logo

Şəhid balası Zəhra


Günel Ağayeva
agayeva-1990@list.ru

Mən Zəhra, Alıxanlı kəndinin kiçik sakini. Ata- babamdan miras qalan yurdun övladıyam. Burada çoxlu həm yaşıdlarım var idi. Onlarla bərabər böyüyürdüm. Anam, atam, nənəm, sevdiklərim hər kəs mənim tez böyüyüb xoşbəxt bir xanım olacağım günü səbrsizliklə gözləyirdilər. Anamın arzsu sonsuz, atamın güvəni tam idi. Nənəm məni dizləri üstünə alıb saçlarımı oxşayıb, nəğmələr söylərdi. Addım atmağı yeni öyrənərkən yıxılırdım. Heç ağlamağa macal tapmamış məni yerdən qucaqlarına alıb, öpüb oxşayardılar.

Dünya ilə tanışlığımın 18-ci ayında idim. Vətənimin qoynunda böyüyən kiçik Türk övladı idim. Burada mənimlə birgə anam, atam, nənəm və doğmalarım yaşayırdı. Valideynlərimin gələcəyinə çıraq idim. Nənəm hər zaman yanımda olardı. Həyət- bacanı onunla gəzirdim. Məni qucağına alıb, şəkil çəkdirib,doğmalarımıza göndərirdi. -Zəhra balam görün necə böyüyür:- söyləyərdi. Yenə bizim üçün adı günlərdən biri idi.

 

     4 iyul axşamı nənəmlə birgə evimizin yaxınlığında idik. Torpağın üzərində idim. Qəflətən eşidilən səs tozu dumana qatdı. Ondan sonra nə olduğunu anlamadım. Göylərə mənimlə həm yaşıd olan körpələrin yanına gəldim. Necə gəldim? Heç özümdə bilmədim. Burada  tək deyildim. Hər zaman ki, kimi nənəmdə mənimlə birlikdə idi. Nənəm bizi erməni dığası vurdu:-dedi. Niyə? Axı mən onlara nə etmişdim? Bizim torpaqlarda yaşayırlar, hələ birdə bu torpaqlarda böyüyən  körpələri məhv edirlər?  Ədalət- ədalət deyərək bağıran insanlar bəs haradadılar? Mənim kimi minlərlə körpələrin günahı nədir? Mən indi anamın isti qucağında olmaq yerinə soyuq  məzarımda     əbədi   yuxuya dalmışam.
                                 

Amansız yerə öldürülən körpələrin cavabsız qalan suallarına kim cavab verəcək? Bəs anamın mənsiz keçirdiyi əzablı günlərin hesabını kimlər ödəyəcək? Atamın qucağında olub, başımı onun bağrına basmaq yerinə, soyuq kəfənə bükülmüş son mənzilə yola salınıram. Mən Zəhra, atam məni gözündən kənara qoymazkən, indi ürək parçalayan ah-naləsi ilə göylərə ucalıram.

Mən bu torpaqların minlərlə  körpələrindən biriyəm. Yaşım kiçik olsada, ucaldığım zirvə müqəddəsdir. Çünki bu torpaqların Şəhid balası Zəhrayam.

Günel Ağayeva 

Share
208 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

2+5 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
  • “Ayaq səsləri”- hər kəsin həyatından bir pay…

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

        “Ayaq səsləri” adlı psixoloji romanın bəlkədə müəllifdən sonra oxuduğu ilk insanam. Roman digər romanlardan fərqli olaraq öz həyat hekayəsi ilə fərqlənir. Hər şey elə müəllifin qeyd etdiyi” Məqsədə çatmaq üçün hər şeyə hazır olmalısan”, kəlməsindən başlayır desəm yanılmaram. Həyatın hər bir üzüylə zaman keçdikcə tanış oluruq. Ən çətin omür fəslimiz qocalıqdır desək yəqinki, bir çoxları məndən inciməz. Bir qadına aşiq olub,onu ömrünün sonuna kimi gözləmək hər sevənin həddi deyil. Elə ordaca illər əvvəl söz verdiyi skmayada əyləşm...
UA-36507442-2