logo

reklam

Qarabağam


Günel Ağayeva
agayeva-1990@list.ru

Hər sübh çağı torpağımda Azan səsi ucalar,sinəmin üstündə körpə fidanlarım addımlayardı.Toy-büsatlarım bir başqa idi. Vağzalı səslənirdi qəlbimdə tarın, balabanın,tütəyin səsi ilə.Ruhumu oxşayardı.Qız-gəlinlərim buz kimi şəffaf bulaqlarımın üstünə gələrdilər.Həzin-həzin meh əsər, quşlar,bülbüllər cəh-cəh vurardI.

 
Hər il İstisuya,Oxçuya qonaqlar gələrdi.Sevərdilər məni və torpağımda yetişən barlı büsatlı nemetlərimi.
Bir başqa idi torpağımın bayramları. Bir ay əvvəl qız-gəlinlərim bayramlara hazırlaşardı .Torpaqlarım şumlanar,zəmilərim təmizlənərdi. Gələcək nəsillər üçün babalar meyvə ağacları əkərdi. Əlləri xınalı olurdu qızalarımın, analar sevinc göz yaşları axıdardı.Hər bir ocaqdan körpə səsi ucalardı. Cıdır düzündə qızıl atları mərd oğullarım çapardılar.Meşələrimdə xan çinarlarım ucalardı.Meyvəsi olmasada neçə qəhrəman igidlərə kölgə olmuşdu,kölgəsində əyləşib nəvələrinə nağıl danışan babalara dayaq olmuşdu xan çinarlarım. Şuşadan Bülbülün səsi ucalar, bağrımda Xarı bülbüllərim çiçək açardı.Ağ örtüklü damları ilə məşhur idi Ağdamım.Qızılı torpaqları ilə məşhur idi Kəlbəcərim. Barlı busatlı idi Laçınım, Füzulim, Xocalım, Cəbrayılım.Çinarlarıyla öyünərdi Zəngilanım. Xocavənd, Əsgəran, Ağdərə Xankəndi,Hadrut qəhrəmanlar məskəni idi.Elimin obamın hər tərəfində “sarı gəlin” səslənərdi. Tarixlər boyu iz qoymuş,kök salıb elim obam. Xoşbəxt idik.Bir idik. Bütöv idik.Güc tapardım övladlarımdan.

 

İlahi sən demə dəhşətli günlər taleyimizə yazılıb.Gülüşlər susdu, ocaqlar söndü,qanlı göz yaşları axıdıldı.Talandım,parçalandım, əzildim öz elimdə əsir düşdüm.Zor gücüylə ayırdılar doğmalarımdan.Sərhəd çəkdilər.
Bir zamanlar sinəmdə ağac sulayan övladlarımın qanları hər bir zərrəmə səpələndi.

 
Susdu tarım,kamanım, ,balabanım.Anaların bağrı övlad dərdiylə yandı.Əlləri xınalı gəlinlərim başsız qaldı.Övladlarım üçün məskən olan torpaqlarım bir gecədə zindana döndü.Dünyaya gələrkən ağlayan körpələrim hələ gün işığı görmədən süngülərdə gəzdilər.Böyüyüb barını nübar etmədən körpə fidanlarım ağaclardan asıldılar. Zor gücüylə bağrımdan övladlarımı ayırdılar,kökündən qopardılar məğrur xan çinarlarımı.

 
Qəsibkar ermənilərə görə bir zaman cənnət olan meşələr qanlı cəhənnəmə çevrildi.Hər tərəfə atəş açılır qaçmaqdan başqa əlacları olmayan övladlarım göz yaşları içində tərk edirdilər ata-baba yerlərini.Körpələr diri-diri yandırıldı,qocaların baş dəriləri soyulurdu.Anaların göz yaşıyla axan qanlar bağrımı dağlayırdı. Göz yaşlarıyla övladlarını yuydular analarım.Gülüş səsləri ucalan evlərdə ata -ana fəryadı göylərin bağrını yarırdı,balası qucağından alınıb diri-diri bağrıma basdırıldı.Neçə- neçə insanlar öz sağlamlıqlarını itirdilər,bir ömür boyu qaranlığa həbs olundular.Şəhid oldu torpağımda böyüyən oğullarım. Dadaşın,Bəhramın,Təbrizin,Ədalətin, Bəhruzun,Müşfiqin bütün bu amansızlığı dünyaya çatdıran Çingizin qanları axıdıldı bu müqqədəs torpağıma.İgidlərim şəhidlik zirvəsinə ucaldı .

 
Axı niyə? Nə idi günahları?
Türk idilər deyə? Yoxsa Allahın onlara bəxş etdiyi bu cür torpaqlarda yaşamaqlarımı?
Kimlər bağrına dağ çəkilmiş anaların dərdinə məlhəm olacaq?
Övladlarından ayrı düşmüş Qarabağam. İllərdi əzab çəkirəm, bağrım yanır.

 
Bilirəm yenə xoşbəxt olacayıq.Hər bir qarış torpağımda Azan səsi ucalacaq, toy-büsat olacaq, yenə anaların gözlərindən sevinc göz yaşları axacaq.

 
Bilirsiz nə zaman şəhidlərimin ruhları şad olacaq? Qarabağsız böyüyən Qarabağlılar Qarabağda böyüyəcəklər. Bilirəm övladlarım mənim üçün gələcəklər.Azad olacam.

 
Mənim qüdrətli,rəşadətli övladlarım var. Lələ təpədə Azan səsi səsləndirib,3 rəngli bayrağımı sinəmə sancdılar.

Share
284 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+1 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • İTOGED Kurucu Başkanı Çiğdem Sönmez Bursa Büyük Şehir Belediyesini Ziyaret etti

    24 Ocak 2017 HABER ÖZEL, KÖŞE YAZARLARI, KÜLTÜR&SANAT, SÜRMANŞET

    Bursa Büyükşehir Belediyesi tarafından açılan Gençlik ve Aile Destek Merkezi (GADEM) alkol ve madde bağımlılığı ile mücadelede yaptığı çalışmalarla bağımlılık alanında uğraş veren Uluslararası vakıfların dikkatini çekmeye başladı. İstanbul Toplumsal Gelişim Derneği Başkanı Çiğdem Sönmez ve ekibi tarafından ziyaret edildi. Ziyarette hazır bulunan GADEM ve merkez çalışanları, yürüttükleri çalışmalar hakkında ziyaretçilere bilgi verdi. İstanbul’da Beylikdüzü ve Avcılar Belediyesi tarafından açılan merkezlere danışmanlık hizmeti sağladıklarını ...
  • Sənin oyuncaqların varmı?

    23 Ocak 2017 KÖŞE YAZARLARI

    Heç bilirsənmi nədir həyat? Bu barədə nə vaxtsa düşünmüsənmi? Yəqin  edirəm, düşünmüsən. HƏYAT – olumdan ölümə qədər uzanmış yolun sinəsidir. O, əzablar şəbəkəsindən ibarət olan CƏHƏNNƏMDİR. Bioloji varlıq olan insanın onun qoynunda özünü gizlədə bilməsidir. Bilirsənmi, necə də çətindir ayaq üstə qala bilmək, həyatda yaşaya bilmək?! Çoooox çətindir, çooooooox. Uşaqlığınız, həmin dövrlər yadınıza gəlirmi? Həmin illəriniz yadınıza düşürmü? Qayğısız keçən illəriniz... Bəli, qayğısız. ... O da uşaq olub, kiçicik, bapbalaca uşaq. Sevgini...
  • HALKTAN KORKAN HALK (!) PARTİSİ

    23 Ocak 2017 KÖŞE YAZARLARI

    Türkiye’nin ufkunu açacak Anayasa değişikliği ile ilgili görüşmeler sırasında CHP’nin nasıl agresif pozisyon aldığını cümle alem televizyonlardan canlı canlı ve maalesef ibretle izledi.    Meclis kürsüsünü kırmalar, yaralamalar, ısırmalar, kelepçemeler derken TBMM adeta Tayland meclisine çevrildi. CHP, Anayasa değişikliğine “Rejim değişiyor” gerekçesiyle karşı çıkıyor. Yeni Anayasa paketinde topu topu 18 madde var, oysa bu maddelerin hiçbirinde rejimin yani Cumhuriyet’in değiştirilmesiyle ilgili hiçbir ifade yok… İşin aslı rejim değil me...
  • ALLAH’ın RIZASI

    23 Ocak 2017 KÖŞE YAZARLARI

    ALLAH RIZASI İÇİN YAPILAN İŞ Mekke-i Mükerreme'de paramı kaybetmiştim. Para bekliyordum, lâkin henüz gelmemişti. Mâlum, haccın bir rüknü olarak belli bir vakitte saçını sakalını kısaltman icap eder. Bir berbere girdim. Bir müşterisini tıraş ediyordu. Utana-sıkıla *"afedersiniz; param yok, Allah rızası için saçımı-sakalımı düzeltebilir misin"* diye sordum. Berber beni bir an süzdü, sonra tıraş ettiği adamın yanındaki boş koltuğu gösterip, "buyurun, oraya oturun" dedi. Tıraş ettiği adama "müsaadenizle sizi bekleteceğim biraz;...
UA-36507442-2