logo

Nə qədər qalxsaq o qədərini görə biləcəyik.


Rizvan Yardımlı
rizvanyardimli@gmail.com

İnsanlar müvəffəqiyyətli və müvəffəqiyyətsiz olmaqla iki cür qruplaşır. Birinci qrupun üzvləri mübarizdir, onlar heç nədən çəkinmir, qorxmurlar. Həmin qrupun nümayəndələri yaxşı başa düşürlər ki, nəyinsə sonu uğurla nəticələnə biləcək nəyinsə başlanğıcıdır. Müvəffəqiyyətli insanlar heç bir halda məğlub olmazlar. Yaxşı başa düşürlər ki, nəsə itirsələr belə TƏCRÜBƏ qazanmış olurlar. Qazanılan təcrübənin əsasında düzgün istiqamət seçərək, uğura qarşı irəliləyirlər.  Müvəffəqiyyətli insanlar daha dəqiq, konkret qərarlar verməyi bacarırlar. Onlar çalışqandır, köhnə bilikləri ilə kifayətlənmir, yenilik axtarır və ən əsası zamanın dəyərini bilir, onu boşuna xərcləmirlər.

İkinci qrupa daxil olan insanlar isə qorxaq olurlar. Düzgün qərar qəbul edə bilmir, düşüncələrini isbat etməkdən çəkinirlər. Birinci qrupa daxil olan insanlardan fərqli olaraq onların əhatəsində özləri kimi qorxaqlar zəngindir. Adi uğursuzluq onları ruhdan salır. Düşüncələri dar, fikirləri cılız, əməlləri bəsit olur müvəffəqiyyətsiz insanların. Onlar zamana qarşı amansız olur, onu boşuna xərcləyirlər.

Siz, bəli siz, hansı qrupun üzvüsünüz?

Elə bir qayda yoxdur ki, kimlərsə uğurlu, kimlərsə uğursun, habelə kimlərsə müvəffəqiyyətli, kimlərsə müvəffəqiyyətsiz olmalıdır. Ancaq kiçik bir “amma” var. Reallıq budur ki, istənilən qaydanı özümüz yaradaraq özümüzə tətbiq edib, onu özününküləşdiririk. İstənilən anlayış və hökmü alt şüurumuza ötürərək bir növ özümümzü təyinatlandırırıq ki, biz bu qədərini bacarırıq, bundan artığı bizlik deyil, bacara bilmərik. Lakin “bacara bilmərik” sözünün özündə belə “bacarmaq, “bacara bilmək” var. İnsandan da üstün yer üzündə heç bir varlıq yoxdur. Problem ondadır ki, insan fəlsəfəsini tam anlaya bilmirik. Məlumdur ki, müxtəlif sahələrdə imzası ilə tanınan dahilər olub. Bilirsinizmi onları nə birləşdirir? Sahəsindən aslı olmayaraq onların hamısını birləşdirən bir ortaq məxrəc mövcuddur – Hamıı vaxtikən UĞURSUZ insan olub.

Hər bir insana yaxın olan, özündən xəbər tutan ikinci insan ÖZÜDÜR. Özümüzün özümüzə etdiyimiz yaxşılığı, həmçinin pisliyi başqa birisi edə bilməz. Bəli, başlayırıqsa özümüzdən başlamalı, məhz elə bu gündən başlamalıyıq. Bu yolda bizə dəstək ola biləcək ən yaxın dostumuz ÖZÜMÜZDÜR. Bu işdə NBƏFSİMİZİN də əvəzsiz rolu var.

Hər kəs gün ərzində 24 saatla mükafatlandırılıb. Gündəlik bu qədər vaxt kimin üçün pul, kimin üçünsə əyləncə, kimin üçünsə də boş vaxt, tullantıdır. Hər kəsin vaxtı özünə görədir, özünə məxsusdur. Vaxt elə bir şeydir ki, onu satmaq, kimsə hədiyyə etmək, bağışlamaq olmur. Zamanı geri qaytarmaq da mümkün deyil. Zaman həm də hər şeydən öncə və ən önəmli kapitaldır. Kimlərsə bu kapitalı faydalı işlərə sərf etməklə onu qazanır və həmin kəslər müvəffəqiyyətli insanlar sayılaraq uğur qazanmış olur. Zaman təkrarlanmır, onu geri qaytararaq əski zamnada yaşmaq qeyri-mümkündür. Sadəcə bizə verilən vaxtdan səmərəli stifadə edərək zamanı düzgün idarə edə bilərik. Zamanı düzgün idarə etmək öz əlimizdədir və təəssüflər olsun ki, ölkədə heç bir universitet bizə pul qazanmağı öyrətmədiyi kimi, zamanı düzgün idarə etməyi də öyrətmirlər. Belə halda bizim üzərimizə daha çox məsuliyyət düşür.

Hər ötən gün günümüzün üstünə gün gətirir, ömrümüzdən gedir… və beləcə illər ötür. O bir növ ağaca bənzəyir Ağacın da gözəl anları olur – çiçək açır, gözəl qoxusu olur, meyvəsi onda daha da gözəllik gətirir və s. Lakin həmin gözəlliyin təsviri demək olar ki, bütün ağaclarda payız-qış aylarına kimi davam edir.

Bugün verdiyimiz qərarlar, gördüyümüz işlər açılan sabahımıza işıq saçmalıdır. Bugünümüzə görə isə dünənimizdən məhsul almalıyıq. Biz nə qədər qalxsaq o qədərini görə biləcəyik.

 

Rizvan Yardımlı

Share
216 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

1+2 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
  • “Ayaq səsləri”- hər kəsin həyatından bir pay…

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

        “Ayaq səsləri” adlı psixoloji romanın bəlkədə müəllifdən sonra oxuduğu ilk insanam. Roman digər romanlardan fərqli olaraq öz həyat hekayəsi ilə fərqlənir. Hər şey elə müəllifin qeyd etdiyi” Məqsədə çatmaq üçün hər şeyə hazır olmalısan”, kəlməsindən başlayır desəm yanılmaram. Həyatın hər bir üzüylə zaman keçdikcə tanış oluruq. Ən çətin omür fəslimiz qocalıqdır desək yəqinki, bir çoxları məndən inciməz. Bir qadına aşiq olub,onu ömrünün sonuna kimi gözləmək hər sevənin həddi deyil. Elə ordaca illər əvvəl söz verdiyi skmayada əyləşm...
UA-36507442-2