logo

reklam
08 Haziran 2017

Həyat Yaşamağa Dəyər

Dünya fırlandıqca, zaman ötdükcə kədəri unutmaq üçün sevinc axtarırıq.Acı həqiqətin gözünə dik baxmaqdansa, bizlərə şirin olan yalanın arxasında gizləndik.Vicdanın qapısını bağlayıb, nadanlığa çıraq tutduq. Təmiz söhbəti unudub, kimlərinsə qəlbini sındırmağı bacardıq. Bütün bunlar azmış kimi kirli dünyanın təmiz insanlarıyıq kimi dünyaya lənət oxuduq. Nifrət hər addımda bizləri izlər,gülüşlər,sevgilər gün keçdikcə saxtalaşar. Kənardan mehriban görünən  simalar  belə bir addım aralıda qeybətə üstünlük verdilər. Gələn xoş niyyətli insandan belə şübhə duyar,sözlərində səhvlər axtarar,atdığı addımlarına  şər-böhtan söyləyərik.

Bir gün olsun belə kiminsə nə arzusu,istəyi olar deyə onlara yardım etmədik.Yıxılana gücümüz çatdığı qədər balta vurduq. Əlimizi uzadıb bataqlıqdan çıxarmaq əvəzinə onları uçuruma sürükləyərək özümüzü xürrəm hiss etdik.

Yaşayacağımız üç-beş gündür.Bu qısa vaxt ərəfəsində bir saat olsa belə təmiz düşüncələri qapınızdan qovmayın! Pislik qəlbə ləkə salar. Şər-böhtanı bir kənara qoyun! Çalışın sevib,seviləsiniz.  Xoş müjdəli sabahlara yol alın!  Çünki Həyat Yaşamağa Dəyər

Günel Ağayeva

Share
248 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

7+10 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2