logo

reklam
30 Nisan 2017

Məndən

O vaxtdan alıbdır, atıb uzağa,
Sevgiylə döyünən ürəyi məndən.
Bəlkə yağış altda, bəlkə çovğunda
Arzumu, xəyalı, diləyi məndən.

 

Gözlər görməmişəm o gözlər kimi.
Gecə də yatmıram gündüzlər kimi.
Hər gün pərişanam ulduzlar kimi
Yapış, əsirgəmə köməyi məndən.

 

Dərdimə dərmandır alma yanaqlar.
Qıyğacı baxışlar, o bal dodaqlar.
Ürəyim dərd çəkir, gözlərim ağlar
Alan çoxdan alıb dəyəri məndən.

 

Mən dada bilmərəm ayrılıq dadın.
Özgənin sevgisin, başqa bir yadın.
Ayrılıq hissini, ayrılıq adın
Aparın uzağa zəhəri məndən.

 

Rizvan nələr çəkir, dərdin bi bilsən!
Bilirəm, əhdindən dönən deyilsən.
Əgər peşman olub geriyə dönsən
Uzaq tut fitnəni, kələyi məndən.

 

Rizvan Yardımlı

Share
97 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

4+6 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2