logo

reklam

“ SON BAXIŞLAR “


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

Çox vaxt son baxışlarda başlar sevgi, elə son baxışlarda da nöqtələnər içimizdəki ən ülvi hisslər, duyğular. Məhz son baxışlarda yox olar ruhumuzun rahatlığı, qəzəb və nifrət dilə gələr. Bəzən əbədi həyatın başlanğıcına ilk addımını atar, bəzən də fani dünyanın yorğun, gileyli yolçusu kimi tanınar. Ruhuna bağlandığı gözlərdə özünə min arzulu yuva qurar son baxışlar. Beləcə neçə-neçə hekayəti nəql edərək ürəklərdə nağıllaşar. Bir kəlamda deyildiyi kimi:-“ SƏMİMİYYƏT son baxışlardadı. “ Nəyi hiss edərsə, düşüncələrində də onu çatdırar ünvana. Bəzən son baxışlarda ölər həqiqət, bəzən də elə son baxışlarda oyanar susan vicdan. Bəzən mərhəmət nidalanar, bəzən də əzablara təməl qoyular. Bəzən son baxışlarda ŞƏHİDLİYİN uca məqamı şərəf tapar, bəzən də fərarilik kürsüsündə müttəhim kimi qolu qandallı dayanar son baxışlar. Bəzən kimsəsizliyin aynası olar, bəzən də kimsəsizləşdirdiyi adlar və ömürlər yığınına çevrilər. Bəzən düşməni önündə əyən məğrurluq dastanı kimi vərəqlənər, bəzən də qatbaqat əyilən başların yaltaqlıq yalvarışı kimi damğa vurular son baxışlara. Bəzən bir körpənin telinə sığal çəkən əllərin səadətində həyat tapar son baxışlar, bəzən də biganəlik bataqlığına çevrilərək məhv etdiyi gülüşləri xatırladar. Çox vaxt harınlıq zülmətiylə çərçivələnər, bəzən də əzmkarlığın, zəhmətkeşliyin əyilməz vüqarı kimi iz salar könüllərə. Bəzən yüksəkliklərə aldanıb ayağının altını tanımayan binəva kimi irəliləyər, bəzən də ətrini qəlbinə köçürdüyü torpağın sevgisiylə yaşayan VƏTƏNDAŞ çağrışı tək səslənər son baxışlar!

 

SON BAXIŞLARIN hekayəti nə bitər, nə də tükənər… Hər kəsin ürəyində bir simasıyla yaddaşa köçərək əbədi iz salar. Unudulmaz xatirələrdə daim canlanar. Son baxışların ən ağrılısı isə axır nəfəsdə bütün həqiqətləriylə, sirləriylə birlikdə susaraq, heç nə söyləmədən ONA doğru çəkib gedəndi…

YAQUT HÜSEYNOVA

Share
487 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

2+2 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • CHP’Lİ KARDEŞİM ANLAŞILMIYOR MU? BİZ NİYE‘EVET’ DEMELİYİZ?

    23 Mart 2017 KÖŞE YAZARLARI, MANŞET

    VATAN,MİLLET,BAYRAK SEVDALISI CHP'Lİ KARDEŞİM ANLAŞILMIYOR MU? BİZ NİYE‘EVET’ DEMELİYİZ? Milletin verdiği mesajı almamakta, anlamamakta direnen kimileri de girdikleri çıkmaz sokaktan bir türlü çıkamıyorlar. Ana muhalefet demeye bin şahit isteyen CHP'nin durumu bir taraftan trajik, bir taraftan komik. Parti mi, Bremen mızıkacıları mı belli değil. Her kafadan ayrı bir ses çıkıyor Yalan üretmekte mahir olanlar ülke meselelilerin sahiplenmek yerine ‘HAYIR’ çetesine katılmayı matah bilip teröre-emperyalizme göz kırpmaktan vaaz geçmiyorlar. 'Ha...
  • ASLINDA HEPİMİZİN DÖRT EŞİ VAR

    22 Mart 2017 KÖŞE YAZARLARI

    ASLINDA HEPİMİZİN DÖRT EŞİ VAR Bir zamanlar büyük ve güçlü bir ülkeyi yöneten bir kral ve dört eşi varmış. Kral en çok dördüncü eşini sever, bir dediğini iki etmez, herşeyin en güzelini ve en iyisini ona verirmiş. Kral üçüncü eşini de çok severmiş. Bu güzelliğin bir gün kendisini terk edebileceğinden korktuğu için onu çok kıskanır ve üzerine titrermiş. Kral ikinci eşini de çok severmiş. Kendisine karşı her zaman iyi ve sabırlı davranan eşi, ne zaman bir derdi olsa daima onu yanında bulunur, sorunun çözümünde ona destek verirmiş. Kraliçe ...
  • Yapılan Köprüler “Deli Dumrul” Köprüsü mü? (!)

    21 Mart 2017 KÖŞE YAZARLARI, MANŞET, SÜRMANŞET

    Hani bir hikâye vardır; zamanın birinde Deli Dumrul isminde biri, bir akarsuyun üzerine köprü yaptırır ve bu köprüden geçenden 5 akçe, geçmeyenden de döve döve zorla 10 akçe alırmış. Şimdi de birileri; “yapılan köprüler gereksiz, zarar ediyor, geçmediğimiz köprünün parasını ödüyoruz, bunlar Deli Dumrul köprüsü” gibi ifadeler kullanmakta… Daha önce Osmangazi ve Yavuz Sultan Selim Köprüleri için yapılan bu trajı-komik eleştiriler, şimdi de geçtiğimiz günlerde temeli atılan “Çanakkale 1915 Köprüsü” için dile getirilmekte... Yap İşlet Devret...
  • CÖMERTLİĞİN BÖYLESİ

    21 Mart 2017 KÖŞE YAZARLARI

    CÖMERTLİĞİN BÖYLESİ Bir gün, hazret-i Ebu Bekir ile hazret-i Ali mescid-i şerifte oturuyorlardı. O esnada biri girdi içeri. Ancak hazret-i Ali’yi görünce adamın rengi kaçtı birden. Mahcup bir vaziyette çöküverdi oracığa. Hazret-i Ebu Bekir, merakla hazret-i Ali’ye döndü: - Ya Ali! Şu adamı tanıyor musun? - Evet, tanıyorum. - Seni görünce mahcup oldu. Acaba neden dersin? Aliyyül Mürteza tahmin etmişti: - Bana borcu var. Belki ondandır. Hazret-i Ebu Bekir kalktı ve gitti o adamın yanına: - Hayırdır, neyin var senin? - Yok bir şey ...
UA-36507442-2