logo

reklam

“Qələmin müqəddəs borcu yazmaqdır”


Rizvan Yardımlı
rizvanyardimli@gmail.com

Allah sənə rəhmət eləsin, Böyük Mirzə. Necə də doğru demisən : “Qələmin müqəddəs borcu yazmaqdır”.
Gerçəkdən də qələmin ən vacib və müqəddəs borcu yazmaq, doğrunu göstərmək, həqiqəti üzə çıxarmaq, qaranlığa işıq saçmaqdır… Maddi dəyəri ucuz, lakin mənəvi dəyəri ölçülərə sığmayan, fikirləri ağ kağıza tökən qələm hər şeyə qadirdir.
“Azad söz!”. Necə də gözəl, səlis səslənir. Bəs nədir azad söz?! Azad söz – fikirlərini çəkinmədən, qorxmadan həqiqətlərə əsaslanaraq, doğru-düzgün söyləməkdir. Azad söz böhtandan, qarayaxmadan, şərləməkdən… uzaq olmalıdır. Ona qarşı gəlmək, istər dolayı, istərsə də birbaşa azad sözün qarşısını almaq üçün senzura tətbiq etmək həqiqəti qıfıllamaq, yalana, böhtana, riyakarlığa… göz yummaqdır. Azad sözü boğmaq beşikdə yatan körpəni boğmaqdan daha təsirli, daha qəddardır. Deməli, ən böyük qatil azad sözü boğanlardır. Azad sözün qarşısını alanda, ona sərhəd çəkəndə Cəlillər məzarlarında sakit yata bilmir, Mirzələr narahat olur.
Hər kəs qələm sahibi deyil. Ola da bilməz. Bu qeyri-mümkündür. Mənim fikirimcə, bu insanlar seçilmişlərdir. Sanki Ulu Yaradan bu insanları ədaləti bərpa etmək üçün yer üzərinə göndərib. Ona görə bunları sayı da azdır.
Qələm sahibləri xalqın demək istədiklərini, fikirlərində olanları deyənlərdir. Qələm sahiblərinin dedikləri qanundur. Bu elə qanuni fikirlərdir ki, minilliklər belə keçsə, həmin fikirlər sözə, sənətə qiymət verənlərin sayəsində həm qələm sahiblərini, həm də onların fikirlərini yaşadır, daha da papulyarlaşdırır. Axı zaman ötdükcə – günlər, həftələr, aylar, illər, qərinələr, əsrlər keçdikcə həmin fikirlər özünü dəfələrlə doğruldur, sübut edir, aktuallığını göstərir…
Nəzərə alsaq ki, ötən əsrlərdə yazıçılar, şairlər və bu kimi sahədən olan qələm sahibləri daha çox nüfuz sahibi idilər. Hazırda isə bu qəbilədən olanlar ikinci və digər sırada öz yerlərini tutblar. Azad sözün carçısı kimi jurnalistlər daha öndədirlər. Jurnalistlər elə nüfuza sahibdilər ki, hətta siyasətçilər belə jurnalistlərdən, daha dəqiq desəm, jurnalistlərin yaradıcılığından bəhrələnir, faydalanırlar. Gerçəkliyi demək, reallığı göstərmək, olayları olduğu kimi işıqlandırmaq missiyasında çalışan jurnalistlər o jurnalistlərdir ki, onlar fikirlərində heç bir qrup, təşkilat, şəxsiyyət və s. maraqlarını ifadə etmirlər. Hətta və hətta öz maraqlarını belə güdmürlər. Çox vaxt biz bunu görə bilmirik. Deməli, “azad sözün carçısı kimi jurnalistlər daha öndədirlər” – deyərkən söhbət jurnalist adına layiq olan jurnalistlərdən gedir.
İnformasiya texnologiyalarının günü-gündən sürətlə inkişafı öz müsbət meyarlarını göstərsə də, mənfi amillər qaçılmazdır. Texnologiyanın inkşafı plagiatçılığa geniş yol açsa da, öz qələminin gücünə güvənən, nəfsinə hakim olan söz sahibləri, yaradanlar və yaşadanlar da az deyil.
“Əkinçi”dən tutmuş bugünkü günə qədər mətbuat sahəsində xeyli inkişaflar və tənəzzülər olub. Bu illərdə azad sözün boğulduğunu da, inkişafını da gördük, Mirzələrin şərlənməsini də, doğulmasını da gördük.
“Senzura insanın vicdanı olmalı və yaxud vicdanında olmalı” ifadəsini çox eşitmişəm. Doğru deyirlər. Təəssüflər olsun ki, azadlığı bəzən anarxiya hesab edən “qələm sahibləri” də var. Xeyr! Söz, fikir, ifadə… azadlığı anarxiyaya gedib çıxmır. Əsl qələm sahibləri bunu yaxşı bilir.
Qələmin gücü riyaziyyatda olan natural ədədlərə bənzəyir. Natural ədədlər birdən başlayır, ta ki, sonsuzluğa kimi davam edir, sonuncu ədəd bilinmir. Bu ədədləri köməyi ilə böyük hesablamalar aparılır, işlər görülür.
Qələm elə bir silahdır ki, heç bir top-tüfəng onunla yarışa bilməz. O həmişə qalibdir. Bu mənada söhbət qələminin gücündən maksimum istifadə edə bilən söz sahiblərindən gedir. Qələmin imkanları xeyli genişdir, maksimum dərəcədə şaxəlidir, sonsuzdur. Əsas odur ki, söz sahibi bu imkanlardan tam yaralana bilsin.
Sözü bütöv, fikirləri aydın, ifadələri şaxəli, lakonik olan, ürəyi xalqla döyünən, cəmiyyətin fikirlərini ifadə edən, başqa mənada demək istədiklərini deyən (yazan) qələm sahibləri əslər keçsə belə unudulmur, onlar ehtiramla yad edilir, sevgi ilə qarşılanır

Share
289 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

5+7 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Kötü arkadaşlardan ayrıl!

    17 Mayıs 2017 KÖŞE YAZARLARI

    Kötü arkadaşlardan ayrıl! Şırnak civarında yetişen Velilerden Şeyh İbrahim Hakkı hazretleri “rahmetullahi aleyh“, bir gün fena arkadaşlara aldanan sevdiği bir genci görüp, şefkatli bir sesle; - Görüyorum ki, “Allah adamları” ile görüşmekten sıkılıyor, zenginlerle, dünyaya düşkün olanlarla bulunmak istiyorsun, buyurdu. Delikanlı mahcup bir eda ile önüne bakıyordu. Devam etti: - Aman oğlum! O kötü arkadaşlarla düşüp kalkmak, insanı sonsuz felakete götürür. Onların yağlı, tatlı yemekleri, zehir gibi gönlü öldür...
  • ÜNLÜLERİN KUAFÖR’Ü TAYFUN BAKIRHAN MAGAZİN GÜNDEMİ PROGRAMINA KONUK OLDU !

    16 Mayıs 2017 HABER ÖZEL, KÖŞE YAZARLARI, SÜRMANŞET

    Ünlülerin kuaför'ü Tayfun Bakırhan ,hafta içi hergün yayınlanan magazin gündemi programında Kadir Balık'ın konuğu oldu. Programda çalışmalarıyla ilgili konuşan Bakırhan ,herşeyin gayet iyi olduğunu ve  devam ettiğini söyledi. Yakında  kendi sponsorluğunda  önemli bir projeyle hem medyada hemde  hayranlarının karşısında olacağınıda ifade etti.  ...
  • ETNOSPOR ETKİNLİKLERİ

    16 Mayıs 2017 KÖŞE YAZARLARI

    ETNOSPOR ETKİNLİKLERİ İstanbul Yeni Kapı'da 11-14 Mayıs günleri, ETNOSPOR KÜLTÜR FESTİVALİ etkinlikleri düzenlenmiştir. Bu festivalin yapılmasını amaçlayan, kurum; hedeflerini şöyle açıklamaktadır, Dünya Etnospor Konfederasyonu, geleneksel sporların günümüzde yaşatılması ve uzmanlaşması için her türlü spor faaliyetini destekler. Geleneksel sporları var eden kültürel mirası, toplumun zenginliği olarak görür ve bu mirası korumayı görev bilir. Dünya Etnospor Konfederasyonu, çocukların eğitiminde önemli bir yere sahip olması hasebiyle sportif o...
  • Kemiğe yazılan yazı

    15 Mayıs 2017 KÖŞE YAZARLARI

    Kemiğe yazılan yazı Sa’d bin Ebi Vakkas, Kûfe vilayetine, Vali olup, ev yapmak arzu etti kendine. Arsa bulup, istedi onu satın almayı, Lakin bir mecusiye aitti yarı payı. Çağırıp buyurdu ki: (Bu hisseni bana sat!) Cevaben; (Satmam) dedi mecusi ona fakat. Para verdi ise de değerinden pek fazla, Yanaşmadı mecusi satmaya yine asla. Dediler ki: (Efendim bir mecusi kimseye, Ne lüzum var bu kadar fazla ısrar etmeye. Siz bugün valisiniz, o, mecusi bir kişi, Parasını vererek, bitirin hemen işi.) Mecusi bunu duyup, evine gitti h...
UA-36507442-2