logo

reklam
10 Mayıs 2017

Gələcəyə doğru

Yenə zülmətin endiyi gecəyə həsrət çökər. Könülə düşən həsrət toxumu cücərdikcə, həyatın  sonlandığını düşünərsən. Yanıb, külün göyə sovrulduqca, hər gecə boş yerə arzular qurduğunu anlayarsan. Ağır-ağır addımlayan zülmət gecə sanki, sabahın üzərinə qapılarını bağladığını düşünərsən. Yalnız otaq, dörd divar və bu divarın ardında yaşanmış xatirələr xəyallarında canlanar. Onun yolunda, dönüşü olmayan addımları atan  bir qadın üçün təkliyə sürüklənmək ölümə bərabər olardı. Məkan eyni ,zaman fərqli. Bu ev, bu küçə,bu həyat o,qadını sənə xatırladar. Düşünərsən görən nə edir? Mənsiz necə yaşayar? Elə düşünməki, sənsiz yaşaya bilməz! O, qadın sən yoxkən belə yaşayar, yaşadar. Sanmaki sevə bilməz! Sevər, sevilər. Sənin izinlə zülmətə sürüklənər deyə düşünmə! Qadının gücünü,imanını sən hələ bilmirsən! Düşündüyün kimi aciz deyil! Sən özgə qapılarında imdad axtaran zaman, o,özgələrin üzünə qapılarını taybatay  bağlayan Qadındır! Düşünməki,sevinc onun qapısını döyməz! O,ümidlərə yelkən açan,sabahı tanrıya dua edərək oyanan Qadındır! Düşünmə, o,bir ömür sükuta qərq olub, bir kimsəsizin işığına möhtac qalan birisidir. Qadın, zülmətdə bərq vuran işıqdır. O,misralara sözlər olub,nəğmələrə çevrilər.  Taleyində çaxan şimşəklər belə onun nə ümidlərini, nə arzularını əlindən ala bilməz! Keçmiş itkiləriylə, gələcək ümidləriylə, yaşanmış və yaşanacaq günləri ilə gələcəyə doğru addımlayar…

 

Günel Ağayeva

Share
85 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

2+7 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2