logo

“ LƏNƏT SƏNƏ KOR ŞEYTAN ! “


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a
Vurub birinin gözünü çıxardırıq , sonra özümüzü acınacaqlı təsəlliyə boyayaraq, “ lənət kor şeytana “ deyirik . Birinə quyu qazırıq . Yenə hesa b zamanı “ sənə lənət kor şeytan “ deyə , haqq qazandırmağa çalışırıq özümüzə . Pislik və ədalətsizliyə səbəb oluruq , təəssüf ki , onda da “ şeytana uydum “ söyləyirik … Hər etdiyimiz pisliklərdə şeytanı yada salırıq . Törətdiyimiz əməlləri onun adına yazırıq , onu günahlandırırıq . Amma təmizə çıxmaq istədiyimiz halda özümüzü gülünc vəziyyətə saldığımızı dərk etmirik . Düzünü desəm , daha şeytana yazığım gəlir, az qala yanında xəcalət çəkəm . Əməlləri edən biz , adı hallanan , lənəti qazanan o . Yazıq şeytan bəlkə bu ittihamlardan daha bezib . Bəlkə də dəb halını almış , körpüdə intihar edənlərdən biri də , bu minvalla getsə şeytan olacaq . Lap ağlamağım gəldi halına .
1
Şeytanı gecə – gündüz hər yanda görməyə çalışdım , axtarmağa başladım , sanki əzizimi axtarırmış kimi . Nə zamandı ürəyimdə qalan , beynimdə sarmaşıq tək uzandıqca uzanan qarışıq fikirlərimə , bəlkə o özü aydınlıq gətirə . Bu , nə məsələdi , hamı ona lənət yağdırır . Günlərlə , aylarla , illərlə aradım . Axtarışlarımda bütün cinayətlərin , günahların , pisliklərin adamlar tərəfindən törədildiyinin şahidi oldum , həmişəki kimi !.. Başa düşməyə çalışdıqca , adamların yazıqlaşan acizliyini gördüm , “ lənət kor şeytana , ona uydum “ söyləməsində . TÖRƏDƏN BİZ , EDƏN BİZ , DAĞIDAN BİZ , MƏHV EDƏN BİZ , müttəhim tək adı çəkilən şeytan ! Lap şeytana “ can “ deməyim gəldi . Rəhmətlik nənəm demişkən , anan ölsün nələr çəkirsən adamların əlindən ! Deyirəm , bəlkə mən də bir pislik edim , başqa yol yoxdur . Ancaq bu cür şeytana rast gələ bilərəm … Bir narazılığa yol açdım . Amma yenə onu görmədim . ÖZÜMÜ və SƏBƏB OLDUĞUM inciklik dən yaranan vəziyyətin ağrısını duydum . Arzum yenə gözümdə qaldı !

Onu görmək mümkün deyil . Çünki o yoxdur . Bütün cinayətlər , günahlar və ədalətsizlikləri özümüz çox vaxt bilərəkdən həyata və ətrafımızdakılara məsulliyyətsizlikdən törədirik . ŞEYTAN adlandırdığımız , uydurduğumuz vahiməli hesab etdiyimiz varlıq yoxdur ! Bu sadəcə özümüzə haqq qazandırmaq üçün əl atdığımız acizyanə YOXLUĞUMUZDUR !!!

Dərin fikirlərə dalan , əsrlər yorğunu olan MOLLA NƏSRƏDDİN ulağının səsinə , sanki yuxudan ayıldı . yoluna davam edə – edə dodağının altında mızıldandı :
– “Adamlar hər şeytana lənət oxuduğu qədər ALLAHA tapınsaydı , ALLAHI tanısaydı , ALLAHA güvənsəydi , yəqin ki , İNSAN olardılar !!!

                                                   HÜSEYNOVA YAQUT VAFİQQIZI

Share
589 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

10+3 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
  • “Ayaq səsləri”- hər kəsin həyatından bir pay…

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

        “Ayaq səsləri” adlı psixoloji romanın bəlkədə müəllifdən sonra oxuduğu ilk insanam. Roman digər romanlardan fərqli olaraq öz həyat hekayəsi ilə fərqlənir. Hər şey elə müəllifin qeyd etdiyi” Məqsədə çatmaq üçün hər şeyə hazır olmalısan”, kəlməsindən başlayır desəm yanılmaram. Həyatın hər bir üzüylə zaman keçdikcə tanış oluruq. Ən çətin omür fəslimiz qocalıqdır desək yəqinki, bir çoxları məndən inciməz. Bir qadına aşiq olub,onu ömrünün sonuna kimi gözləmək hər sevənin həddi deyil. Elə ordaca illər əvvəl söz verdiyi skmayada əyləşm...
UA-36507442-2