logo

reklam
08 Mayıs 2015

Şirvan liseyində “İNSAN ALVERİNƏ QARŞI AYAĞA QALXAQ!” mövzusunda tədbir keçirildi

Yaqut Hüseynova Azerbaycan’dan bildiriyor1İnsan alverinə qarşı mübarizə layihəsi çərçivəsində bu günlərdə Şirvan şəhər İSTƏK liseyində tədbir keçirildi. Günümüzün aktual problemi olan İNSAN ALVERİ haqqında öncə Şirvan şəhər Qızıl Aypara Cəmiyyətinin sədri Ülviyyə Balayeva çıxış etdi. O bildirdi ki, bu problemlə hər kəs qarşılaşa bilər. Sadəcə hüquqlarımızı gözəl bilməliyik ki, heç kimin aldanışlarına uyaraq qurbana çevrilməyək. Öz işimizi özümüz quraq. Kiminsə yalan vədlərinə inanıb insan alverinin potensial qurbanına dönməyək. Maarifləndirmə, təbliğat kompaniyasına könüllü qatılaq və hər kəsin bilgiləndirilməsinə nail olaq. O zaman bu faciədən qorunmuş olarıq . İnsan alveriylə bağlı müxtəlif layihələr, kompaniyalar aparılır. Və müsbət nəticələrə səbəb olub.

 

Məqsədyönlü addımlardan biri də QAC–ın reallaşdırdığı maarifləndirmə aksiyasıdı. Bu layihədə əsasən uşaq, yeniyetmə və qadınların daha çox cəmləndiyi yerlərdə həyata keçirilir. Layihəmiz “insan alveri nədir, necə qurbana çevrilir insanlar, psixoloji təsirlər nədən ibarətdi, bu faciənin qurbanlarına hüquqi və psixoloji yardım necə aparılır” və bu kimi digər məsələrdən irəli gələn məqamlar işıqlandırılır.

 

Tədbirdə İstək liseyinin rəhbəri Məmməd Məmmədli toplantı iştirakçıları qarşısında çıxış etdi. O bildirdi ki, belə layihələrin məktəblərdə keçirilməsi təqdirəlayiqdi. Çünki, gələcəyimiz olan gənclər gələcəkdə real təhlükələrdən qorunmaq üçün bilgi alırlar . Liseyimizin yüksək nəticələrinə nəzər salaraq qeyd etmək istəyirəm ki, gələcəkdə bizim məzunlardan da nə zamansa belə layihələrin reallaşmasında ən böyük dəstəyi və xidmətləri olacaq. Burada təhsil alan gənclərimizin gələcəyinə bir müəllim kimi inanıram. İnanıram ki, QAC– ın həyata keçirdiyi bu layihədə bizim də özünəməxsus payımız olacaq.

 

Tədbirin sonunda insan alveri ilə bağlı video – çarx izləndi. Şagirdlərlə geniş fikir mübadiləsi aparıldı.

 

Share
706 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+5 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2