logo

reklam

Hələlik demirəm Əlvida…


Günel Ağayeva
agayeva-1990@list.ru

Taleyimə nə yaman həsrətli illər yazılıb?
Soyuq əlləri, soyuq illəri, gecikmiş sevgini mənə hədiyyə edib. 
Gəlişinlə gedişin elə qəfil olduki,nə zaman sevdim,nə zaman bağlandım inan bilmədim. Yaşadığım həyat zülmətli gecəyə bənzəyir sənsiz keçən günlər,saatlar,hətta dəqiqələr belə əzab verir.
 Bilirsən xoşbəxt görünmək nə qədər çətindir?
Həyatımda sənsiz keçən illəri qovaladıqca de ağlayımmı, yoxsa gülümmü?
Hissələrimi,duyğularımı, həyat eşqimi bir görüşlə məndən aldın. Bir baxışın bəs etdi mənə.
Söylə günahı kimdə,nə də axtarım? 
Zamanımı, yoxsa sənin gözlərinimi günahkar bilim?
İlk anda sənin gözlərini qəlbimə köçürən gözlərimi mi?
Qaranlıq talelər içində sanki itmişəm. 
Düşünürəm nə zamansa düşünürsənmi  məni? 
Gəlirəmmi xəyallarına qonaq? 
Təsadüfən olsada adımı anırsanmı?
Nə bilim…
Hərdən keçirdiyim illərə heyfim gəlir. Qurduğum xəyallar, uğradığım haqsızlıqlar, sual dolu baxışlar məni çox yorur. Sevgini xoşbəxt olan yad gözlərdə axtarıram. Ağırdı çox ağırdı xoşbəxt olanların gözlərinə baxmaq. 
Axı nə etmişəm sevdim sevilmədim. Bəzən, bəzən özüm-özümdən soruşuram məni sevmək bu qədər çətindirmi?
Nə zaman xoşbəxtəm dediyim zaman, həyat məni bu sınaqdan digərinə atır.Öyrətməzdən əvvəl imtahan edər. 
Yaşayaraq öyrənmədim ki, bu fani həyatı.
İmtahanlarla qazandım yaşamağı, sevməyi və hətta xoşbəxt gülümsəməyi. 
İnsanların mənə ürək ağrısıyla sual dolu gözləriylə baxmaları  məni bir addım geri atır.
Tək çarəm Rəbbimin ətəyindən  bərk-bərk tutmağımdır. Bəlkədə belə xoşbəxtlik nəsib edib. İmtahanla, çətinliklə qazandıqlarım,dostlarım,tanışlarım  bəs edər mənə…
 Bəlkə düşüncələrimi ağ vərəqə tökə bilməsəydim yaşamaq çətin olardı.Gecələr kimlər üçün rahatlıq verər,kimlər isə əzab kədər…
Fikirlərim,hislərim imkan vermir dincələm.Əlimdə qələm,önümdə ağ vərəq üç kəlmə söz yazaram.”məni sevmək çətindirmi?”
 Nə gəl deyərəm, nədə get…
Tale yazım qəliz,bir az çətindir.
Torpağı isitdikcə günəşin isti şəfəqləri Yaqut daşı dörd rəngə boyanar. Hər biri bir məna verər.
Güc, sevgi, dözüm,sədaqət adımda da öz əksini  tapıb.Kənardan güclü görünməm, sevə bilməm, sevdiklərimə sədaqətim, edilən haqsızlığa dözümlülüyüm bundan irəli gəlir.
Xoşbəxt olduğum o,uşaq illərinə qayıtmaq istərəm.Nə sən varsan o illərdə,nədə sənli düşüncələr. Hər şeyi atıb təkcə o illəri almaq istərəm.Lakin nə gücüm çatar, nə dəki…
Səni düşündüyüm zaman sanki, həyatımın son tablosunu təsəvvür edirəm.
Axı həyat məhdudlanmış çərçivədir. Sadəcə baçlıq və sonluq bəlli. Çərçivədə hansı rəsmin olması bizdən asılıdır.
 Bəli xoşbəxt olacam. 
 Bilirsən niyə? Çünki, bağlı qapılar bir gün açılar.Zülmət gecələrin hər biri aydınlı sabaha hamilə qalar.Doğacaq həyatıma möhtəşəm günəş.Ətrafa saçılan şəfəqləri isidəcək qəlbimi. Yenə sevəcəm və seviləcəm. Ruhum günəşin kölgəsində rahatlıq tapacaq. Yaşamaq,yazmaq həvəsi məni tərk etməyəcək. Bu gün burdayamsa kim bilir,Rəbbim məni sabah hara aparacaq.Nələr bəxş edəcək. Bax buna görə hələlik demirəm Əlvida…

Günel Ağayeva

Share
560 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

6+1 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Sənin oyuncaqların varmı?

    23 Ocak 2017 KÖŞE YAZARLARI

    Heç bilirsənmi nədir həyat? Bu barədə nə vaxtsa düşünmüsənmi? Yəqin  edirəm, düşünmüsən. HƏYAT – olumdan ölümə qədər uzanmış yolun sinəsidir. O, əzablar şəbəkəsindən ibarət olan CƏHƏNNƏMDİR. Bioloji varlıq olan insanın onun qoynunda özünü gizlədə bilməsidir. Bilirsənmi, necə də çətindir ayaq üstə qala bilmək, həyatda yaşaya bilmək?! Çoooox çətindir, çooooooox. Uşaqlığınız, həmin dövrlər yadınıza gəlirmi? Həmin illəriniz yadınıza düşürmü? Qayğısız keçən illəriniz... Bəli, qayğısız. ... O da uşaq olub, kiçicik, bapbalaca uşaq. Sevgini...
  • HALKTAN KORKAN HALK (!) PARTİSİ

    23 Ocak 2017 KÖŞE YAZARLARI

    Türkiye’nin ufkunu açacak Anayasa değişikliği ile ilgili görüşmeler sırasında CHP’nin nasıl agresif pozisyon aldığını cümle alem televizyonlardan canlı canlı ve maalesef ibretle izledi.    Meclis kürsüsünü kırmalar, yaralamalar, ısırmalar, kelepçemeler derken TBMM adeta Tayland meclisine çevrildi. CHP, Anayasa değişikliğine “Rejim değişiyor” gerekçesiyle karşı çıkıyor. Yeni Anayasa paketinde topu topu 18 madde var, oysa bu maddelerin hiçbirinde rejimin yani Cumhuriyet’in değiştirilmesiyle ilgili hiçbir ifade yok… İşin aslı rejim değil me...
  • ALLAH’ın RIZASI

    23 Ocak 2017 KÖŞE YAZARLARI

    ALLAH RIZASI İÇİN YAPILAN İŞ Mekke-i Mükerreme'de paramı kaybetmiştim. Para bekliyordum, lâkin henüz gelmemişti. Mâlum, haccın bir rüknü olarak belli bir vakitte saçını sakalını kısaltman icap eder. Bir berbere girdim. Bir müşterisini tıraş ediyordu. Utana-sıkıla *"afedersiniz; param yok, Allah rızası için saçımı-sakalımı düzeltebilir misin"* diye sordum. Berber beni bir an süzdü, sonra tıraş ettiği adamın yanındaki boş koltuğu gösterip, "buyurun, oraya oturun" dedi. Tıraş ettiği adama "müsaadenizle sizi bekleteceğim biraz;...
  • Muhtar Anastasiadis

    23 Ocak 2017 KÖŞE YAZARLARI, MANŞET, SİYASET

    Kıbrıs Rum Yönetimi Başkanlık seçimleri gelecek yıl içinde, büyük bir olasılıkla da 18 Şubat Pazar günü yapılacak. Rum lider Anatasiadis’in önünde kala kala sadece 13 ay kaldı. Politik düşünceye, uygulamaya ve takvime göre seçimlerin eli kulağında artık. Ocak ayı başında Cenevre’de yapılan Kıbrıs müzakerelerinde Anastasiadis’in karizması fena halde çizildi. Bu çizikten KKTC Cumhurbaşkanı Mustafa Akıncı da nasibini aldı. Cenevre’de Türk tarafı adına sunduğu ve büyüklüğü yüzde 29.2 olan harita ile ilgili olarak danışmanları tarafından yanlış b...
UA-36507442-2