logo

reklam
02 Mart 2017

Nazlı Dilbərim

 

Onunla ilk dəfə üç yaşımda tanış oldum. Soyuq idi. Sanki,günəşi üzərində deyildi. Sakitliyi yalnız çovğunun səsi pozurdu. Səsdən qulaqlarımı əllərimlə bərk-bərk tutaraq, başımı anamın bağrına basdım.  Küləyi gözlərimi yaşardırdı. O, mənə qərib, mən ona özgə idim. Ayaqlarımı yerə basmaqdan  çətinlik çəkirdim. Düşünürdümki, əsən küləyi məni yıxar.

Zaman keçdikcə, o, mənə doğlaşırdı. Elə deyəsən məndə ona… Fəsilləri küləkli keçərdi. Gah gilavar, gah xəzri olardı. Hər fəslin özünə məxsus mənzərəsi olar, hər fəsildə başqa gözəlləşərdi.

Günlər, illər bir-birini qovaladıqca onun qoynunda böyüyürdüm. Dərdlərimə öz küləyi ilə şərik olardı. Qaçıb yıxılarkən, mənim göz yaşlarımla birgə yağardı yağışı. Göz yaşımı dağıtmaq üçün küləyi əsərdi. Heç kimsə görməsin deyə… Böyük dənizi vardı. Bəzən durğun,bəzən dəliqanlı olardı. Coşar,guruldayar və bəzəndə ceyhun olardı mavi suları. Bəlkədə mən uşaq idim, mənə böyük görünərdi. Elindən didərgin düşmüş balaca qızcığaza oba olmaq üçün çalışırdı. Həyatın hər bir çətinliyinə sinə gərməyi o, mənə öyrətdi. Küçələrində bir qarnı ac, bir qarnı tox olan uşaqlar böyüyərdi. Tarixin qanlı səhivələrinə şahidlik etdi, hər bir zərrəsi. Hər bir qonağa yurd oldu. Kimlər keçmədiki,onun küçələrindən? Nakam həyatlar, ümid dolu baxışlar zilləndi yollarına. Sanki, itirdiklərinə  təsəlli verdi ulduzlu parlaq gecələri. Bu həyatın ağrısını-acısını, sevincini-kədərini, həyatın bütün çətinliklərini sakinləri ilə birgə yaşadı. Dəniz qoxan küçəsini,könül oxşayan şərqisini dinlətdi. Əbədi xatirələrə həkk edirdi, hər sakininin sürətini. Dərdlərin var olduğu böyük dünyada balaca şəhər idi doğma Bakım. İlk sevgim, ilk dostum oldun. Neçə-neçə insanlara məskən olub,qucaq açdın. Sevməyi, nikbin olmağı sən mənə öyrətdin. Ən gözəl dostluqlar sevgi üzərində qurulan dostluqdu. Dostluqdan, doğmalıqdan  şeirlər yazılar,mahnılar bəstələnər nazlı Bakıya. Aşiqlər,mərd insanlar məskəninə çevrildi Nazlı Dilbərim…

 

Günel Ağayeva

Share
308 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

10+4 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2