logo

reklam
24 Şubat 2017

“HƏYAT KİTABLARDA GÖRDÜYÜN DEYİL!”

  Ustadım Vaqif Məmmədovun eyni adlı şeirinə nəzirə.


Vicdanı itəndən vicdan gözləmə,
Tikanı gül sanıb, sən əzizləmə.
Haqq gözdən itməsin deyə, izləmə,
HƏYAT kitablarda gördüyün deyil!
Günəşin işığı AYA hopsa da,
Yağış da fərqlidir, göydən qopsa da,
Süjeti HƏYATIN əksi olsa da,
HƏYAT kitablarda gördüyün deyil!
Sualı cavabdan sonra qoyular,
Nidası sükutda dinər, duyular,
Nə qədər Yusifi gizlər, quyular,
HƏYAT kitablarda gördüyün deyil!
Həqiqi libası sonda biçilər,
ÜMİDLƏR yox olmaz, fəqət kiçilər,
Salamı eynidir, GEDİŞ seçilər,
HƏYAT kitablarda gördüyün deyil!
Yaqut Hüseynova

Share
280 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

6+8 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2