logo

reklam
24 Şubat 2017

Mənə qərib demə!…

Mənə qərib demə!
Vətənim var elim var
Neçə-neçə nəsillərə verəcək bir dilim var.
Mənə qərib demə!
Uzaqlarda baba məzarım,
Anamın laylası, atamın nəfəsi var.

Mənə qərib demə!
Vətənində qərib olarmı bir kəs?
Başı qarlı dağlarım,xan çınarlı meşələrim,
Bar-büsatlı bağlarım var.

Mənə qərib demə!
Qərib olarmı bir kəs?
Uzaqlarda bir elim var.
Azan səslənən minarələrim,
Toxum cücərən torpağım,
Ağrılı acılı günlərdən bir nişanə torpağım var.

İgidlər oylağım Ağdamım, Qubadlım, Zəngilanım
Adlı-sanlı Xocalım, Xankəndim, Kəlbəcərim
Xoş avazlı Şuşam, Laçınım var.
Dahilər məskən salmış məmləkətim,
Söz ustadım Fizulim
Üfiqlərə yol açan bir aydınlı sabahım var.

Mənə qərib demə!
Tarım, kamanım, tütəyim
Min ömrə naxış olan ilmələrim sazım var.
Yumruq kimi bir olan Yallım, Göyçəm,Təbrizim var.
Bu taylıyam, o taylıyam bütöv Azərbaycanlıyam.
Mənə qərib demə!
Hələ anaların bitməyən laylası,
Bu torpaqlarda yanacaq neçə ocağım,
Doğacaq körpələrin sədası var.
Həsrətli yolları ürəklərə naxış olan
Böyük Qarabağım var.
Mənə qərib demə!

Günel Ağayeva   

Share
218 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

8+4 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2