logo

reklam
17 Şubat 2017

Səndən sonra

       

Köhnə alboma baxarkən, xəyallara daldı.Qısa bir hekayədə nələr yaşandığını köhnə albom  qadına xatırladırdı. Şəkillərə baxarkən sanki,o illəri qadın yenidən yaşadı. Xəyallardan qapının səsinə diksinərək oyanan qadın, albomu masanın üzərinə qoyub,evdən çıxdı. Bir azdan sevdiyi insanı ziyarətə gedəcəkdi. Yol boyu xəyallar onu yenidən öz ağuşuna aldı. Kim bilərdiki, payızla bərabər həyatlarında soyuq müharibənın başlayacağını? Soyuq külək əsdikcə ağacda, ümidi tərənnüm edən sonuncu yarpaq budaqdan qoparaq xəzana çevrildi. Xoşbəxt olduqlarını düşündükləri bir zamanda dəvətsiz qonaq kimi qapını döyən hicranı qarşıladılar. Zamanla gəzdikləri yerlər, xoşbəxt olduqları məkanın yaxınlığından keçmək indi qadına izdirablar yaşadır. Eşqləri bir ömürə sığmazkən, ayrılıqlarla imtahana girdilər. Sevərək ailə həyatı quran iki insan həyatın hər bir çətinliklərinə sinə gərəcəklərini düşünürdülər. Sevgi verildi, lakin, bu sevgini ayaq üstə saxlayacaq və onların sevgisindən bir nişanə olmacaqdı. Sevərək ailə həyatı quran gənclər, övlad həsrəti ilə illərlə yaşadılar. Sevgilərini istəmədən və kənar müdaxilələrinin təsiri nəticəsində dağılmalı oldu. Övladı olmayan qadın başqa  bir qadının övladının balasını görmək istəməyi bu ailənin sonunu gətirdi.Sevgiyə baxmayaraq ailələri dağıldı. Bir ananın övladına özü-özlüyündə düşünərək etdiyi  yaxşılıq əslində övladının bədbəxtçıiliyinə səbəb oldu. Sevdiyi qadından ayrılandan sonra o, qadını geri qaytara bilmədi. Bütün hər şeyin səbəbkarı kimi özünü günahkar bilən qadın bir dəfəlik adamın həyatından çıxıb getdi. Çoxları qadını qınasada, obunu etməyə məcbur qaldı.Bir zamanlar məbəd olan sevgidən, geridə sadəcə bir ovuc külü qaldı.
Qadından sonra arzuları, xəyalları məhv olan adam hər kəsdən qaçdı. Yad ölkədə,yad insanların arasında yaşamaq ona qorxunc yuxu kimi gəlirdi.Övladının vəziyyətini görən ana onu yenidən evləndir.Lakin, bitmiş bir röyanın sonu olmayan bir sevginin ətrini almaq çətin idi. Bu evlilik uzun  çəkmədi. Ruhuna kilid vurmuş bir insan sadəcə son mənzilə yol almış kimi sabaha doğru addımlayırdı.
Günəşin doğduğu bir sabah onun günəşi batdı. Sevgisi, həsrəti onunla bərabər soyuq məzara yol almışdı. Qısa  həyat yoluna bir ömür sığdı.Bu izdirablı illər, keşməkeşli yollar ona bir ovuc torpaq bəxş etdi. Övladının ölümündən sonra ana oğlunun son məktubunu bir zamanlar ocağında  didərgin saldığı gəlininə verdi.Məktubu oxumaq çətin olsada,oxumağa məcbur idi. Sevdiyi insanın məzarı üstə dayanıb onun məktubunu boğuq səslə oxumağa başladı. Kəlmələr göz yaşına çevrilib vərəqin üzərinə düşürdü. İlərlə ağır yük kimi gəzdirdi dərdi, məktubun hər kəlməsi dahada ağırlaşdırdı.
“Kim deyə bilərdiki, xoşbəxt başlayan bir hekayə vidasız bitəcək. Sənlə gəzən yerlər mənə cəhənnəm əzabı yaşadırdı. Susmuşdum əbədi. Özüm- özümə yad gəlirdim. Səndən sonra yollara düşdüm.Səma, günəş səni xatırladırdı. Xoşbəxtlik bir anda nəfəsimizi kəsdi. Övladsız yaşamaqdan çətin idi sənsiz yaşamaq. Səndə  sonra aylar illər yaşamadım. Qaranlıqlar çökdü.Buludlar taleyimə ağladı. Yollarda axtardım,sanki yerdə, göydə səni məndən gizlədirdi. Kimsə səni əvəz edə bilmədi. Heç kimsəyə qapımı açmadım. Axı necə açım açarı səndə olan bir qapını kim aça bilərdi. Əlvida demək çəkin olsada söylədim.”

Günel Ağayeva

 

 

Share
149 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

3+4 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2