logo

reklam
14 Mayıs 2017

SEDET ART-ın yaradıcılıq səfərləri

May ayının 14-ündə, Uluslararası Aktivist Sanatçılar Birliyinin (UASB) Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başqanı Nəvai Metinin rəhbərliyi ilə fəaliyyət göstərən SEDET ART rəsm kurslarının bir qrup üzvü respublikamızın Şirvan bölgəsində plener-tədbirdə iştirak ediblər. 2015-ci ildə “Yurdumuzu qarış-qarış gəzək” layihəsinin davamı olaraq keçirilən bu tədbir respublikanın müxtəlif bölgələrində təşkil olunur.


“Şərq” qəzeti və ARB televiziya kanalının informasiya dəstəyilə keçirilən bu tədbirdə iştirakçılar canlı təbiət rəsmləri çəkərək, yurdumuzun əsrarəngiz gözəlliklərini ağ kağıza və kətana köçürmüşlər. UASB-nin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metinin sözlərinə görə, “bu tədbir silsilə şəklində davam edəcək və gələcəkdə çəkilmiş bu əsərlərdən ibarət sərgi təşkil olunacaq. Onu da qeyd edim ki, bu tədbirlərə istənilən gənc rəssam qatıla bilər.”

 


Tədbirin sonunda SEDET ART rəsm qalereyasında plener-tədbirdə iştirak edən rəssamlara diplomlar təqdim olundu. Təqdimatda tanınmış ziyalılar Mikayıl Bozalqanlı, Ehtiram İlham və Günay Nəriman öz çıxışlarında SEDET ART-ın fəaliyyətini müsbət dəyərləndirərək, iştirakçılara diplomlar təqdim etdilər.

Share
84 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+9 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2