logo

reklam
22 Ekim 2016

Falçılıq

Nə qədər real bir ad, nə qədər real bir ünvan?! XXI əsr vətəndaşın hələ də dini xurafatın bir elementi olan falçılığa inanması, fırıldaqçılıqla məşğul olub, insanların malına, mülkünə, etibarına qənim kəsilən falçıların yanına getmək, ona son ümid yeri kimi baxmaq nə qədər doğrudur?

azerbaycan


Təsəvvür edin, biri xəstələnib, həkim əvəzinə falçıya müraciət edir, o da müalicə əvəzinə deyir ki, sənə cadu ediblər, evinin dörd tərəfində torpağın altına cadu basdırıblar. Onu tapmaq mümkün deyil, bu qədər pul ver, həmin cadunu pozum; başqa qurbanına isə deyir: bu xəstəlik sənə filan qohumundan keçib… Və ya, birininin əşyası itir, hüquq mühafizə orqanlarına müraciət etmək əvəzinə falçı yanına gedir, o da bunu sənin qonşuların edib deyir- qız tərəfdən gedənə deyir ərin tərəf edib, oğlan tərəfdən gedən olarsa, deyir gəlinin qohumları oğurlayıb. Buna inanan avam insanlar da həm cibini falçı qapısında boşaldır, həm də qohum və qonşularının hər birinə şübhəli baxışlarla baxır, bu şübhə onu hər addımda izləyir və psixoloji sarsıntı keçirir. Bəzən ailə dağılmasına qədər gətirib çıxarır…

 


Biri oğluna qız tapa bilməyəndə Falçı deyirsə ki, oğlunun bəxtini bağlayıblar, bu qədər pul ver açım bəxtini, valideyn də o pulu verib gözləyirsə ki bəxti açılacaq və oğlu qız alacaq, bu artıq insanın dünyagörüşünün nə qədər dar olmasını göstərir. Axı necə ola bilər ki, falçı bəxt aça bilsin, əgər bunu bacarırsa, niyə öz bəxtini açıb saraylarda yaşamır, sənin manatına göz dikir. Flan vaxtı əməliyyat olacaqsan deyən zaman maraqlıdır ki, ona inanan adam hansı hissləri keçirir. Əlbəttə böyük inamla qapısını açan adam əməliyyat olmalı deyildisə də keçirdiyi qorxu üzündən o əməliyyatı keçirməli olacaq…

 


Başa düşmək laızmdır, ki, bizim gələcəkdə başımıza nə gələcəyini yalnız Allah bilir, Falçılıq adı altında məşğul olanlar isə dələduzdurlar və onlar ifşa olunmalıdır.

 


Bəzən falçı haqqında musiqilər yazılır, mahılar oxunur, klip çəkilir, bununla insanları falçılığa inandırmaq əvəzinə onları daha doğru yola, problem yaranan zaman düzgün orqanlara müraciət etməyi təbliğ etmək lazımdır.
Bu barədə ilahiyyatçılar və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də dəfələrlə xəbərdarlıq olunub.
İlahiyyatçıların sözlərinə görə, İslam dinində fal və falçılıq, fala baxmaq və baxdırmaq qəti surətdə qadağan edilib. Çünki gələcəyi Allahdan başqa kimsə bilə bilməz.

 


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı isə bildirir ki, “Qurani-Kərim”də falçılığın məqbul olmadığını özündə ehtiva edən ayə var. Falçılıq fırıldaqçılıqdır. Bu ad altında insanları aldadaraq onların əmlakını, vəsaitini əlindən almaq Cinayət Məcəlləsində dələduzluq maddəsi ilə tövsif edilir. Eyni zamanda, insanı aldadıb pulunu mənimsəmək Cinayət Məcəlləsində və digər hüquqi aktlarda öz əksini tapıb”.
Bəli, Falçılar çox ev tikib, lakin tikdiyindən çox da yıxıb. Tikilən öz evi olub, təbii ki, ona pənah aparanların pulları hesabına, yıxılan isə ümid qapısı kimi baxıb, qarşısında yeddi dəfə baş əyənlərin olub, kimisi bu inancı üzündən ailəsini dağıdıb, kimisi qohumuyla düşmən olub, kimisi də son qəpiyindən belə olub. Beləliklə, Göydə Allahdan başqa bizim gələcəyimizi görən yoxdur, və dövlətimizdə problemimizin həlli üçün bütün orqanlar var- fikriylə yaşayıb, gələcəyimizi hanslsa dələduzun oyunlarının qurbanı etməyək. Dərdin dərmanı dələduz qapısında deyil!

Share
308 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

9+6 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2