaqları ünsiyyət qurmada müəyyən çərçivəyə salırlar və müəyyən qadağalar qoyurlar.Qoyulan qadağalar səbəbi ilə az yaşlı uşaqlarda psixoloji travmalar yaranır bu travmalar nəticəsində komplekslər yaranır.Bütün səbəblər müəyyən edildikdən sonra çıxış yolunu daha asan müəyyən etmək olur.

 

-Yuxarıda qeyd etdiniz ki, insanlar virtual aləmdə ünsiyyəti daha rahat qururlar.Bu cür problemin aradan qaldırmaq mümkündürmü? 

 

-Virtual aləm bir alətə bənzəyir.Mən hər zaman qeyd edirəmki,virtual aləmi bıçağa bənzədirəm.Mətbəxi bu alətsiz təssəvvür etmək mümkünsüzdür.Amma cinayətkarlar ondan silah kimi istifadə edirlər.Və virtual aləmdə sosial şəbəkələrdə buna bənzəyirlər.Sosial şəbəkələr ünsiyyətin qurulmasında yaranan başlıca problemlərdən biridir.İnsanlar virtual aləmdə sosial şəbəkələrə nə qədər çox bağlansalar cəmiyyətdən bir o qədər təcrid olunacaqlar.İnsanlar çalışdıqları qədər canlı ünsiyyət qurmalıdırlar.Canlı aləmdən uzaqlaşdıqca yaddlaşma prosesi gedəcək. Bu həm cəmiyyət həmdə insanlar üçün təhlükədir. Bu cür problemi yaşayan insanlar mütəxəsislərə müraciət edərək və yaxudda yaxınları ilə ünsiyyətə girərək bu problemdən xilas ola bilərlər.

 

-Yeniyetmələrdə yaranan ünsiyyət problemlərinin nəticəsi çox ağır olur.Yeniyetmələr bu problemi həll edə bilmədikdə çıxış yolu kimi intiharı seçirlər. Övladlarının bu cür problemlə mübarizədə valideynlər nə etməlidirlər?

 

-Yeniyetməlik dövrü insan həyatının ən kritik dövrüdür.Bu dövrün məsuliyyəti valideynlərin üzərinə düşür.Bu dövürdə valideynlər öz övladları ilə daha çox ünsiyyət qurmalıdırlar.Çünki bu yaş dövrünü keçirən uşaqlar özlərinə daha çox qapanırlar.Bu cür problemlərin aradan qaldırılması üçün valideynlər mütamadi olaraq övladları ilə ünsiyyətə girib söhbət etməlidilər.Səmimi mühit yaratdıqları zaman yaranan problemlərin həllini tez tapa bilərlər.

 

-Yeniyetmə yaşlarında qazanılan komplekslər yetkin yaşlarda hansı problemlərə səbəb olur?

 

-Bu yaş dövründə valideynlər övladları ilə ünsiyyət qurmaqdan qaçırlar,müəyyən qadağalar qoyurlar və bu qadağalar psixoloji travmaların yaranmasına səbəb olur. Yeniyetmələrdə baş verən  fizioloji dəyişikliklər onlarda müəyyən yaşdan sonra problemlər yaradır.Çünki bu yaş əsnasında onlar öz bədənləri ilə tanış olurlar.Mental dəyərlər üstün olduğuna görə fizioloji və psixoloji dəyişiklikləri qəbul etmirlər və valideynlər bu barədə öz  övladlarını kifayət qədər məlumat vermədikləri üçün yetkin yaşlarda müəyyən komplekslər utanğaclıq,tənhalıq, özünə qapanma yaranır.

 

-Ünsiyyət hansı rəngdə olur?

 

-Ünsiyyət qurduğumuz insanlardan asılı olaraq müxtəlif rənglərdə olur.Ünsiyyət qurarkən bizləri başa düşürlərsə, sevincimizə,kədərimizə şərik olurlarsa onlardan müsbət təəssurat aliriqsa bu cür ünsiyyət bizə al-əlvan rəngi bəxş edir. Yox əgər münasibət qurduğumuz insandan mənfi təəssurat hiss ediriksə, bu zaman bizə xoşa gəlməz rənglər bəxş edir.

 

-Ünsiyyət qurarkən qadınlar daha çox problem yaşayırlar yoxsa kişilər?

 

-Cinsə görə bunu müəyyən etmək olmaz.Bu fərdə görə dəyişir.Qadınlar daha çox emosional olduqları üçün ünsiyyətə daha şox meyilli olurlar. Qadınların söz ehtiyyatı daha çox olduğu üçün gün ərzində daha çox danıçmağa meyillidirlər və buna görədə ünsiyyət qurmağa daha çox can atırlar.Bəylər isə bir qədər danışmağa meyilli deyillər.Gün ərzində baş vermiş hadisələri kişilər bir cümlə ilə izah edə bilirlər.Qadınlar isə daha detallı izah etməyə çalışırlar.

 

-Son olaraq unsiyyət problemi olan insanlara hansı məsləhəti verərdiniz?

 

-Bu cür problemi olan insanlar mütamadi olaraq yaxınları ilə,psixoloqlar ilə canlı ünsiyyətə girməyə çalışsınlar.Əgər psixoloqlara müraciət edə bilmirlərsə gün ərzində güzgünün önünə keçərək məşq edə bilərlər və bu cür olduqda bu vərdişlərdən azad ola bilərlər.

Təşşəkkürlər.

Günel Ağayeva

Share
268 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

5+5 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • EN BÜYÜK DOKUNULMAZLIK HAKEMLERİN

    22 Ocak 2017 KÖŞE YAZARLARI

    EN    BÜYÜK     DOKUNULMAZLIK    HAKEMLERİN Mevcut  Anayasa  değişiklikleri gündemde iken; bir madde  de, futbol hakemlerine dokunulmasına yönelik, konsa da; biz de şu işten bir kurtulsak... Beklentimiz bu yönde idi. Amma olmadı… Hafta sonları Ülke gündemini en çok meşgul eden konu; futbol  maçları ve  hakemleridir. Verdikleri, vermedikleri kararlar ile; günlerce konuşulurlar... Ülkede bir çok konu olmasına rağmen; onlar hep bir numaradır. Kimse hesap soramaz... Koca, koca başkanlara ceza verilir, onlar kenarda; kıs, kıs gülerler...
  • Allah İçin..

    21 Ocak 2017 KÖŞE YAZARLARI

    Aşağıdaki iki hadise dikkat edelim. Çok mühim! (İyi işe vesile olan, hayatında ve öldükten sonra da o işi yapanlar kadar sevap kazanır. Kötü işe ön ayak olana da, bu iş terk edilinceye kadar, bunun günahı yazılır.) (Bütün ibadetlere verilen sevab, Allah yolunda gazaya verilen sevaba göre, deniz yanında bir damla su gibidir. Gazanın sevabı da, Emr-i maruf ve nehy-i anilmünker sevabı yanında, denize göre bir damla su gibidir.) Şu halde, günah olan işlere yardımcı olmak, o günaha ortak olmak demektir. İnsanlığın dünya ve ahiret saadeti ...
  • NEREDE DEVLET – BURADA DEVLET

    21 Ocak 2017 KÖŞE YAZARLARI

    Gururlanmamak mümkün mü? Pazartesi gecesi (16.01.2017) saat 23:40 Reina katliamı sanığını Türk polisi, tek kurşun atmadan kimsenin burnunu kanatmadan, 20 dakikalık bir operasyonla dünyanın en iyi yetiştirilmiş 4 dil bilen DEAŞ’lı terörist (adına kurban ola) Abdülkadir Maşharipov’u hücre evinde, hemde suç ortaklarıyla canlı olarak yakalamıştır. Olaya, bir katil yakalama diye bakarsak gerçekten basit bir vakadır. Ama burda bir katil değil, dünya’yı rahatsız eden ve binlerce insanı katleden, yurdundan, yuvasından eden, dünya’yı yeniden dizayn etm...
  • Allahım..! İşlerin Hepsi Güzel.

    20 Ocak 2017 KÖŞE YAZARLARI

    Adamın biri bir gün bahçesinde otururken Hayvan dışkısından top yapan bir böceği görmüş, böcek pisliği ayakları ile yuvarlayarak giderken içinden şöyle geçirmiş: - Ey Allahım! Her şeyi çok güzel çok hoş yaratmışsın da, şu böceği sırf pislikle uğraşsın diye mi yarattın? Aradan bir kaç ay geçmiş adam umarsız bir hastalığa yakalanmış. Derdine kimseler çare bulamamış. En sonunda bilge bir doktor ''Bak demiş bazen bahçelerde gezen bir böcek olur ayakları ile pislik yuvarlar işte o yuvarladığı pisliklerden 40 gün boyunca aralıksız yiye...
UA-36507442-2