logo

reklam

Nitq qüsurlarının yaranmasının 80%-i qan qohumluğu əsasında yaranır- Müsahibə


Günel Ağayeva
agayeva-1990@list.ru

Loqos Psixoloji və Nitq İnkişaf mərkəzinin Loqopedi Ülviyyə xanım Axundova ilə Müsahibəni sizə təqdim edirik.

Ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması nitqdir.Lakin bəzi səbəblərin göstərdiyi təsir nəticəsində nitq normaları pozulur və yaxud da nitqdə qüsurların yaranmasına səbəb olur. Yaranan bu qüsurlar nitqi çətinləşdirir,nitqdə ünsiyyət vasitəsi kimi istifadəni qeyri mümkün edir.1

 

-Nitq nöqsanları nə zaman yaranır?

 

-Aparılmış tədqiqatlar göstərirki,müasir dövrdə 6yaşına qədər uşaqların 30%-dən çoxu tələffüz nöqsanlarına malikdirlər.Uşaqlarda l,r samitlərinin nöqsanlı tələffüzü, nitq sürətinin ləng və ya tez olması,səslərin qarışdırılması problemləri yaranır.Nitqin kobud nöqsanları dölün inkişafının 4-cü həftəsindən 4-cü ayına qədərki mərhələrində yaranan mənfi təsirlər nəticəsində meydana gəlir.Nitq nöqanlarının yaranmasına aşağıdakı amillər səbəb ola bilər.

1)hamiləlik zamanı güclü toksikoz,viruslu xəstəliklər,(psixi və fiziki),rezis-faktora,qan uyğunsuzluğu,

2)Doğuş zədələri və asfiksiya nəticəsində uşaqda kəllə daxili qansızmalar,

3)Uşağın ilk illərində keçirdiyi müxtəlif infeksion xəstəliklər,

4)Beyin silkələnməsi,

5)İrsilik.Nitq qüsurlarının yaranmasının 80%-i qan qohumluğu əsasında yaranır.

 

-Nitq qüsurları hansı yaş dövründə yaranır?

-Nitq qüsurlarının təməli məhz 2-6yaş dövrlərində yaranır.2-3yaşlı uşaqlarda sözlərin düzgün tələffüz edilməsinə fikir verilmədikdə 3yaşından sonra müxtəlif qüsurlar yaranır.

 

-Nitqin ritmik qüsurları hansılardı?Bu qüsurlar hansı səbəblərdən yaranır?

 

-Nitqin ritmik qüsurları Taxilaliya,Kəkələmə və Bradalaliya.

Taxilaliya-sürətli nitq deməkdir. Taxifraziya-kimi sinonimi var.Taxilaliya beyində şiş olan və epibepsiyalı xəstələrdə,oliqofren uşaqlarda psevdebulbar iflicli xəstələrdə rast olunur.Taxilaliyanın diaqnostikası nevropatoloq və psixiatr tərəfindən,loqopedik rəyi isə loqoped tərəfindən qoyulur.Xəstəliyin yaranma səbəbləri;mərkəzi nitq mexanizminin pozulması,irsilik qavramının pozulmasıdı.Əgər normada saniyədə 10-12səs tələffüz edilirsə,Taxilaliya zamanı 20-30səs müşahidə olunur.Taxilaliyalı insanlarda ümumi hərəkət tempi pozulur,hərəkətləri tez olur,hiperaktivlik özünü biruzə verir.

Brandalaliya-nitq tempinin patoloji ləngiməsi deməkdir.Bu nitq zamanı artikulyasiya ləngliyi,sait səslərin uzadılması,sözlər arasında fasilələr,monotonsəs özünü göstərir.Bu cür nitq insanı yorur.Bradalaliyanın əsası beyin proseslərinin ləngiməsidir.Bu təkcə özünü nitqdə deyil,ümumi inkişafdada ləngimə göstərir.Bu nitq travma,şiş xəstəliklərindən sonra özünü biruzə verir.Çox vaxt təbiəti ləng olan insanlardada bu nitq problemi olur.

Kəkələmə ən ağır nitq defektlərindən biridir.O çətinliklə aradan qalxır,uşağın psixakasını zədələyir,nitq ünsiyyətinə maneə yaradır.Kəkələmənin əlamətləri danışıq zamanı nitqdə qeyri ixtiyari dayanmalar,ayrı-ayrı səs və hecaların məcburi təkrarı ilə təzahür edir.Bu hallar danışıq zamanı nitqin bu və ya digər orqanlarında əzələ qıc olması ilə yaranır.(dodaqda,dildə,qırtlaqda,diafraqmada,qarın əzələlərində). İki əsas sinir prosesinin oyanma və tormozlanmanın pozulması nəticəsində baş verir.

 

-Taxilaliyanın kəkələmədən fərqi nədir?Bu cür xəstələrin müalicə müddəti nə qədər olur?

 

– Taxilaliya zamanı kəkələmədən fərqli olaraq,nitq qıc olmaları,nitq qarşısında qorxu hissi hiss olunmur.Nitq tembrinin patoloji artmasıdır.Sürətli artikulyasiya özünü biruzə verir.Taxilaliya zamanı böyüklərdə 2,5-3ay,uşaqlarda isə 6-12ay müddətində davam edir.

 

-Kəkələmənin yaranmasına hansı amillər səbəb olur?

 

-Ümumiyyətlə kəkələmənin yaranma səbəbləri müxtəlif olur.Funksional və orqonik kəkələmə.Funksional kəkələmə-xəstələrdə tez-tez təsadüf edilir.2-5yaş dövründə əmələ gəlir,frazalı nitqin formalaşması dövründə özünü birüzə verir.Daha tez həyacanlanan,əsəbi,uşaqlarda olur. Orqanik kəkələmə isə istənilən yaş dövründə baş verə bilər. Bu mərkəzi sinir sisteminin orqanik zədələnməsi ilə bağlı olur,Ağır beyin xəstəliklərini,travma,qorxu,streslər səbəb ola bilər.Kəkələmə ya qəflətən ya da ki,tədricən yaranır və yavaş-yavaş güclənir.Sinir xəstəliklərinin daxili və xarici qıcıqların təsirindən vaxtaşırı gah güclənir gah da kı, zəifləyir.Kəkələmənin güclənməsi havadan ilin fəslindən yaşayış tərzindən asılıdır.

 

-Kəkələmənin hansı növü var?Kəkələmə qızlarda çox rast gəlinir yoxsa oğlanlarda?

-Kəkələmənin 3növü var.Klonik,tonik,qarışıq.Klonik-ən yüngül formadı,Bu zaman uşaq səsi və ya hecanı təkrarlayır.(mə-mə-mən,ki-ki-kitab oxuyuram).Tonik-uşağın nitqində uzunsürən dayanma baş verir.(k..tab).Qarışıq növ tonik-klonik,klonik-tonik (m..ən,k-k-kitab oxuyuram),(m-m-mən,kit…ab oxuyuram).Qızlara nisbətən oğlanlarda 4dəfə çox təsadüf edilir.

 

-Neçə sözün tələfüzü nitqin normal tempi hesab olunur?

 

-Şifahi nitqin gözəlliyi onun tempindən,və ritmindən asılıdır.Danışığın sürətini ləngitməklə insan verdiyi məlumatın vacibliyini qeyd edir. Bəzi cümlələrin deyilişini sürətləndirdikdə biz bu məlumatı 2-ci dərəcəli olduğunu anlayarıq.Lakin bu zaman tələfüzün öz düzgünlüyünü və aydınlığını itirmir.1saniyədə 9-dan 14-ə qədər söz tələffüz etmək nitqin normal tempi hesab edilir.Bəzi insanlar çox sürətlə danışırlar.Bu  da onunla izah olunur ki,onlarda tormozlanma prosesi və şəxsi nitqə nəzarət zəifdir.Bu insanlarlarla ünsiyyət qurduqda onların nitqi başa düşülməz olur.

 

-Son olaraq nitqin ritmik qüsurları olan uşaqların valideynlərinə nə demək istərdiniz?

 

Bu pozulmanın müalicəsi adətən uzun müddət ərzində həyata keçirilir və həm uşaqda həm də onun valideynlərdə böyük səbir və məsuliyyət tələb edir.Valideyn uşaqla hər zaman səlis və aydın danışmalı, danışarkən tələsməməli və uşağı tələsdirməməlidir. Ona çətin sözləri və ifadələri öyrətməməlidir.

Təşəkkürlər.

Günel Ağayeva

Jurnalistika.az

Facebook Kommentləri

Share
280 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+9 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • EN BÜYÜK DOKUNULMAZLIK HAKEMLERİN

    22 Ocak 2017 KÖŞE YAZARLARI

    EN    BÜYÜK     DOKUNULMAZLIK    HAKEMLERİN Mevcut  Anayasa  değişiklikleri gündemde iken; bir madde  de, futbol hakemlerine dokunulmasına yönelik, konsa da; biz de şu işten bir kurtulsak... Beklentimiz bu yönde idi. Amma olmadı… Hafta sonları Ülke gündemini en çok meşgul eden konu; futbol  maçları ve  hakemleridir. Verdikleri, vermedikleri kararlar ile; günlerce konuşulurlar... Ülkede bir çok konu olmasına rağmen; onlar hep bir numaradır. Kimse hesap soramaz... Koca, koca başkanlara ceza verilir, onlar kenarda; kıs, kıs gülerler...
  • Allah İçin..

    21 Ocak 2017 KÖŞE YAZARLARI

    Aşağıdaki iki hadise dikkat edelim. Çok mühim! (İyi işe vesile olan, hayatında ve öldükten sonra da o işi yapanlar kadar sevap kazanır. Kötü işe ön ayak olana da, bu iş terk edilinceye kadar, bunun günahı yazılır.) (Bütün ibadetlere verilen sevab, Allah yolunda gazaya verilen sevaba göre, deniz yanında bir damla su gibidir. Gazanın sevabı da, Emr-i maruf ve nehy-i anilmünker sevabı yanında, denize göre bir damla su gibidir.) Şu halde, günah olan işlere yardımcı olmak, o günaha ortak olmak demektir. İnsanlığın dünya ve ahiret saadeti ...
  • NEREDE DEVLET – BURADA DEVLET

    21 Ocak 2017 KÖŞE YAZARLARI

    Gururlanmamak mümkün mü? Pazartesi gecesi (16.01.2017) saat 23:40 Reina katliamı sanığını Türk polisi, tek kurşun atmadan kimsenin burnunu kanatmadan, 20 dakikalık bir operasyonla dünyanın en iyi yetiştirilmiş 4 dil bilen DEAŞ’lı terörist (adına kurban ola) Abdülkadir Maşharipov’u hücre evinde, hemde suç ortaklarıyla canlı olarak yakalamıştır. Olaya, bir katil yakalama diye bakarsak gerçekten basit bir vakadır. Ama burda bir katil değil, dünya’yı rahatsız eden ve binlerce insanı katleden, yurdundan, yuvasından eden, dünya’yı yeniden dizayn etm...
  • Allahım..! İşlerin Hepsi Güzel.

    20 Ocak 2017 KÖŞE YAZARLARI

    Adamın biri bir gün bahçesinde otururken Hayvan dışkısından top yapan bir böceği görmüş, böcek pisliği ayakları ile yuvarlayarak giderken içinden şöyle geçirmiş: - Ey Allahım! Her şeyi çok güzel çok hoş yaratmışsın da, şu böceği sırf pislikle uğraşsın diye mi yarattın? Aradan bir kaç ay geçmiş adam umarsız bir hastalığa yakalanmış. Derdine kimseler çare bulamamış. En sonunda bilge bir doktor ''Bak demiş bazen bahçelerde gezen bir böcek olur ayakları ile pislik yuvarlar işte o yuvarladığı pisliklerden 40 gün boyunca aralıksız yiye...
UA-36507442-2